Sərxoş bülbül kimi gələndə Barbəd Su kimi axırdı əlində bərbət. O çala bildiyi yüz xoş nəğmədən Seçdi otuzunu özü bəyənən. Bu otuz nəğmə ki, Barbəd çalırdı, Gah ürək verirdi, gah can alırdı. Şərq ölkələrində bərbətin müxtəlif növləri olmuşdur. Onun ilk vətəni Səudiyyə
Ərəbistanı sayılır. Bir çox mənbələrdə bərbətin 3, 8, 10 simli növləri olduğu barədə dəlillər
vardır. Simlər ipək və bağırsaqdan hazırlanır. Bərbət, əsasən, 3 hissədən - çanaq, qol və
kəllədən ibarətdir. Çanağı yığma üsulu ilə qoz və ya qırmızı çinar, qol, kəllə və aşıqları isə qoz ağacından
hazırlanır. Üzü 4 mm qalınlığında şam ağacı ilə örtülərək üzərində bir neçə yerdən səs rezonatorları açılır.
Qolunda 9-12 pərdə olur.
Ümumi uzunluğu 665 mm, eni 465 mm, hündürlüyü 250 mm, qolunun uzunluğu 205 mm-dir. Bərbət qədim
ud kimi, yəni xalis kvarta münasibətində köklənir. Diapazonu böyük oktavanın “m i” səsindən ikinci oktavanın
“m i” səsinə kimidir.