35
Azərbaycan sazı türkdilli xalqlar arasında yayılmış saz və ona oxşar alətlərdən çalğı texnikası, səsyayımı
(akustika) baxımından danılmaz üstünlükləri ilə seçilir.
Sazın çanağı tut ağacının seçmə növlərindən, qolu isə qoz ağacından hazırlanır. Çanağın gövdəsi bir-birinə
bərkidilmiş tək sayda (adətən 9) taxta
“qabırğa”lardan yığılır. Bu “qa bırğa”lar qol ilə çanağıbirləşdirən
“küp
”
adlı kiçik hissənin üzərində yığılır və sonra qol əlavə edilir. Çanağın üstü nazik taxta üzlüklə örtülür və qoluna
16-17 pərdə bağlanılır. Azərbaycanda ölçüləri ilə fərqlənən
tavar saz və yaxud
ana sazın 9, bəzən 8 simi, ondan
bir qədər yığcam
orta, yaxud
qoltuq sazın 6, bəzən 7 simi, kiçik
cürə sazın isə 4-6 simi vardır.
Bir vaxtlar simlər
yüksək keyfiyyətli poladdan hazırlanıb, gümüş suyuna salınarmış. Onlar heç zaman paslanmaz və çox az halda
qırılarmış.
Xalq çalğı alətləri orkestrində saz solo alət kimi istifadə olunur. Adətən, bunlar qoltuq
və ya cürə sazlardır.
Saz, əsasən, gilas ağacının qabığından hazırlanmış
təzanə ilə səsləndirilir. Çox hallarda alətin qolu və çanağın
yan tərəfləri təbii sədəflə bəzədilir.
Əsas saz hesab edilən tavar sazın ümumi uzunluğu 1,200 mm, çanağının dərinliyi 200 mm olur. Onun
diapazonu 1-ci oktavanın
do səsindən 2-ci oktavanın
sol səsinə qədərdir.
Dostları ilə paylaş: