Mədəniyyət və turizm Mündəricat



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə43/136
tarix02.01.2022
ölçüsü7,85 Mb.
#2600
1   ...   39   40   41   42   43   44   45   46   ...   136
Səntur 
 
Yatıq sazlar ailəsinə mənsubdur. Qanun, nüzhə və bu növ alətlərdən hesab edilir. Sənturun bu alətlərdən 
başlıca fərqi onun iki yüngül ağac toxmaqla (mizrabla) çalınmasıdır. Ona görə də səntur həm də zərb musiqi 
aləti  sayılır.  Əfsanəyə  görə,  Davud  peyğəmbər  bir  sıra  musiqi  alətlərinin,  o  cümlədən  sənturun  yaradıcısı 
olmuşdur.  Səntur  haqqında  R.Yektabəy  yazır:  "Bu  çalğı  aləti  çox  qədim  olub,  "Tövrat"da  "psanterin" 
adlandırılır. Səntur kəlməsi bunun başqa bir şəklidir". 
Yatıq sazların müxtəlif növləri, əsasən, Şərq və Qərb ölkələrində geniş yayılmışdır. Ən qədim  və sadə 
nümunələrinə Tuva və Xakas xalqları arasında rast gəlmək olar. Bu 
növ  alətlər  ruslarda  "qusli",  belarus  və  moldovalılarda  "simbal", 
çuvaşlarda  "kyesli",  tatarlarda  "quslya",  estonlarda  "kannel", 
gürcülərdə  "santuri",  özbəklərdə  "çəng"  və  s.  adlar  daşıyır. 
Osmanlı  türklərində  2  növ  səntur  mövcuddur  alafranqa  və  türk 
sənturları.  Quruluşuna,  çalğı  tərzinə,  səs  düzümünə  və  başqa 
cəhətlərinə görə sənturun bu növləri bir-birinə çox yaxındır. 
9 xərəkli diatonik səntur hazırda İranda - Cənubi Azərbaycan 
ərazisində geniş yayılmışdır. 9 xərəkli dedikdə, alətin bir tərəfinin 
xərəkləri nəzərdə tutulur. Əslində, alətin 18 xərəyi (9-9)  vardır. Digər növü 24 xərəkli sənturdur (12-12). Bu 
səntur isə şərti olaraq xromatik alət növünə aid edilir. İranda bu alətin irihəcmli həmnövlərinə bəm sənturlarına 
rast gəlinir. 
Səntur  xarici  görünüşünə  görə  trapesiyaşəkilli  taxta  qutuya  oxşayır.  Alət  çərçivədən,  üst  və  alt  taxta 
qapaqlardan ibarətdir. Bütün hissələri seçmə növ qoz ağacından hazırlanır. Aşıq və simgirlər metaldan olur. Alt 
taxtası  7  mm,  üst  hissəsi  isə  5  mm  qalınlığında  bütöv  bir  lövhədən  ibarətdir.  12  xərəkli  sənturun  ümumi 
uzunluğu 892 mm, eni 315 mm, hündürlüyü 69 mm-dir. Simlər metaldan olur. Hər bir xərəkdən 4 eyni kökdə 
sim keçir. Simlərin ümumi sayı 96-dır. 
Səntur transpozisiya olunmayan alət sayılır. İfaçılar arasında, əsasən, üç adda alət işlədilir: sol, lya və si 
köklü sənturlar. 
12 xərəkli sənturun diapazonu böyük oktavanın "mi" səsindən ikinci oktavanın "lya #" səsinə kimidir. 9 
xərəkli sənturun diapazonu kiçik oktavanın "mi" səsindən birinci oktavanın "re" səsinə kimidir. 
 

Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin