34
fərqlənən rudun üzünün yarısı balıq dərisi ilə, qalan hissəsi isə şam ağacından hazırlanmış üzlüklə örtülür. İlk
zamanlar barmaqla, sonralar isə yumşaq materialdan hazırlanmış mizrabla çalınıb.
Çanağı tut, ərik, qolu və kəlləsi qoz, aşıqları armud ağacından hazırlanır. Rudun qoluna 12 pərdə bağlanılır.
Bəm səsə malikdir. Alətin ümumi uzunluğu 860 mm, çanağının uzunluğu 495 mm, eni 335 mm, hündürlüyü
170 mm, qolunun uzunluğu 285 mm-dir.
Səs düzümü böyük oktavanın
“mi” səsindən ikinci oktavanın
“si” səsinə kimidir.
Dostları ilə paylaş: