Mədəniyyət və turizm Mündəricat


Sankt-Peterburq  Muzeylərində  Azərbaycan  sənətkarlığı  nümunələri



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə115/136
tarix02.01.2022
ölçüsü7,85 Mb.
#2600
1   ...   111   112   113   114   115   116   117   118   ...   136
Sankt-Peterburq  Muzeylərində  Azərbaycan  sənətkarlığı  nümunələri.  Azərbaycan  ustalarının 
yaratdığı sənət nümunələrini mühafizə edən muzeylər içərisində Sankt-Peterburq şəhərində yerləşən muzeylər 
görkəmli yer tuturlar. Belə muzeylər sırasına ilk növbədə Sankt-Peterburq Dövlət Ermitajını, Kazanski Sobor və 
s. yerləri aid etmək olar.  
Dövlət  Ermitajının  Şərq  incəsənəti  şöbəsində  İran,  türk,  çin,  yapon  və  ərəb 
xalqlarının  maddi-mədəniyyəti  ilə  yanaşı  Azərbaycan  xalqının  da  əsrlər  boyu 
yaratdığı bir çox nadir sənət nümunələri nümayiş etdirilir.  
Burada  ən  qədim  dövrlərdən  tutmuş  əsrimizin  əvvələrinədək  Azərbaycan 
ustaları  tərəfindən  düzəldilmiş  zərgərlik,  saxsı,  daş,  taxta  üzərində  oyulmuş  sənət 
əsərləri və müxtəlif növlü toxuculuq nümunələri vardır.  
Dövlət  Ermitajı  dünya  muzeyləri  içərisində  ilk  növbədə  Azərbaycan 
sənətkarlığının  ən  qədim  nümunələrini  mühafizə  edən  mədəniyyət  ocağıdır.  Burada 
yığılan bürüncdən düzəldilmiş zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. 
zinət şeyləri qədim dövr sənətimizin maraqlı bir səhifəsini təşkil edir.  
Ermitajda  nümayiş  etdirilən  e.ə.  II  minilliyə  aid  abidələrimiz  içərisində  öz 
orijinal forması və dəqiq işləməsi ilə Dağlıq Qarabağda aparılan qazıntı işləri zamanı 
tapılmış bürünc öküz başı fiquru xüsusi ilə diqqəti cəlb edir.  
Dövlət Ermitajında tunc dövrə aid edilən sənət abidələri içərisində kəmər, bilərzik, müxtəlif formalı və 
rəngli muncuq kimi zərgərlik sənəti nümunələrinə də rast gəlinir.  
Vaxtı  ilə  Qarabağın  Xocalı  kəndində  aparılan  qazıntı  işləri  zamanı  tapılmış  3000  illik  tarixi  olan  bu 
zərgərlik sənəti nümunələri öz orijinal forması və texniki icrası ilə diqqəti 
cəlb edir. Qeyd etmək lazımdır ki, hazırda Dövlət Ermitajında tunc dövrünə 
aid edilən bəzi qızıl zərgərlik sənəti nümunələri də elə buradan tapılmışdır.  
Sankt-Petereburq  Dövlət  Ermitajında  orta  əsrlərə  aid  olan  metal 
sənəti nümünələrimiz də çoxdur.  
Bu  sənət  nümunələrini  forma  və  məzmununa  görə  iki  böyük  qrupa 
bölmək olar:  
1. Plastik sənət xarakteri daşıyan abidələr.  
2. Məişət əşyaları.  
Plastik sənət abidələri sırasına ilk növbədə burada saxlanılan V-VIII 
əsrlərə aid bürüncdən tökülmüş quş, heyvan və insan fiqurlarını daxil etmək 
olar.  
Qafqaz  Albaniyasının  tarixi  və  incəsənəti  ilə  məşğul  olan  görkəmli  Sankt-Peterburq  alimi  akademik 
K.Trever  bu  fiqurları  Mingəçevirdən  tapılmış  bu  tipli  saxsı  məmulatların  davamı  kimi  qələmə  verir.  Qeyd 
olunan fiqurlardan biri alimlərin diqqətini çoxdan özünə cəlb edir. VII əsrə aid edilən bu fiqur hələ XIX əsrin 
axırlarında  Naxçıvandan  tapılıb.  35,6  sm  hündürlükdə  olan  bu fiqur alimlərin  fikirincə  Qafqaz  Albaniyasının 
hökmdarı Cavanşiri (638-670) təsvir edir.  
Fiqurun dördkünc altlıq hissəsinin üz tərəfində iki şir və dağ keçisi təsvir edilmişdir. Yan tərəfdə ovçunun 
şirlə mübarizəsi səhnəciyi, fil, tülkü və bitki ornamenti motivləri vardır.  
Metaldan  düzəldilmiş  plastik  sənət  nümunələrimiz  içərisində  1206-cı  ilə  aid  edilən  Şirvan  lüləyini 
Ermitajın ən maraqlı eksponatlarından sayılır.  
Sankt-Peterburq  Dövlət  Ermitajında  metaldan  düzəldilmiş  plastik  sənət  nümunələri  ilə  yanaşı,  bir  çox 
orijinal formalı, bəzəkli məişət əşyalarımız da nümayiş etdirilir. Belə sənət nümunələri sırasına ilk növbədə VI - 
VIII əsrlərə aid edilən bürünc məcməyiləri daxil etmək lazımdır.  
Ermitajda  ilk  orta  əsrlərə  aid  edilən  üç  məcməyimiz  vardır.  Bunların  ikisi  süjet  xarakterli  təsvirlərlə 
bəzədilmiş, üçüncü isə sırf ornamental bəzəklidir.  
Metaldan düzəldilmiş məişət əşyaları sırasına XIII - XIV əsrlərə aid 
edilən müxtəlif forma və bəzəkli bürünc qazanları da aid etmək olar.  
Ermitajda  nümayiş  etdirilən  qazanlarımız  XIII  -  XIV  əsrlərə  aid 
olub  öz  həcmi,  forması  və  bəzəkləri  ilə  diqqəti  cəlb  edirlər.  Bu 
qazanlardan biri xüsusi ilə maraqlıdır.  
Məlum  olduğu  kimi  orta  əsr  Azərbaycan  bədii  sənətkarlığının  ən 
inkişaf etmiş növlərindən biri keramika sənəti idi.  
Dövlət Ermitajında bu xalq sənətimizin də bir çox gözəl nümunələri 
vardır.  Burada  saxlanılan  keramika  sənəti  nümunələrimiz  həm  istifadə 
edilməsinə,  həm  də  bir  çox  bədii  xüsusiyyətlərinə  görə  iki  böyük  qrupa 
bölünür.  


167 
 
Bunlardan  birincisi  məişətdə  istifadə  edilən  saxsı  məmulatları,  ikincisi  isə  memarlıqda  tətbiq  olunan 
kaşılardır.  Məişətdə  istifadə  edilən  saxsı  məmulatlarımızı  vaxtı  ilə  Örən-Qalada  (Goranboy  rayonu)  aparılan 
qazıntı işləri zamanı tapılmış bir neçə nümunəvi küp-nimçə, kasa və surahilər təmsil edir.  
Dövlət  Ermitajında  keçmiş  dövr  memarlıq  abidələrimizin  bəzəyi  sayılan  kaşı  nümunələri  də  nümayiş 
etdirilir. Bunların içərisində Qazıməmməd rayonunda Pirsaatçay üzərindəki Pirhüseyn xanəgahının kaşıları əsas 
yer tutur.  
Dövlət Ermitajında Pirhüseyn xanəgahının 500-ə yaxın müxtəlif forma və bəzəkləri olan kaşıları vardır.  
Ermitajda saxlanılan toxuculuq sənətimizin əksəriyyətini xovlu xalçalar təşkil edir. Burada XVI  əsrdən 
tutmuş XIX əsrə qədər Azərbaycanın məşhur xalça məntəqəlrində toxunmuş xalçalarımız saxlanılır.  
Təbriz  və  Şirvanda  toxunmuş  nümunəvi  Azərbaycan  xalçaları  muzeyin 
qiymətli  incilərindən  sayılır.  Qurbanın  Pirəbədil,  Şamaxının  Mərəzə  kəndlərində 
toxunmuş xalçalarımız öz rəngi və zəngin bəzək ünsürləri ilə diqqəti daha çox cəlb 
edir.  Şamaxı  xalçasının  üzərində  onun  1881-1885-ci  illərdə  toxunduğunu  bildirən 
yazı vardır.  
Bundan  əlavə  Dövlət  Ermitajında  XIX  əsrin  ortalarında  yaşamış  görkəmli 
Azərbaycan  sənətkarı,  ornamentalist  rəssam  Mirzə  Qədim  İravaninin  də 
sənətşünaslıq elminə az məlum olan nadir bir əsəri vardır.  
Dövlət  Ermitajında  Azərbaycan  şairi  Nizami  Gəncəvinin  1430-cu  illərə  aid 
olan "Xəmsə"si də mühafizə olunur. Bu nadir eksponat yalnız şairin beş poemasının 
ilk yazmalarından biri kimi deyil, həm də gözəl bir sənət əsəri kimi qiymətlidir.  

Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin