Azərbaycan kinosunun sonrakı mərhələsi (1935-60) səsli kinonun yaranması və geniş inkişafı ilə
bağlıdır. 1935-ci ildə "Azərfilm"in "Mejrabpomfilm" kinostudiyası (Moskva) ilə birgə yaratdığı "Mavi dənizin
sahilində" (rejissor Boris Barnet, S.Mərdanov) bədii filmi ilə Azərbaycanda səsli kino əsərlərinin istehsalına
başlanıldı. Filmdə baş rollarda tanınmış sovet kinoaktyorları Lev Naumoviç Sverdlin, Nikolay Afanasyeviç
Kryuçkov, Yelena Aleksandrovna Kuzmina və b.
çəkilmişlər. 1936-41 illərdə ekranlara 10-dan çox səsli
film buraxılmışdır.
Səsli kinonun yaranması ilə sənədli kinonun da
yaradıcı imkanları genişləndi. 30-cu illərdə bu sahədə
Seyfulla Bədəlov, Əbdül Həsənov, Əlibala Ələkbərov,
Camal İsmixanov və b. fəaliyyətə başladılar. "Adlı-sanlı
Azərbaycan" (1935, ssenari müəllifi və rejissoru Boris
Pumpyanski, Vladimir Yeremeyev) bir hissəli sənədli
xronika kinoalmanaxında ilk dəfə olaraq, diktor mətni
oçerkin qəhrə
134
1945-ci ildə Ü.Hacıbəvovun "Arşın mal alan" musiqili komediyası yenidən ekranlaşdırıldı. Rejissorlar
R.Təhmasib və Nikolay Leşşenko, operatorlar Ə.Atakişiyev və M.Dadaşov milli koloritə malik, parlaq realist
kinokomediya yarada bildilər. Film keçmiş SSRİ-də,
eləcə də dünyanın bir çox ölkəsində uğurla nümayiş
etdirilmişdir. "Arşın mal alan" filminə görə
Ü.Hacıbəyov, rejissor R.Təhmasib, aktyorlardan
Rəşid Behbudov, Leyla Bədirbəyli, Ələkbər
Hüseynzadə, Münəvvər Kələntərli və Lütfəli
Abdullayev 1946-cı ildə SSRİ Dövlət mükafatına
layiq görüldülər.
40-cı illərin sonu - 50-ci illərin əvvəllərində
Bakı kinostudiyasının əsas diqqəti bədii-sənədli və
publisistik filmlərin çəkilişinə yönəldilmiş, bu dövrdə
yalnız "Fətəli xan" (1947, rejissor Yefim Dziqan;
1959-ci ildə ekrana buraxılmışdır) və "Bakının
işıqları" (1950, rejissorlar İosif Yefimoviç Xeyfits,
Aleksandr Zarxi və R.Təhmasib) bədii filmləri
çəkilmişdir.
İkinci dünya müharibəsi (1939-45) illərində
Azərbaycan sənədli kinosunun bir qrup rejissoru (Əbdül Həsənov və b.) və operatorları (Mirzə Mustafayev,
Muxtar Dadaşov, S.Bədəlov, V.Y.Yeremeyev, Ç.Məmmədov və b.) cəbhə xəttinə gedərək əsgərlərin
qəhrəmanlığını lentə çəkirdilər. Həmin materiallar xüsusi buraxılışlar kimi müxtəlif cəbhələrə göndərilirdi.
Müharibə illərində qəhrəman döyüşçülər Kamal Qasımov və Bəxtiyar Kərimova həsr olunmuş "Vətən oglu" və
"Bəxtiyar" (1941, 1942, rejissor A.Quliyev) kinonovellaları, Azərbaycan xalqının arxa cəbhədəki rəşadətli
əməyini əks etdirən kinojurnallar, kinooçerklər də
yaradıldı ["Vətən uğrunda" (1943, rejissor
Ə.Həsənov), "Qayğı" (1943, A.Quliyev), "Məktuba
cavab" (1944, rejissor İ.Əfəndiyev), "Qardaşlıq
köməyi" (1944, rejissor M.Dadaşov) və s.]. 1944-cü
ildə Bakı kinostudiyası Moskva sənədli filmlər
studiyası ilə birgə dənizçilərin qəhrəmanlığından
bəhs edən "Xəzər dənizçiləri" (rejissorlar
Q.V.Aleksandrov və N.İ. Bolşakov) tammetrajlı
sənədli filmini çəkdi. 1945-ci ildə Azərbaycanda
sovet hakimiyyəti qurulmasının 25 illiyi ilə əlaqədar
rejissor H.Seyidzadə "Əbədi odlar diyarı" tammetrajlı
sənədli filmini yaratdı.
Müharibədən
sonrakı
illərdə
"Sovet
Azərbaycanı" (ildə 36 nömrə; "Ordenli Azərbaycan"
kinojurnalının yeni adı) ilə yanaşı "Gənc nəsil" (ildə
4 nömrə) kinojurnalının da buraxılışına başlanıldı. 1945-50-ci illərdə sənədli kino sahəsində ssenaristlər İmran
Qasımov, Ədhəm Qulubəyov, rejissorlar Zeynəb Kazımova, Lətif Səfərov, operatorlar Arif Nərimanbəyov,
Teyyub Axundov, Xan Babayev, bəstəkarlar Qara Qarayev, Tofiq
Quliyev və b. fəaliyyətə başladılar. Cənubi Azərbaycan xalqının
1945-46-cı illərdə azadlıq mübarizəsindən bəhs edən "Arazın o
tayında" (1947, rejissorlar Esfir İlyiniçna Şub, İ.Əfəndiyev)
tammetrajlı filmi diqqəti cəlb edirdi. Respublikada sovet
hakimiyyətinin qələbəsinin 30 illiyi münasibətilə 1950-ci ildə
"Sovet Azərbaycanı" (rejissorlar M.Dadaşov, F.Kiselyov) rəngli
tammetrajlı sənədli filmi yaradıldı. Film 1951-ci ildə Kann
(Fransa) beynəlxalq kinofestivalının xüsusi mükafatına layiq
görüldü.
Azərbaycan kinosunun intensiv inkişafı 50-ci illərin
ortalarından başlamışdır. Bu dövrdə milli ssenarist, rejissor,
operator, rəssam kadrları yetişmişdir. Onların çoxu Ümumittifaq
Dövlət Kinematoqrafıya İnstitutunda (Moskva) təhsil almışdı
(İ.Qasımov, Ənvər Məmmədxanlı, Tofıq Tağızadə, L.Səfərov,
Həsən Seyidbəyli, Əjdər İbrahimov, H.İsmayılov, H.Seyidzadə,
135
Ş.Mahmudbəyov, Ə.Atakişiyev, X.Babayev, A.Nərimanbəyov, T.Axundov, Rasim Ocaqov, Kamil Nəcəfzadə,
Cəbrayıl Əzimov, Elbəy Rzaquliyev, Nadir Zeynalov və b.). Bu illərdə bədii filmlərin çəkilişinin sayca
çoxalması onlarm mövzu dairəsinin genişlənməsinə səbəb oldu ["Qara daşlar" (1956, rejissor A.Quliyev),
"Qızmar günəş altında" (1957, rejissor L.Səfərov), "Kölgələr sürünür" (1958, rejissorlar İ.Əfəndiyev, Ş.Şeyxov),
"Onun böyük ürəyi" (1958, rejissor Ə.İbrahimov), "Ögey ana" (1958, rejissor H.Ismayılov), "Əsl dost" (1959,
rejissor T.Tağızadə), "Onu bağışlamaq olarmı?" (1960, rejissor R.Təhmasib), "Bizim küçə" (1961, rejissor
Ə.Atakişiyev), "Böyük dayaq" (1962, rejissor H.İsmayılov), "Telefonçu qız", "Möcüzələr adası" (1962, 1963,
rejissor H.Seyidbəyli) ]. Bakı kinostudiyasında 1957-ci ildə yaradılmış "Bir məhəllədən iki nəfər" (Moskvanın
M.Qorki ad. kinostudiyası ilə birlikdə, rejissorlar Ə.İbrahimov, İ.Qurin) filmi Şərq ölkələrindən birində xalqın
azadlıq və demokratiya uğrunda mübarizəsindən bəhs edir.
