İran muzeylərində Azərbaycan sənətkarlarlığı nümunələri. Hazırda İranın muzey,
məscid və şəxsi kolleksiyalarında Azərbaycan xalqının əsrlər boyu yaratdığı minlərlə nadir
sənətkarlıq nümunələri mühafizə olunur.
Bu baxımdan ölkənin paytaxtı Tehran şəhərində yerləşən Basitan,
Gülüstan, Arxeoloji və xalça muzeyinin eksponatları xüsusilə diqqəti cəlb edir.
Tehranın Arxeoloji muzeyində nümayiş etdirilən sənət abidələrimiz
içərisində Həsənli təpəsindən tapılmış bədii metal məmulatları xüsusilə diqqəti
cəlb edir.
Həsənli təpəsi İran Azərbaycanın Sulduz mahalında yerləşir. Gözəl təbii
şəraitə malik olan bu məntəqəhələ eramızdan min il əvvəl Yaxın Şərqdə zəngin
mədəniyyət mərkəzlərindən biri olmuşdur. Mənbələr göstərir ki, Böyük Midiya
dövlətinin tərkibinə daxil olan Manna tayfası vaxtilə bu ərazidə yaşamışdır. 1956-
1957-ci illərdə Həsənli təpəsindən tapılmış sənət abidələri içərisində hazırda
Tehranın Arxeoloji muzeyində nümayiş etdirilən qızıl cam dünya alimlərinin diqqətini xüsusilə özünə cəlb
etmişdir.
Aşağıdakı cərgədə də diqqəti cəlb edən bir çox səhnəciklər vardır. Burada başına
ilan dolanmış ovçu, onun yanında iki qoç üzərində dayanmış lüt qadın, üçbaşlı əjdahanın
caynağından xilas olunmaq üçün əllərini kənarda dayanmış pəhləvana uzadan bir kişi
təsvir edilmişdir. Bu səhnəciklər camın orta hissəsində yerləşmişdir. Camın nisbətən
aşağı hissələrində kiçik səndəldə oturmuş qoca bir kişi təsvir olunmuşdur. Bir qadın onun
qarşısında duraraq, kiçik yaşlı uşağı ona tərəf uzadır. Bu səhnənin üstündə üzü səndələ
tərəf olan kişi əlində naməlum qab tutaraq dayanmışdır. Yuxarıda bəhs etdiyimiz
şəkillərdə başına ilan dolanmış ovçu təsviri arasında üç başqa rəsm də vardır.
Azərbaycan mədəniyyətinin bu dövrlərdə qonşu dövlətlərlə qarşılıqlı əlaqəsini
Urmiya gölü ətrafında Ziviyə mahalından tapılmış e.ə. VIII - VII əsrlərə aid olan qızıl
döşlük də əyani şəkildə təsdiq edir.
İran muzeylərində Azərbaycanda toxunmuş xalçalar da saxlanılır. Bunların içində
Qubanın Pirəbədil kəndində toxunmuş xalçanı qeyd etmək olar.