Üzeyir Hacıbəyovun ev-muzeyi. 1975-ci ildən Bakıda fəaliyyət göstərir. Muzeydə görkəmli bəstəkar,
professional musiqi sənətinin banisi Ü.Hacıbəyova məxsus müxtəlif əşyalar, bəstəkarın şəxsi kitabxanası, yazı
stolu, yarımçıq qalmış "Azərbaycan" simfonik poemasının partiturası, iş otağında royal və skripka, kitab və
qəzetlər saxlanılır. Muzeydə geniş elmi tədqiqat işləri aparılır, Ü.Hacıbəyovun əsərlərinin ən yaxşı ifası üçün
yaradıcılıq gecələri və müsabiqələr təşkil edilir.
Muzeyin ünvanı: Bakı şəhəri, Ş.Əzizbəyov küçəsi, 67 Telefon :495-25-34 ***