Cəsur partizan Mehdi Hüseynzadəyə həsr edilmiş "Uzaq sahillərdə" (1958, rejissor T.Tağızadə) filmi
Azərbaycan, eləcə də keçmiş sovet kinosunun nailiyyətlərindəndir. Dinamik, gərgin hadisələr, dəqiqliklə
verilmiş xarakterlər, operator və rejissor işinin yüksək səviyyəsi filmə geniş şöhrət qazandırmışdır.
Bu illərdə müasirlik mövzusu, xalqın məişəti, əmək nailiyyətləri sənədli kino ustalarının yaradıcılığında
başlıca yer tutmuşdu ["S.M.Kirov adına körfəzdə", (1954, Venesiya beynəlxalq kinofestivalının mükafatı,
1955), "Axtaran tapar"(1969, rejissor C.Məmmədov), "Səadət yolu ilə", "Bizim Azərbaycan" (1957, 1959,
rejissor M.Dadaşov), "Bakı və bakılılar" (1957, rejissor L.Səfərov), "Azərbaycan mədəniyyətinin baharı" (1960,
rejissorlar C.Məmmədov, X.Babayev), "M.F.Axundov" (1962, rejissor N.Bədəlov) və s.]. Sovet kino sənətinin
dəyərli nümunələrindən sayılan "Xəzər neftçiləri haqqında
dastan" (1953) və "Dənizi fəth edənlər" (1959) filmlərini rejissor
Roman Lazareviç Karmen Bakı kinostudiyasında çəkmişdir.
Həmin filmlərdə dəniz neftçilərinin fədakar əməyi və həyatı əks
olunmuşdur. Bu filmlərə görə rejissor R.L.Karmen, operatorlar
Cavanşir Məmmədov və Sergey Medinski Lenin mükafatına
layiq görülmüşlər (1960).
1960-80-ci illər Azərbaycan kinosunun dirçəliş dövrü
olmuşdur. 60-cı illərin əvvəllərindən Azərbaycanda rəngli
filmlərin çəkilişi genişləndirildi. "Koroğlu" (1960, rejissor
Hüseyn Seyidzadə) bədii filmi genişekranlı rəngli Azərbaycan
kinosunun ilk nümunəsidir. "Səhər" (1960, rejissor A.Quliyev)
filmi Bakıda 1905-07-ci illər inqilabi hadisələrindən bəhs edir.
"Mahnı belə yaranır" (1957, rejissorlar R.Təhmasib və
M.Mikayılov
)
filmi
Dağıstanın xalq şairi Süleyman Stalskiyə, "Leyli və
Məcnun" (1962, rejissor L.Səfərov) əbədi məhəbbət
mövzusuna həsr edilmişdir.
"Arşın mal alan" filmindən sonra Azərbaycan
kinosunda musiqili komediya janrma meyil güclənmişdir.
"Görüş" (1955, rejissor T.Tağızadə), "Bəxtiyar" (1955,
rejissor L.Səfərov, baş rolda R.Behbudov), "O olmasın, bu
olsun" (1956, rejissor H.Seyidzadə; Azərbaycanda ilk rəngli
bədii film), "Romeo mənim qonşumdur" (1963, rejissor
Ş.Mahmudbəyov), "Ulduz" (1964, rejissor A.Quliyev),
"Əhməd haradadır?" (1965, rejissor A.İsgəndərov), növbəti
ekran təcəssümündə "Arşın mal alan" (1965, rejissor
T.Tağızadə), "Qaynana" (1978, rejissor H.Seyidzadə) və s.
filmlərdən bu ənənə davam etdirilmişdir.
60-cı illərin ikinci yarısı - 70-ci illər kinematoqrafiyaya gənclərin böyük bir qrupunun gəlməsi ilə
əlamətdar olmuşdur (ssenaristlərdən Rüstəm və Maqsud İbrahimbəyov qardaşları, Anar, Alla Axundova, İsa
Hüseynov, Yusif Səmədoğlu, Elçin, Ramiz Rövşən, Ramiz Fətəliyev, rejissorlardan Arif Babayev, Eldar
Quliyev, Oqtay Mirqasımov, Yalçın Əfəndiyev, Tofiq İsmayılov, Gülbəniz Əzimzadə, operatorlar Zaur
Məhərrəmov, Rasim İsmayılov, Rafael Qəmbərov, Valeri Kərimov, rəssamlar Fikrət Bağırov, Rafis İsmayılov,
aktyorlar Həsən Məmmədov, Şahmar Ələkbərov, Həsən Turabov, Rasim Balayev, Şəfiqə Məmmədova və b.).
Onların yaşlı və orta nəslə mənsub sənət xadimləri ilə əməkdaşlığı Azərbaycan kinosunun professional
səviyyəsinin yüksəlməsinə, milli özünəməxsusluğu, ideya dərinliyi ilə fərqlənən filmlərin meydana gəlməsinə
səbəb oldu. Bu dövrün filmlərində müasir həyata müxtəlif baxışlar, insan xarakterlərinin təhlili, gənc nəslin
formalaşması və s. mövzular başlıca yer tutur ["Bir cənub şəhərində" (1969, rejissor E.Quliyev), "Uşaqlığın son
136
gecəsi", "Gün keçdi" (1969, 1971, rejissor A.Babayev), "Ən vacib müsahibə", "Var olun, qızlar" (1971, 1973,
rejissor E.Quliyev), "Həyat bizi sınayır" (1972, rejissor
Ş.Mahmudbəyov), "Xoşbəxtlik qayğıları" (1976, H.Seyidbəyli)
və s.].
1960-70-ci illər sənədli kinosunda O.Mirqasımov,
Yalçın Əfəndiyev, Ruslan Şahmalıyev, Teymur Bəkirzadə,
Nicat Bəkirzadə kimi gənclər fəaliyyətə başladılar.
O.Mirqasımovun "Dəniz" (1965), "Qobustan" (1966), "Bu,
həqiqətin səsidir. Bəstəkar Qara Qarayev" (1967) filmlərində
60-cı illərin ikinci yarısında sənədli kinonun üslubundakı
müəyyən dəyişikliklər (diktor mətninin olmaması, poetik
əhvali-ruhiyyə, dəqiq montaj) özünü göstərir. Həmin filmlərə
görə O.Mirqasımov Azərbaycan Lenin komsomolu mükafatma
layiq görülmüşdür (1967). Rejissor Y.Əfəndiyevə, ssenari
müəllifi İ.Şıxlıya, operator Z.Məmmədova "Nə yaxşı ki dünyada Səməd Vurğun varmış" (1967), rejissor
Cahangir Zeynalova C.Cabbarlının xatirəsinə həsr olunmuş
"Solmaz bir bahar kimi" (1979) filmlərinə görə Azərbaycan
Lenin komsomolu mükafatı verilmişdir. 70-80-ci illərdə
maraqlı elmi-kütləvi kino nümunələri yaradılmışdır:
"Naxışların yaddaşı" (1973, rejissor İ.Əfəndiyev), "Qızıl
balıq" (1975, rejissor Cəmil Fərəcov), "Eskulap piyaləsinin
sirri" (1984, rejissor T.Bəkirzadə), "Dirçəlmə" (1984, rejissor
C.Fərəcov), "Torpaq borcu" (1986, rejissor Tofiq
Mütəllimov), "Əks-səda" (1987), "Balaban" (hər ikisinin
rejissoru Xamis Muradov, Azərbaycan SSR Dövlət mükafatı,
1987) və s. Azərbaycan sənədli kinosunda aktual mövzuların
seçilməsi və araşdırılması üçün yeni yollar axtarılır, çəkiliş
metodunun, montajın, səsləndirilmənin əlavə imkanları
təcrübədə sınanılır. Bu baxımdan rejissor T.Bəkirzadənin
"Dissonans" (1977, Ümumittifaq və beynəlxalq kinofestivallarının mükafatı), X.Muradovun "Qarabağ
bülbülləri" (1977), Z.Məhərrəmovun "Baharla birgə" (1978), "Köç" (1983), Ç.Zeynalovun "Səfillər" (1985),
"İntizar" (1986), "Əbədiyyətə qovuşan ömür" (1987), Rauf Nağıyevin "Ölü zona" (1988), "Şəhidlər" (1988),
"Abşeron qalaları" (1989), V.Mikayılovun "Qışdan sonra gələn bahar" (1989) filmləri diqqətəlayiqdir.
1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında "Mozalan" satirik kinojurnalı istehsal edilir. Bu
kinojurnalda cəmiyyətin antipodları, gündəlik həyatda və təsərrüfatda rast gəlinən qüsur və nöqsanlar tənqid
olunur.
İkinci dünya müharibəsinədək Azərbaycanda cizgi
filmlərinin çəkilməsinə yalnız təşəbbüs göstərilmişdir. 1966-cı ildə
"Azərbaycanfilm"də rəssam və rejissor-multiplikator A.Axundovun
rəhbərliyi ilə ikiillik rəssam-multiplikator kursları açılmışdı. 1969-
cu ildə "Azərbaycanfilm"-də yaradılmış multiplikasiya sexində
A.Axundovanın Azərbaycan xalq nağılları əsasında yazdığı ssenari
üzrə birhissəli rəngli "Cırtdan" (rejissor Y.Əfəndiyev)
multiplikasiya (cizgi) filmi çəkilmişdir. 70-ci illərdə "Fitnə",
"Cücələrim" (rejissor Ağanağı Axundov), "Tülkü Həccə gedir",
"Cırtdanın yeni sərgüzəştləri" (rejissor Nazim Məmmədov),
"Çaqqal oğlu çaqqal" (rejissor Mirzə Rəfiyev) və s. filmlər
yaradılmışdır. Rejissorlar Məsud Pənahi ("Bulud niyə ağlayır?", 7-
ci Ümumittifaq kinofestivalının mükafatı, "Siçan bəy və Pıspısa
xanım", A.Axundovla birgə, "Günlərin bir günündə", "Dınqıl,
sazım, dınqıl", "Xoruz", "Qız qalası haqqında əfsanə" və s.), Əsgər
Məmmədov ("Daş", "Toral və Zəri", "Taya", "Dəcəl dovşan",
"Sehrli ləçək", "Uçan zürafə" və s.), Arif Məhərrəmov ("Yatmaq
vaxtı çat-mışdır"), Vahid Talıbov ("Təqib"), R.Şahmalıyev ("Sehrli naxışlar"), Hafiz Əkbərov ("Talada ev"),
Firəngiz Qurbanova ("Bir dəfə axşamçağı", "Ağacda oturmuş ana", "Seans" və s.) və başqaları maraqlı cizgi
filmləri çəkmişlər. 1981 ildən "Cırtdan-pəhləvan" cizgi filmləri seriyası çəkilir.
137
1965-ci ildən Azə
138
tikintidə, təhsildə, səhiyyədə və s. olan neqativ hallar kinojurnalda kəskin tənqid olunurdu. 1971-79-ci illərdə
rüblük, 1980 ildən isə ildə 8 nömrəsi buraxılmışdır.
Bəzi filmlərdə İkinci dünya müharibəsi (1939-45) mövzusu öz əksini tapmışdır: "Bizim Cəbiş müəllim"
(1969, rejissor H.Seyidbəyli), "Şərikli çörək" (1969, rejissor Ş.Mahmudbəyov, Azərbaycan SSR Dövlət
mükafatı, 1970), "Bakıda küləklər əsir" (1975, rejissor M.Dadaşov), "Tütək səsi" (1975, rejissor R.Ocaqov) və
s. Rejissor R.İsmayılovun "Sizi dünyalar qədər sevirdim", (1985) filmi Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova
həsr edilmişdir.
Azərbaycanda uşaq filmlərinin istehsalına da mühüm əhəmiyyət verilir ["Bir qalanın sirri", "Sehrli
xalat", "Qərib cinlər diyarında" (1959, 1964, 1976, rejissor
Ə.Atakişiyev), "Şir evdən getdi" (1978, rejissor R.İsmayılov), "Mən
mahnı qoşuram", "Əzablı yollar", "Musiqi müəllimi" (1978, 1982,
1983, rejissor T.İsmayılov), "Gəmi saatının sirri" (1982, A.Dovjenko
ad. kinostudiya ilə birlikdə; rejissor R.Şabanov), "Qaladan tapılan
mücrü" (1982, rejissor G.Əzimzadə) və s.). 1989 ildə ilk fantastik
Azərbaycan bədii filmi ("Əlaqə", rejissor Ç.Zeynallı) yaradılmışdır.
Dostları ilə paylaş: |