Mədəniyyət və turizm Mündəricat


Ümumazərbaycan  geyimlərində  rəng  seçiminin  mahiyyəti



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə82/136
tarix02.01.2022
ölçüsü7,85 Mb.
#2600
1   ...   78   79   80   81   82   83   84   85   ...   136
Ümumazərbaycan  geyimlərində  rəng  seçiminin  mahiyyəti.  Qədim  dövr  Azərbaycan 
geyimlərində rəng seçimi müasir dövrdəkindən xeyli fərqli olub. Belə ki, bir geyim dəstində bir neçə 
rəngdən istifadə edilib. Məsələn, cübbənin üz parçası bir rəngdə, astarı isə buna uyğun gəlməyən başqa 


115 
 
rəngdə, üst-üstə geyinilən cübbələrin və çuxaların hər biri və şalvar müxtəlif rənglərdə tikilirdi, başqa 
sözlə desək, geyim elementlərinin sayından təxminən iki dəfə çox sayda rəngdən istifadə edilirdi. 
Müasir geyim  dəstlərində  isə  çox  rəngdən  istifadə  edilməsi  yaxşı  baxılmır,  əsasən  iki  rəngdən 
istifadə  edilir,  üçüncü,  bunlara  zidd  rəngdən  isə  bəzək 
elementi  kimi  istifadə  edilir.  Bu,  modaya  meylin,  əsasən, 
şəhər mühitində inkişafı ilə izah edilir. Çünki şəhərdə insan 
təbiətlə  bilavasitə  az  təmasda  olur.  Təbiətlə  təmasın  sıx 
olduğu kənd mühitində isə, bu günə qədər, geyimlərdə çox 
rənglərdən istifadə olunur. 
K.Kərimovun  "Azərbaycan  miniatürləri"  kitabında 
toplanan  miniatürlərdən  orta  yüzilliklərin  geyimlərində 
istifadə olunan rənglər haqqında müfəssəl məlumat verilir. 
Belə  ki,  miniatürlərdə  1067-dən  çox  sayda  geyim 
elementindən 353 geyimdə qırmızı, 194 geyimdə yaşıl, 314 
geyimdə  göy,  119  geyimdə  sarı  və  qismən  də  digər 
rənglərdən  istifadə  olunmuşdur.  Göründüyü kimi,  ən  çox 
istifadə  edilən  qırmızı,  göy,  yaşıl  rənglərdir  ki,  bunlar  da 
müəyyən mənada xalq inamının ifadəçisi rolunu oynayır. 
Azərbaycan  xalq  geyimlərindəki  bu  rəng  seçimi 
poeziyaya  da  sirayət  etmiş  və  ədiblərimiz  bu  rəng 
seçiminin  fəlsəfi  mənalarını  açmağa  müvəffəq  olmuşlar. 
Buna misal olaraq N. Gəncəvi və M. P. Vaqif poeziyasını 
göstərmək olar. 
XVI  yüzilliyə  qədər  Azərbaycan  geyimlərindəki 
modanın dəyişilməsi əsasən özünü rəng bolluğunda büruzə verir, geyimin forma, biçim,  texnoloji və 
digər xüsusiyyətlərinin ifadəsi isə arxa planda qalır. 
Azərbaycan  geyimlərinin  tarixi  təkamülü  üzərində  aparılmış  müşahidələr  göstərir  ki,  geyim 
tiplərinin  texnoloji  inkişafı  ilə  yanaşı,  onların  estetik  baxımdan  təkmilləşməsi,  Azərbaycan  xalqının 
dünyagörüşü, zövqü, ümumi mədəni tərəqqisi ilə üzvi surətdə bağlı olmuşdur. Geyimlərin estetikası 
özünəməxsus xüsusiyyətlərə malik regional, məhəlli miqyas kəsb etdiyi kimi, mənsub olduğu millətin 
estetik təfəkkürünü ifadə etməsi baxımından da bütöv bir sistem təşkil edir. 
Əvvəlki  yüzilliklərdən  fərqli  olaraq,  son  orta 
yüzilliklərdə  insanın  bədən  gözəlliyinin  təsviri  ilə  geyim 
gözəlliyinin tərənnümü təxminən eyni estetik məziyyət kəsb 
edir.  Geyimlərin  sadəliyi,  rahatlığı,  orta  yüzilliklər 
dəbdəbəsindən  fərqli  olaraq  yüksək  cəmiyyətlərdə, 
saraylarda  xalq  (elat)  geyimlərinə  marağın  artması,  eyni 
zamanda  rəng  əlvanlığı,  həndəsi  naxışlar  əvəzinə  nəbati 
naxışlara üstünlük verilməsi (bunu Şəki xan sarayının divar 
rəsmləri  də  təsdiq  edir)  diqqəti  cəlb  edir.  Bu  dövrün 
geyimləri xalq  təfəkküründə  mühüm  estetik  obraza,  təsvir-
tərənnüm  vasitəsinə  çevrilmişdir.  Heç  şübhəsiz,  mədəni 
estetik təfəkkürdə müxtəlif sənət və sənətkarlıq sahələrində 
gedən  demokratikləşmə,  xəlqiləşmə,  milliləşmə  prosesi  də 
xalq məişətinin tərkib hissəsi olan geyimə marağı artırmış, 
onu əvvəlki yüzilliklərlə müqayisəedilməz dərəcədə, estetik 
keyfiyyətdə qavramışdır. 
Beləliklə,  XX  yüzilliyin  əvvəllərindən  başlayaraq 
Azərbaycan  xalq  geyimlərində  həm  texnoloji,  həm  də 
estetik  baxımdan  Avropalaşmağa  (Qərbləşməyə)  meyl 
özünü  göstərir.  Bu  isə  prinsip  etibarı  ilə  müasirlik, 
novatorluq  kimi  qiymətləndirilirdi.  Lakin  qeyd  etmək 
lazımdır ki, həmin novatorluğun həm müsbət, həm də mənfi cəhətləri vardır. Müsbət cəhətlərdən ən 


116 
 
başlıcası  geyim  dəstində  kəmiyyət  artımının  təmin  olunmasından  ibarətdir.  Mənfi  cəhət  isə  əsasən, 
ənənəvilikdən məhrum olmaq, ilk növbədə, estetik özünəməxsusluğun müəyyən məqamlarda itirilməsi 
təhlükəsi ilə bağlıdır. 
Şübhəsiz Azərbaycan cəmiyyətinin, onun geyim mədəniyyətinin bu gün ümumdünya standartları 
ilə  sıx  bağlı  olması  xalq  geyim  ənənələrinin  inkişafına,  onun  kütləviləşməsinə,  aparıcı  mövqeyə 
çıxmasına  imkan  vermir.  Bununla  belə,  həmin  ənənələr  müasir Azərbaycan  geyim  mədəniyyətinin 
yüksəlişi, özünəməxsusluğu, estetikliyin inkişafı üçün canlı, həmişəyaşarı ehtiyat mənbə olaraq qalır. 
 

Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin