19
bağlı muğam adları: "Mənsuriyyə", "Heydəri", "Baba Tahir", "Hacı Dərviş", "Hacı Yuni", "Şah Xətai" muğam
şöbələrində öz əksini tapır. Heyvanat aləmi ilə bağlı muğam adlarına da rast gəlinir: məs., "Balu-kəbutər" -
"qaranquş qanadları", "Zəngi-şötör" - "dəvə zəngləri" mənalarmı daşıyır. Musiqinin obrazlı məzmunu ilə
əlaqədar muğam adları mövcuddur: "Səmayi-Şəms", "Şur", "Hümayun", "Şah-naz", "Dilkəş", "Dilrüba" və s.
Eyni zamanda, türk qəbilə və tayfa adları da muğamlarda öz əksini tapmışdır: məs., "Bayatı" - Bayat tayfasının,
"Ovşarı" ("Əfşarı") - Əfşar tayfasının adı ilə bağlıdır. Həmçinin, "Bayatı-Türk", "Bayatı-Qacar", "Bayatı-Kürd"
("Kürd" sözü türk mənşəli "Qurd" sözünün xalq arasında tələffüz formasıdır) muğamların qədim türk kökləri ilə
bağlılığından xəbər verir.
Muğam ənənələri
bu gün də qorunub saxlanılır. Muğam - əsaslı ustad
məktəbi keçmiş, ifaçılıq texnikasına
məharətlə yiyələnmiş, virtuoz improvizə bacarığına və bəstəkarlıq istedadına malik, muğam qanunlarını və
poeziyanı dərindən bilən professional musiqiçilər tərəfindən şifahi ənənə əsasında oxunub-çalınaraq yaradılır.
Muğam bir yaradıcılıq prosesidir və sənətkarın təxəyyülü üçün geniş imkanlar açır. Muğam ifaçısı - xanəndə və
ya xalq çalğı ansamblı ifaçısı öz zövqündən, məharətindən, bacarığından asılı olaraq, ciddi qayda-qanunlar
əsasında qurulan muğam kompozisiyasında bir muğamdan-digərinə keçərək, onu rəngarəngləşdirir, öz ifaçılıq
versiyasını yaradır.
Dostları ilə paylaş: