~ 82 ~
hissələrindən Ģirəyə keçir. Gilədəki pektolitik fermentlərin təsir ilə
pektin molekulunun quruluĢu pozulur, onun molekul kütləsi və
metoksil qruplarının sayı azalır,gilə yumĢaq və parlaq olur. Gilədə
azotlu maddələrin və sellülozanın miqdarı yüksəlir
Üzümün yetiĢmə prosesində rəngləyici maddələrin miqdarı
daim artır. YetiĢmənin sonunda onların miqdarı antosianlara
parçalanma hesabına bir qədər azalır. Rəngləyici maddələrin
toplanmasına iĢiqlanma güclü təsir edir. YaxĢı iĢiqlananlara
nisbətən qaranlıqda antosianlar çox yavaĢ əmələ gəlir.
Fenol maddələrin xeyli miqdarı yetiĢmə dövründə azalır.
Nəmliyin azalması onların gilədə toplanmasını surətləndirir. Quraq
illərdə onların gilədə miqdarı 2-3 dəfə artıq olur.
Sortdan, rayon və hava Ģəraitindən asılı olaraq üzümün yetiĢmə
dövrü 15 gündən 2 aya qədər davam edə bilər. YetiĢmə fazası,
üzümün fizioloji yetiĢkənliyində baĢa çatır. Bu vaxt üzümün
toxumu çoxaltmaq üçün yararlı olur.
Dostları ilə paylaş: