Sahə metodu. Bu halda Ģirənin Ģəkərliyi gəzdirilə bilən sahə
refraktometrinin köməyi ilə təyin olunur. Üzümlüyün tədqiq
olunan sahəsində cərgə boyu gedilir və tənəyin müxtəlif
yüksəkliyində yerləĢən cəhətliyi və iĢıqlanması ilə fərqlənən
salxımlardan bir gilə qoparılır.
Refraktometrin prizması təmizlənir və sıxılmıĢ Ģirədən üzərinə
bir damla salınıb baxılır. Hər bir gilə üçün tapılan Ģəkərliyin
miqdarına görə orta qiymət hesablanır. Bu tədqiq olunan sahədə
üzümün yetiĢmə vəziyyətini xarakterizə edir. Bu metodla düzgün
nəticə əldə etmək üçün çoxlu miqdarda gilənin Ģəkərliyini tədqiq
etmək lazımdır. Adətən hər bir nəzarət sahəsində 20-40 gilənin
Ģəkərliyi təyin edilir.
Üzümün yetiĢməsini təyin etmək üçün bunlardan baĢqa,
Dostları ilə paylaş: |