Mədəniyyət və turizm Mündəricat



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə70/136
tarix02.01.2022
ölçüsü7,85 Mb.
#2600
1   ...   66   67   68   69   70   71   72   73   ...   136
Keramika sənəti 
 
Zəngin Azərbaycan təbiəti tarixən burada keramika sənətinin təşəkkülünə də imkan vermişdir. Çoxsaylı 
məişət  tələbatları  və  ölkənin  müxtəlif  guşələrində  gilin  bolluğu  dulusçuluq  sənətinin  geniş  inkişafına  səbəb 
olmuşdur. Sadə qabların, kərpic və su borusunun hazırlandığı ilkin mərhələ sonrakı dövrlərdə texniki və estetik 
rəngarəngliklə  əvəzlənmişdir.  Sonra  təkmilləşən  texnika  və  artıq 
fırlanmağa başlayan dulusçuluq dəzgahı daha funksional əşyaların - küpə, 
fincan,  çıraq,  kasa  və  daha  neçə-neçə  əşyanın  hazırlanmasına  imkan 
vermişdir. 
Əgər ilkin dövrlərdə əşyaların zahiri bəzəyi sadəliyi ilə seçilirdisə, 
VIII-IX  əsrlərdən  başlayaraq,  onun  bədii  tərtibatında  şirə  mayesi 
işlədilməyə  başlanılıb.  Ustalar  həm  çiy  gili  anqobla  (ağ  yağlı  gilin 
tərkibinə zəy, un, şorotu qatılan maddə) bəzəyib üstünü şirlə örtür, həm də 
gilin şirələnmiş üzərini anqobla örtdükdən sonra boyalarla bəzəyib xüsusi 
sobada bişirirdilər.
 
 
Bakı,  Qəbələ  və  Mingəçevir  şəhərlərindən  tapılan  və  hazırda 
muzeylərdə  nümayiş  olunan  keramika  nümunələri  bunu  əyani  duymağa  imkan  verir.  Sonrakı  əsrlərdə  də 
əhalinin saxsı qablara olan tələbatının artması keramikanın bədii-texniki imkanlarının zənginləşməsinə təsir 
edib. XII-XV əsrlərdə Beyləqan, Təbriz, Mingəçevir, Örən-Qala və Gəncədə hazırlanan əşyalardan da bunu 
görmək  mümkündür.  Bu  dövrdə  artıq  saxsı  məmulatlar  təkcə  məişətdə  yox,  həm  də  memarlıqda  kaşıların 
tətbiqi  ilə  istifadə  olunurdu.  Qədim  məscidlərin,  hamamların  və  sarayların  tərtibatı  bunu  təsdiqləyir.  Ərəb 
tarixçilərindən  Müqəddəsi  və  Həməvinin  əsərlərində  bu 
barədə məlumatlar vardır. Pirsaat çayı üzərindəki Pir Hüseyn 
xanəgahının  (XIII-XV  əsrlər),  Bərdə  türbəsinin  (XIV  əsr), 
Təbrizdəki Göy  məscidin (XV əsr) mavi  və firuzəyi zəngin 
kaşıları da bunun əyani təsdiqidir.  
Əgər  şirsiz  qabların  bəzədilməsində  cızma  həndəsi  və 
nəbati naxışlar, heyvan, quş, insan təsvirləri əsas yer tuturdusa, 
daha  davamlı  olan  şirli  saxsı  məmulatların  bəzədilməsində 
anqoblardan da geniş istifadə edilirdi. 
Saxsı  məmulatların  bəzədilməsində  əsasən  şirüstü  və 
şiraltı  boya  texnikalarına  müraciət  olunub.  Şiraltı  boya  (daha 
çox  yaşıl,  göy,  qara,  bənövşəyi)  ilk  olaraq  gıl  qabın  üzərinə 
çəkilir, sonra isə şirə batırılaraq odda qızdırılırdı. 
Şirüstü  boya  isə,  adından  göründüyü  kimi,  şəffaf 
məhlulun  üzərinə  çəkilirdi,  ancaq  bundan  çox  az  istifadə 
olunub.  Bütünlükdə  saxsı  məmulatlar,  funksional  əhəmiyyəti  ilə  yanaşı, 
üzəri  incə  nəbati  naxışlar  və  quş,  heyvan,  insan  təsvirləri  ilə 
bəzədildiyindən, həm də xoş estetik təsir bağışlayar, zövqü oxşayardı. 
XVI-XVII  əsrlərdə  el  sənətinin  bütün növləri  kimi,  keramika  da 
özünün  yeni  və  maraqlı  inkişaf  mərhələsini  yaşamışdır.  Artıq 
Azərbaycanın  Təbriz,  Ərdəbil,  Şamaxı,  Bakı,  Naxçıvan  və  Gəncə 
şəhərlərində  istehsal  olunan  keramika  məmulatları  Şərq  və  Qərb 
ölkələrində  yayılıb.  Onlara  bu  cür  tələbatı  ilk  növbədə  saxsı  və  kaşı 
məmulatların yüksək texniki-bədii məziyyətləri şərtləndirmişdir. Müxtəlif 
əşyaların bədii həllində rast gəlinən gül-çiçək, quş və heyvan təsvirləri də 


87 
 
icrasının  bənzərsizliyinə  görə  diqqət  çəkir.  Nimçələrin  və  vazların  bəzək  örtüyü Təbriz  miniatürlərini  yada 
salırdı. Belə oxşarlıq qabların bu cür bədii həlli onların estetik dəyərini yüksəldirdi. 
Təbriz hamamlarmı, Şeyx Cüneydin türbəsini (Qusar), Şeyx Səfi kompleksini (Ərdəbil) bəzəyən və üzəri 
gül-çiçək,  heyvan  və  quş  təsvirləri  ilə  örtülmüş  kaşiları  da  XVI-XVII  əsr  Azərbaycan  keramikasının  uğuru 
hesab etmək olar. 
 

Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin