~ 69 ~
edib-etməməsini müəyyənləĢdirmək olur.
Müəyyən rayon Ģəraitində hər bir üzüm sortu üçün salxımın
mexaniki tərkibinin bir neçə illik orta göstəricisi götürülür. Lakin
bu göstərici bir sıra amillərdən asılı olaraq əsaslı Ģəkildə dəyiĢə
bilir (meteoroloji Ģərait, salxımın böyüklüyü, tənəkdə onun
yerləĢməsi, üzümün yetiĢkənliyi və s.). Mexaniki tərkib
göstəriciləri salxımın kütləsinə görə belə dəyiĢir (faizlə): daraq 1-
8,5 (orta hesabla 3), qabıq 0,9-24,1 (orta 7), toxum 0,1-8 (orta 3),
lət, Ģirə ilə 71-95 (orta 87,4).
Üzüm salxımının quruluĢ elementləri mürəkkəb kimyəvi tərkibə
malikdir. Onların tərkibində karbohidratlar (əsasən monoĢəkərlər)
və turĢular (əsasən alma və Ģərab) xüsusi yer tutur. ġəkərlər və
turĢular gilənin Ģirəsində toplanmaqla, turĢuların əsaslı miqdarına
daraqda da rast gəlinir. Fenol maddələri salxımın bərk hissələrində,
daha dəqiq desək, rəngləyici maddələr əsasən qabıqda, aĢı
maddələr isə daraq və toxumda toplanır. Pektin maddələri həm
qabıq, həm də daraqda toplanır. Azotlu və mineral maddələr əsasən
qabıq, daraq və toxumda; yağlar isə toxumda toplanır. Göründüyü
kimi, salxımın hissələrində müxtəlif kimyəvi birləĢmələrin
paylanması qeyri-bərabərdir. Salxımın bütün hissələrindən ən
vacibi gilənin ləti olub, üzümün emalında ayrılan Ģirənin əsas
kütləsi onun payına düĢür.
Dostları ilə paylaş: