Əzgil şərabı - yabanı bitki meyvəsinin məti.
Əvəlik - yabanı bitki (qurudulmuş halda işlədilir).
Firni - düyü unu və süddən hazırlanmış şirin xörək.
Farel - dağ çayı və göl balığı.
Firuzə - və şərab növü.
Feyxoa - subtropik calaq meyvə növü.
Falda - nişastadan hazırlanmış duruhal şirin xörək.
Gülöyşə narı - nar fəsiləsindən ən iri dadlı meyvə.
Girs - içi ətli, fiqurlu bükülmüş duru xəmir xörəyi.
Gicitkən - yabanı, dalayan bitki növü.
Gürzə - içi bişmiş ətdən iri fiqurlu formada bükülmüş duru xəmir xörəyi.
Gülab - qızılgüldən çəkilmiş ətirli su.
Cökə - çoxillik cökə ağacının yarpaq və çiçəkləri.
Gül-qənd - qızılgül ləçəyi və şəkər tozu ilə hazırlanmış məmulat.
Həvəngdəstə - bürünc, sarı metaldan düzəldilmiş döyəclik.
Hil - tropik kolun qurudulmuş kal qəhvəyi rəngli meyvələri. Çox ətirli ədviyyədir.