36
Tar sinədə üfüqi tutulur, sağ əlin biləyi ilə çanaq hissəsi döşə sıxılır, simlər baş və şəhadət barmaqlarının
arasında tutulmuş mizrab vasitəsi ilə ehtizaza gətirilir. Tarın qolu sol əlin baş və şəhadət barmaqları arasında
sıxılır, sağ əlin ehtizaza gətirdiyi simlər sol əlin şəhadət, orta və adsız barmaqları ilə müxtəlif pərdələri sıxmaqla
çalınır.
İfa zamanı texniki və bədii imkanları təmin etmək üçün trel və müxtəlif mizrabvurma üsullarından,
ştrixlərdən istifadə edilir.
Üst-mizrab, alt-mizrab, üst-alt- mizrab, alt-üst-mizrab, rux (sağ-sol) mizrab, santur-
mizrab (üst-alt-üst) və digər ştrixlərdən əlavə,
lal barmaq dartma sim (vibrasiya),
sürüşdürmə barmaq
(qlissando) kimi ştrix və üsullardan da istifadə olunur.
İfaçı mizrabı simə vuraraq tarı döşünə sıxmaqla səsi uzun müddət dalğalandırır. Alınmış bu fasilə zamanı
yaranan effekt
“xum” adlanır.
Tar üçün notlar «
do» sistemli metso-soprano açarında yazılır. Tarın səs düzümü xromatik olub, 2,5
oktavanı əhatə edir. Diapazonu kiçik oktavanın «
do» səsindən ikinci oktavanın «
sol» səsinə kimidir.
Dostları ilə paylaş: