31
Səfəvi dövlətinin ordusunda yüksək döyüş əhval-ruhiyyəsi yaratmaq üçün çoğur musiqi alətindən istifadə
etmişlər.
XVI yüzilliyin əvvəllərindən bəhs edən “Cahan arayi-Şah İsmayıl Səfəvi” salnaməsində
bu barədə deyilir: “...Qa lib yürüşlü ordunun qarşısında çuxurlar çalmaq, türkü-varsağılar
oxumaqla döyüşçülərin vuruş ruhunu qaldırırdılar”.
Əli Rza Yalçının “C ənubda türkmən çağları” əsərində çoğurun 9 teli 15 pərdəsi və gözəl
səs tembri olmasından söz açılır. Tarixi faktlardan belə qənaətə gəlmək olar ki, XII-XIII
yüzilliklərdə ozan qopuzunun çoğurla, XV-XVI yüzilliklərdə isə çoğurun sazla əvəzlənməsi
mərhələləri olmuşdur. Ancaq çoğurun başqa növləri Qafqazda, eləcə də İraq türkmənləri
arasında dövrümüzə qədər gəlib çatmışdır.
Azərbaycan tarixi Muzeyinin fondunda saxlanılan XIX əsrə aid çoğur musiqi aləti üç
qoşa simdən və 22 pərdədən ibarətdir.
Alətin çanağı tut ağacından yığma üsulu ilə hazırlanır. Çanağın üst hissəsi 4 mm
qalınlığında ağac üzlüklə örtülür. Qol və kəllə hissəsi qoz, aşıqları isə armud ağacından
hazırlanır. Ümumi uzunluğu 880 mm, çanağının uzunluğu 400 mm, eni 225 mm, hündürlüyü
140 mm-dir. Qoluna 22 pərdə bağlanır. Çanağın yan tərəflərində 2, üst hissəsində isə səs
rezonansı üçün bir neçə oyuq açılır.
Səs düzümü kiçik oktavanın
”do” səsindən ikinci oktavanın
“sol” səsinə kimidir.
Dostları ilə paylaş: