Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə80/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   405
Xüsusi  zirzəmi  kifləri.  Cladosporium  (kladosporium)  cinsi, 

zəif  budaqlanan  konididaĢıyıcılara  malik  olub,  özünü  bir,  yaxud 

ikihüceyrəli  konidilər  kimi  göstərir.  Konidilərin    forma  və  ölçüsü 

qida Ģəraitindən, nəmlik və temperaturdan asılı olaraq dəyiĢir. 

Cladosporium  cellare  (sellare)  növü  -  daha  geniĢ  yayılmıĢ 

zirzəmi  kifi  olub,  divarları,  taxtapuĢu  və  zirzəminin  müxtəlif 

əĢyalarını tünd-boz təbəqə ilə örtür. Köhnə zirzəmilərdə onun yaĢı 

bir  neçə  on  ildən,  hətta  yüz  illərə  qədər  çatır.  Bərk  səthdə,  sabit 

aĢağı  hərarətdə  inkiĢaf  edən  göbələk  mitselləri  minimum  qida 

maddələri-spirt  buxarları,  sirkə  turĢusu,  ammonyak,  karbon  qazı, 

hidrogen  sulfid  və  kükürd  mənimsəyir.  Kladosporium  sellare 

tərkibindəki  xitinaza  fermenti  hesabına,  məhv  olmuĢ  həĢəratların 

xitin təbəqəsini və  sellülozanı  həll edərək zirzəmidə  özünəməxsus 

sanitar  rolu  oynayır.  Bu  göbələyin  inkiĢafı  dolayısı  yolla  içkilərin 

keyfiyyətinə  müsbət  təsir  göstərir;  zirzəmi  havasını  daim 

təmizləyir,  onun  rütubətini  nizamlamaqla,  içkinin  müvəfəqiyyətli 

yetiĢdirilməsi  üçün  optimal  mikroiqlim  yaradır.  Ona  görə  də, 



 

~ 108 ~ 


 

xüsusi zirzəmi kiflərini məhv etmək deyil, əksinə, onların inkiĢafı 

üçün Ģərait yaratmaq lazımdır. 

Kladosporium cellare məĢhur Tokay zirzəmilərinin divarlarında 

5  mm-ə  qədər  qalınlığında  qara  örtük  yaratmıĢdır.  Eyni  ilə  belə 

kiflər  Fransa,  Almaniya,  Ġtaliya,  həmçinin  Krikov,  Massandra, 

Ġnkerman, Qara-çanax və digər zirzəmilərdə də təsadüf olunur. 

Dematium cinsi (Sphaerulina-sferulina) təbiətdə geniĢ yayılmıĢ, 

tumurcuqlayan  kiflərdir.  Ascomycetes  sinfinə  daxildir.  Meyvə, 

çəllək və çən üzərində, həmçinin Ģərab zirzəmilərinin divarlarında 

qara selikli xal əmələ gətirir. Sphaerulina intrmixta az miqdar spirt 

(2 h%) və üzvi turĢular - sirkə, süd və kəhrəba turĢusu əmələ gətirə 

bilir.  Göbələk  qıcqırmamıĢ  Ģirədə  selikləmə  yaradıb,  Ģirənin 

Ģəkərliyini aĢağı sala bilir. O, spirt buxarları ilə qidalanaraq, Ģərab 

zirzəmilərinin divarlarında selikli örtük Ģəklində inkiĢaf edə bilir.  

 



 

~ 109 ~ 


 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin