Yatıq sazlar ailəsinə mənsub olub, dartımlı-simli musiqi alətidir. Yaxın və Orta Şərqdə, eləcə də
Azərbaycan ərazisində tarixən geniş yayılmışdır.
Azərbaycan klassiklərindən Nizami Gəncəvinin, Məhəmməd Füzulinin və başqalarının əsərlərində qanun
haqqında məlumat verilmişdir. XII əsrdə yaşayıb-yaratmış, Şərq musiqi elmini dərindən bilən şairə Məhsəti
Gəncəvi qanun və çəng alətlərinin məharətli ifaçısı olmuşdur.
Əsasən, qadınlar tərəfindən ifa edilən bu aləti Füzuli “ Yeddi cam” əsərində belə təsvir etmişdir: