Şirvan tənburu Şirvan tənburu armudşəkilli olub, saz tipli alətlər ailəsinə mənsubdur. İki, bəzən üç simdən ibarət çox sadə
quruluşlu bu musiqi aləti indi də Yaxın Şərq və xüsusən Orta Asiya xalqları arasında geniş
yayılmışdır. Tənburun çox qədim tarixi vardır. Əl-Fərabi onun islam dinindən əvvəl
yaranmasını qeyd edir. Orta əsrlərdə saray və folklor musiqisində geniş istifadə olunan
tənbur aləti haqqında klassiklərin yaradıcılığında və eləcə də miniatür sənət əsərlərində
kifayət qədər məlumat verilmişdir. Füzulinin “Ye ddi cam” əsərində tənbur belə təsvir
edilmişdir: