88
Metalişləmə sənəti
Metalişləmə sənəti azərbaycanlı ustaların öz istedadlarını bütün
dolğunluğu ilə ifadə edə bildiyi sahələrdən sayılır. Çox qədimlərdən burada
dəmir, mis, qızıl, gümüş və s. metallardan müxtəlif məişət və zinət əşyaları
hazırlanıb. Bunu məşhur tarixçi Moisey Kalankatlının (VII əsr) əsərləri
Azərbaycanda olmuş əcnəbi səyyahların qeydləri və bu gün dünyanın ən
məşhur muzeylərini bəzəyən yüksək dəyərli bədii məmulatlar və məişət
əşyaları da təsdiqləyir.
Arxeoloji qazıntılar zamanı Naxçıvanda aşkarlanmış yuxarı hissəsi
qartalı, aşağı hissəsi isə şiri andıran bürünc fiqur (VII əsr), bürünc quş, qaz,
keçi, atlı (mütəxəssislər onun Qafqaz Albaniyasının hökmdarı Cavanşir
olduğunu təxmin edirlər) fiqurları yüksək bədii məziyyətinə görə diqqət çəkir.
Bu və sonrakı bir neçə əsrə aid olan metal məişət əşyaları arasında dolça,
nimçə, məcməyi, aftafa, ləyən və s. çox yayıldığı da nəzərə çarpır. Vaxtilə usta
İbrahim Süleyman oğlu tərəfindən qədim Gəncə üçün hazırlanan üzəri bəzəkli və
yazılı şəhər darvazalarını Azərbaycan metalişləmə sənətinin uğurlarından hesab
etmək olar. Təəssüf ki, 1138-ci ildə Gürcüstan hökmdarının Gəncəyə basqını
zamanı bu nadir sənət incisi qənimət kimi Gürcüstana aparılmışdır (hazırda Gelati
monastırında saxlanılır).
Bizim dövrə gəlib çatmış nümunələr göstərir ki, ustalar əşyaları tökmə və
döymə üsulu ilə hazırlayırmışlar. Döymə üsulu ilə hazırlanan əşyalar (xəncər,
qılınc, balta, nizə və s.) daha möhkəm olurdu.
Sənətkarların yaradıcılığı təkcə Qazıntılar zamanı tapılmış zərif və incə naxışlı zinət əşyaları (kəmər,
üzük, qolbaq və s.) bütün məziyyətləri ilə yanaşı, metalişləmə sənətinin inkişafını göstərir.
Əvvəlki dövrlərdə olduğu kimi, XII-XV əsrlərdə də Naxçıvan, Şamaxı, Gəncə,
Təbriz və Bakı metal məmulatlar hazırlanan mərkəzlər kimi məşhur idilər. Yeni mərhələ
həm də yeni və daha maraqlı formalı nümunələr ilə maraq doğurur. Belə ki, şir, inək və
dana fiqurlarının stilizə olunmuş biçimindən düzəldilən və hazırda Dövlət Ermitajında
(Sankt-Peterburq) nümayiş etdirilən lüləyin (su qabı) (XIII əsr, müəllifi Əli Məhəmməd
oğlu), Bakıda Şirvanşahlar sarayında aparılan qazıntıda tapılmış heykəllərlə bəzədilmiş
tunc bədii çıraq (XII əsr), Quba rayonundan tapılmış nəbati və həndəsi naxışlı bürünc
manqal (XIII-XIV əsrlər, müəllifi Əhməd Məhəmməd oğlu), Beyləqandan tapılmış bürünc insan fiqurları,
xüsusilə də hazırda Luvrda (Fransa) nümayiş olunan bürünc dolça (XII əsr, müəllifi Osman Salman oğlu
Naxçıvani), Londonun Viktoriya və Albert muzeyində saxlanan bürünc kasanı (XIV əsr, müəllifi Yusif ibn
Əhməd Təbrizi) və əvvəllər Dövlət Ermitajında, indi isə Qazaxıstanda saxlanılan nəhəng tunc tiyanı (XIV əsr,
müəllifi Əbdül Əziz Şərəfəddin oğlu), hazırda Amerikada şəxsi kolleksiyada saxlanan bürünc bəzəkli
istirlabı-astronomik cihazı (XV əsr, müəllifi şirvanlı usta Şükrullah Müxlis) Azərbaycan metalişləmə sənətinə
dünya
şöhrəti gətirən, sözün əsl mənasında ecazkar nümunələrdirlər.
XVI-XVII əsrlərə aid metalişləmə nümunələri arasında yüksək zövqlə
hazırlanmış silahlar və müdafiə atributları xüsusi diqqət çəkir. Qılınc, xəncər,
qalxan, toppuz, eləcə də başlıq, dirsəklik həm praktiki əhəmiyyəti, həm də icra
sənətkarlığı ilə maraq doğurur. Vaxtilə rus çarları Fyodor İvanoviç və Mixail
Romanovun, sərkərdə Fyodor Mstislavskinin özünü azərbaycanlı ustaların
hazırladıqları qalxanlarla qoruması (hazırda Kremlin Silah Palatasında
saxlanılır) da sənətkarlarımızın şöhrətinin hələ öz vaxtında çox-çox uzaqlara yayıldığından xəbər verir.
Onlardan birini təbrizli usta Məhəmməd Mömin (XVI əsr) hazırlamışdı. Şah Təhmasib üçün hazırlanan başlığın
89
(hazırda İstanbulda saxlanılır) bədii tikməni xatırladan ovsunlayıcı metal naxış seli qarşısında heyrətlənməmək
qeyri-mümkündür.
XVIII-XIX əsr metalişləmə sənəti mərkəzlərinə Şuşa, Lahıc, Ordubad, Şəki kimi yeni adlar da əlavə
olunmuşdu. Ucqar dağ kəndi Lahıcda bu gün də ənənənin yaşadılması çox təqdirə layiqdir.
Burada о vaxt da, indi də misgərlik geniş inkişaf edib. Elə о dövrdə də, bu gün də
bütünlükdə ölkədə misgərlik məmulatları geniş yayılıb.
Bu heç də səbəbsiz deyildi. Çünki milli xörəklərin hazırlanmasında mis qablar
əvəzsiz idi. Xörəyin dadını qiymətləndirə bilənlər etiraf edirlər ki, mis qazanda hazırlanan
plovun dadını heç bir digər materialdan düzəldilmiş qazan verə bilməz. Lahıc ustalarının
hazırladığı dolça, satıl, aftafa, samovar, sərnic, məcməyi, sərpuş,
güyüm milli mətbəximizin
ayrılmaz atributları olub və indi də onlardan geniş istifadə olunur.
Bu nümunələrin üzərinin müxtəlif naxışlarla, quş, heyvan və insan təsvirləri ilə, eləcə də nəfis yazılarla
bəzədilməsi onların yüksək bədii-estetik dəyərliliyini təmin etmişdir.
Bu dövr hər cəhətdən maraq doğuran kişi və qadın kəmərlərinin hazırlanması ilə də xatırlanır. Qadınlar
üçün enli, kişilər üçün ensiz olan bu kəmərlərin üzəri naxışlarla və təsvirlərlə bəzədilməklə, metal fiqurlar da
əlavə olunardı.
Ustalar, zərgərlikdə olduğu kimi, məişət əşyalarının hazırlanmasında daha çox döymə, basma, qarasavad
və s. texnikalardan istifadə edirlər.
XX əsrdə metalişləmə sənətkarlığının əsasən dəmirçilik, misgərlik və zərgərlik sahələri əvvəlki kimi
inkişafda idi. Dəmirçilərin hazırladıqları çapacaq, manqal, sacayağı, qapı dəstəyi, maşa və s. əşyalar onlardakı
yüksək ustalığa görə xoş təsir bağışlayır. Çoxsaylı Lahıc misgərlərinin gözünün nurunu, əllərinin istisini
özündə yaşadan məişət əşyaları da, həmişəki kimi, formasına və bədii həllinə görə ecazkar idilər. Mis qablara
olan ehtiyac bu
sənət növünü,
müasir təminata baxmayaraq, bu günə kimi yaşadır.
Dostları ilə paylaş: