170
gözəl bir gümüş barıt qabı üzərində biz "Şamaxılı Seyidzadə" (inventar № 832), qundağı və lüləsinin yatağa
bərkidilən yerləri qara savadla naxışlanmış gümüş hissəciklərlə örtülən tapança üzərində isə "əməli Əli"
(inventar № 766), dəstəyi fil sümüyündən, tiyəsi nəbati ornament motivləri ilə bəzədilmiş, 38,2 sm,
uzunluğunda olan kiçik bir xəncər üzərində "əməli Məhəmməd Ərdəbili" (inventar № 1178) sözlərini, uzunluğu
51,1sm, tiyəsi əyri bir xəncərüzərində isə həm sənətkarın, həm xəncər sahibinin adını oxuyur.
Bern tarix muzeyində saxlanılan Azərbaycan silahları üzərində "Bakı", "Quba", "Əməli Səməd", "Ömər"
sözlərinə və digər adlara da rast gəlirik.
Bundan əlavə Bern tarix muzeyinin Şərq bölməsində XVIII-XIX əsrlərdə xalqımızın məişətində geniş
istifadə edilən miss ev avadanlıqları nümunələri də vardır. Bu orijinal formalı mis qab-qacaqlarımız muzeyin
divarına bənd edilmiş böyük bir stentdə taxçanı andıran çərçivələr içərisində nümayiş etdirilir.
Dostları ilə paylaş: