Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən
139
Oberhauzen (Almaniya) Beynəlxalq kino-festivalında (1999) bir neçə mükafat, Karlovı Varı festivalında (2000)
"Azadlıq" prizi, O.Mirqasımovun "Ovsunçu" bədii filmi Kazan şəhərində keçirilən I Beynəlxalq müsəlman
kinosu festivalında (2005) "Ən yaxşı bədii film" nominasiyası üzrə mükafat almışlar.
Ramiz Məmmədov
Ədəbiyyat: Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Az ərbaycan” cildi. Bakı, 2007,
“Kino” məqaləsi, səh. 812-817.
140
Kitabxanalar
Bəşər mədəniyyətinin beşiyi olan Şərqdə ilk kitabxanaçılıq fikirləri yarandığı kimi, gil lövhələrdən
ibarət kitabları saxlayan ilk kitabxanalar da burada meydana gəlmişdir. İlk kitabxana kataloqlarının burada tərtib
olunması da həmin fikri təsdiq edir. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın zəngin tarixi, əsrlərlə
formalaşan mədəniyyəti vardır. Bu mədəniyyətin ayrılmaz hissəsi olan Azərbaycan kitabxanalarının da tarixi
çox qədimdir. Hələ V əsrdə Albaniyada əlifbanın meydana gəlməsi ilə əlaqədar kitablar yaranmış, məbəd və
məktəblərdə kitabsaxlayıcılar təşkil edilmişdi. VII əsrdə Azərbaycanın Ərəb xilafətinin tərkibinə daxil olması və
islam dininin yayılması nəticəsində məscidlərdə Quranın müxtəlif əlyazmalarını və digər dini kitabları
cəmləşdirən kiçik kitabxanalar, sonralar isə din xadimləri hazırlayan mədrəsələrdə təlim-tədris işinə kömək
məqsədilə xüsusi kitabxanalar təşkil olunurdu. Azərbaycanda ilk məscid və mədrəsə kitabxanaları Bərdə,
Gəncə, Şamaxı, Naxçıvan, Ərdəbil, Təbriz, Beyləqan və s. şəhərlərdə yaradılmışdı. Kitablar ilk dövrlərdə
sandıqlarda və xüsusi rəflərdə saxlanılırdı. Artıq XI-XII əsrlərdə bəzi böyük məscid kitabxanalarında kitab
saxlamağın, onu oxucuya verməyin özünəməxsus sadə üsulları formalaşdı. Məscid kitabxanaları başqa
kitabxanaların yaradılmasında, kitabçılığın inkişafında, kitabxanaların cəmiyyətdəki rol və əhəmiyyətinin
möhkəmlənməsində mühüm rol oynadı. Həm kitabxana, həm də kitabın üzünü köçürüb yayan dini ocaqlar
Azərbaycan kitabçılığının inkişafı, kitabxanaların və kitabxana işi proseslərinin təkmilləşdirilməsi sahəsində
xeyli iş görmüşlər. Məscid və mədrəsə kitabxanaları həmçinin kitabxanaçılıq biliklərinin rüşeym halında
meydana gəlib formalaşmasında da yaxından iştirak etmişdir. Məscid kitabxanalarında ayrıca kitabdar
(kitabxanaçı) vəzifəsi var idi. Ən savadlı ruhanilər bu vəzifədə çalışmış, kitabxanaları idarə etmək,
kitabxanaların quruluşuna, texniki təchizatına, kitab fondlarının zənginləşməsinə kömək göstərmək, kitabxana
fondlarının mühafizə olunması, düzgün saxlanma və düzülüş sistemlərinin yaradılması, kitabların oxuculara
verilmə qaydalarının müəyyənləşdirilməsi, fondda olan kitabların siyahılarının tərtibi və s. kimi vəzifələri yerinə
yetirmişlər. Məscid və mədrəsə kitabxanalarının taxçaları sonralar kitab dolablarına (rəflərinə), siyahılar isə
kitabxana kataloqlarına çevrildi.
XI-XIII əsrlərdə Azərbaycanın iri mədəniyyət və təhsil mərkəzlərində saray kitabxanaları təşkil edildi.
Belə kitabxanaların Gəncə, Şamaxı, Təbriz və s. şəhərlərdə olması barədə Nizaminin, Xaqaninin, digər alim və
şairlərin əsərlərində məlumatlar vardır. XII əsrin II yarısında Şirvanşahlar sarayında zəngin kitabxana olmuş,
minlərlə kitabı olan bu kitabxanadan dövrün görkəmli alim və şairlərindən Əbül-Üla Gəncəvi, Əfzələddin
Xaqani, Fələki Şirvani və başqaları istifadə etmişlər. Kitabxananın nəzdində şairlər məclisi olmuşdur.
XII əsrdə Gəncədə "Darəl kitab" adlı böyük bir kitabxana fəaliyyət göstərirdi. Bu kitabxana bir çox Şərq
ölkələrindən ən qiymətli əlyazma kitabları alırdı. Kitabxananın özündə də kitabın üzü köçürülüb çoxaldılırdı.
Orta əsrlərin məşhur saray kitabxanalarından biri də XII əsrin 90-cı illərində fəaliyyətə başlamış Qəzvin
şəhərinin şimalında yerləşən Ələmut qalasındakı "Seyyidanə" kitabxanası idi. Qala və kitabxana İsmaililər
dövlətinin banisi Həsən Səbbah (1055-1124) tərəfindən yaradılmışdı. "Seyyidanə" kitabxanasının Azərbaycanla
yanaşı, xarici ölkələrdə də oxucuları var idi. Nəsirəddin Tusi XIII əsrin 30-cu illərində Kuhistanda həbs olunub
Ələmut qalasında saxlandığı dövrdə bu kitabxanada işləmiş, bir neçə il həmin kitabxananın müdiri olmuşdur.
XIII əsrdə Təbrizdə Qazan xanın sarayında zəngin kitabxana yaradılmış, bu məqsədlə xüsusi bina
tikilmişdir. Dövlət kitabxanası hüququna malik həmin kitabxanada qiymətli elmi və dini əsərlərlə yanaşı dövlət
fərmanları, diplomatik məktublar və digər rəsmi sənədlər də toplanmışdır. Kitabxananın idarə olunması xüsusi
kitabdarlar tərəfindən həyata keçirilmişdir.
Təbrizin Qazan adlanan hissəsində daha iki böyük dövlət əhəmiyyətli kitabxana olmuşdur. "Beytül-
kütüb" ("Kitab evi") və "Beytül-qanun" ("Qanun evi") adlanan bu kitabxanalarda müxtəlif elm sahələrinə dair
zəngin əlyazmaları mühafizə edilmişdir.
1300-cü ildə görkəmli alim Fəzlullah Rəşidəddin tərəfindən Təbrizin şimal-şərqində salınmış "Rəbi-
Rəşidi" şəhərciyindəki 7 minə qədər tələbənin təhsil aldığı universitetin zəngin kitabxanası olmuş, bu
kitabxanada bir çox Şərq ölkələrindən gətirilmiş müxtəlif elm sahələrinə dair 60 mindən artıq ədəbiyyat
saxlanılmışdır.
Orta əsrlərdə Azərbaycanda məşhur elmi kitabxanalardan biri böyük alim Nəsirəddin Tusinin bilavasitə
rəhbərliyi və iştirakı ilə 1258-61-ci illərdə yaradılmış Marağa rəsədxanasının kitabxanası olmuşdur.
Kitabxanada İraqdan, İrandan, Suriyadan, Mərkəzi Asiyadan, Anadoludan gətirilmiş riyaziyyat, astronomiya,
fəlsəfə, məntiq, tarix və s. elm sahələrinə dair kitablar, o cümlədən N.Tusinin özünün 100-dən artıq əsəri vardı.
Kitabxana fondunun ümumi həcmi isə 400 min nüsxə idi.
XIII-XIV əsrlərdə mədrəsə kitabxanaları öz fondlarının zənginliyi ilə fərqlənmiş, burada dini kitablarla
yanaşı dünyəvi ədəbiyyat da saxlanılmışdır.
XIV-XVI əsrlərdə Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər dövründə Azərbaycanın bir sıra
hökmdarları tərəfindən zəngin saray kitabxanaları yaradılmışdır. Bu kitabxanalar içərisində Cahanşahın
141
(Həqiqi), Uzun Həsənin, Sultan Xəlilin və Sultan Yaqubun təşkil etdiyi saray kitabxanaları xüsusilə zəngin
olmuş, onlarda dövrün bir çox alim, şair, xəttat, rəssam və digər görkəmli şəxsiyyətləri fəaliyyət göstərmişlər.
Səfəvi hökmdarı I Şah İsmayıl (Xətai) tərəfindən yaradılmış Təbriz saray kitabxanasında Şərqin böyük
klassiklərindən Nizaminin, Firdovsinin, Sədinin, Hafizin, Əssar Təbrizinin qiymətli əlyazmaları vardı.
Kitabxananın nəzdində həmçinin əlyazma kitablarım hazırlayan, köçürən, miniatürlərlə bəzəyən, cildləyən,
bədii tərtibatını təmin edən emalatxana da fəaliyyət göstərirdi.
1522-ci ildə I Şah İsmayıl tərəfindən kitabxananın fəaliyyətinə dair xüsusi fərman imzalanmış, bu
fərmanla görkəmli rəssam Kəmaləddin Behzad kitabxananın rəisi vəzifəsinə təyin olunmuşdu. I Şah İsmayıl
tərəfindən ikinci kitabxana Ərdəbildə, babası Şeyx Səfinin şərəfinə tikdirdiyi məqbərənin nəzdində yaradılmış
və bu elm-mədəniyyət ocağı kitabxana işi tarixində Şeyx Səfi kitabxanası kimi məşhurlaşmışdır. Səfəvilər
sülaləsinin hakimiyyətdə olduğu 235 il ərzində fəaliyyət göstərən bu kitabxanaya I Şah İsmayıldan sonra bütün
Səfəvi hökmdarları tərəfindən qiymətli kitabların hədiyyə edilməsi ənənəyə çevrilmişdir.
XVII-XVIII əsrlərdə bu kitabxanada olmuş bir sıra Avropa alimləri, səyyahlar və elçilər orada
saxlanılan qiymətli əlyazmalar haqqında məlumatlar vermişlər. 1852-ci ildə Ərdəbilə daxil olan rus qoşunlarının
başçısı general Suxtelen Şeyx Səfi kitabxanasının bütün kitablarmı A.S.Qriboyedovun köməyi ilə Sankt-
Peterburq İmperator Kitabxanasına (indiki Saltıkov-Şedrin adına Rusiya Milli Kitabxanası) göndərmiş və bu
kitablar həmin kitabxananın Şərq fondunun əsasmı təşkil etmişdir (əlyazmalarının əksəriyyəti indi də orada
saxlanılmaqdadır).
Orta əsrlərdə kitabxanaların geniş yayılmış formalarından biri də şəxsi kitabxanalar idi. Bu dövrdə
Azərbaycanda Bəhmənyarın, Xətib Təbrizinin, Əbül-Üla Gəncəvinin, Xaqaninin, Nizaminin, Fələki Şirvaninin,
Mücirəddin Beyləqaninin, Nəsirəddin Tusinin və başqaları böyük kitabxanaları olmuşdur.
XVII əsr şəxsi kitabxanaları içərisində Təbrizli Şərəfəddinin, Məmmədrza Məcruhun, 18 əsrdə isə
Əbdülrəzzaq Dünbilinin kitabxanaları öz zənginlikləri ilə xüsusilə fərqlənirdi. Belə kitabxanalarda, əsasən,
təzkirələr saxlanılırdı. Şəxsi kitabxanalar şəbəkəsinin inkişaf etməsinə səbəb ölkədə təhsilin inkişaf edərək
kütləviləşməsi, kitab hazırlayıb yayan müəssisələrin sayının artması, kitab nüsxələrinin çoxalması idi.
XVIII əsrin şəxsi kitabxanaları arasında Qarabağ xanı Pənah xanın kitabxanası xüsusilə fərqlənmişdir.
Pənah xanın (1747-1760) və onun oğlu İbrahimxəlil xanın (1760-1806) hakimiyyəti illərində Qarabağda böyük
abadlıq, inşaat işlərinin aparılması faktı məlumdur. Şuşada tarixi qalalar tikdirməklə bərabər Pənah xan XVIII
əsrin 2-ci yarısında özünün saray əyanlarının və eləcə də Qarabağa gələn hörmətli qonaqların istifadə edə
biləcəyi Şərq üslubunda möhtəşəm bir kitabxana binası tikdirmişdir. Kitabxananın fondu, əsasən, Qarabağın
məscid və mədrəsələrində toplanmış, üzü köçürülmüş qiymətli əlyazmalar ilə zəngin olmuşdur. İbrahimxəlil
xanın hakimiyyəti dövründə kitabxananın fondu daha da zənginləşmiş, hətta uzaq Venesiyadan kitabxana üçün
kitablar gətirilmişdir. Həmin dövrdə İbrahimxəlil xanın vəziri, dövrünün mütəfəkkir şairi Molla Pənah Vaqif də
bu kitabxanadan bəhrələnmiş, sonralar burada üzünü köçürdüyü əlyazmalardan və bütün ömrü boyu topladığı
əsərlərdən ibarət şəxsi kitabxanasını yaratmışdır.
XIX əsrin tanınmış ziyalılarından Abbasqulu ağa Bakıxanov uzun illər boyu Şərq ədəbiyyatına və
tarixinə dair topladığı əsərlərdən ibarət zəngin bir kitabxana təşkil etmişdi. Bu kitabxananın əksər hissəsi nadir
əlyazmalardan ibarət idi. Professor İ.Brez həmin kitabxanada olan əlyazmaların kataloqunu hazırlayaraq 1849-
cu ildə Kazanda nəşr olunan "Dağıstana və Zaqafqaziyaya səyahət" əsərinin əlavələrinə daxil etmişdi.
Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin (Axundov) də böyük şəxsi kitabxanası
olmuşdur. Onun kitabxanasında fəlsəfəyə, siyasətə, təbabətə, iqtisadiyyata, tarixə, coğrafiyaya,
ədəbiyyatşünaslığa, dilçiliyə, riyaziyyata, fizikaya və s. elmlərə aid kitablar olmuşdur.
Ən zəngin şəxsi kitabxanalardan biri də 1901-ci ildə qızlar üçün seminariya açmış Məmmədqulu
Kəngərliyə məxsus olmuşdur. Üç bölmədən ibarət həmin kitabxanada, əsasən, hüquq və fəlsəfəyə aid 3041 adda
kitab toplanmışdır.
XIX əsrin ikinci yarısında Azərbaycanda ilk ictimai-kütləvi kitabxanalar və qiraətxanalar meydana
gəlməyə başladı. 1859-cu ildə Şuşada, 1868-ci ildə Gəncədə, 1887-ci ildə Bakıda ictimai kitabxanalar açıldı.
1887-ci ildə Bakıda üç kitabxana var idi. 1890-ci ildə bu kitabxanalar birləşdirilərək Bakı şəhər bələdiyyə
idarəsinə verildi. 1887-ci ildə Qubada, Lənkəranda və Naxçıvanda ictimai-kütləvi kitabxanalar yaradıldı.
1894-cü ildə görkəmli yazıçı Nəriman Nərimanov tərəfindən yaradılmış ilk ictimai kitibxana-qiraətxana
Azərbaycanın mədəni həyatında böyük hadisə oldu. Kitabxana 1898-ci ildə çar senzurası tərəfindən bağlandı.
XIX əsrdə Azərbaycanda ümumi fondu 18 min nüsxə olan 25 kütləvi kitabxana fəaliyyət göstərirdi.
1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti hökuməti mədəniyyət və maarif sahəsində ciddi
islahatlar aparmağa başlamış, kitabxana işinin inkişafına xüsusi diqqət yetirmişdir. Həmin dövrdə ölkədə
fəaliyyət göstərən bütün təhsil müəssisələrində - xalq məktəblərində, seminariyalarda, politexnik məktəblərdə,
gimnaziyalarda, realni məktəblərində və s. kitabxanalar yaradılmışdır.
Xalq Cümhuriyyəti dövründə Azərbaycanda kitabxana kollektoru və iki kitabxana – 1918-ci ildə Mirzə
Ələkbər Sabir adına Kütləvi Kitabxana, 1919-cu ildə isə Bakı Dövlət Universitetinin elmi kitabxanası təşkil
142
edilmişdir. 1920-ci il aprel işğalına qədər Azərbaycanda 965 məktəb və 102 şəhər və kənd kitabxanası fəaliyyət
göstərmişdir.
M.Ə.Sabir adına Kütləvi Kitabxana universal xarakterli olub, o dövr üçün kifayət qədər böyük oxucu
auditoriyasına malik idi. 1925-ci ildən etibarən bu kitabxana Azərbaycan Respublikasında nəşr olunan kitablarla
komplektləşdirilməyə başladı. Fondu rus və Azərbaycan ədəbiyyatı ilə zəngin olan kitabxana ilk illər 3 min
ədəbiyyat toplaya bilmişdi. Sonralar kitabxananın fondu 200 minə çatdı. Hazırda M.F.Axundov adına Milli
Kitabxanadan sonra ölkədə fəaliyyət göstərən universal təmayüllü ən iri kitabxanadır.
Azərbaycan Respublikasının ən böyük ali məktəb kitabxanalarından olan Bakı Dövlət Universitetinin
Elmi Kitabxanasının əsası 1919-ci ildə Mixaylovski (indiki Məşədi Əzizbəyov adına) xəstəxanasının nəzdindəki
kitabxananın universitetə verilməsi ilə qoyulmuşdur. Həmin ildə kitabxananın fondunda 250 nüsxə çap vahidi
olmuşdur. 1920-ci ildə Sabunçu xəstəxanası nəzdindəki kitabxananın fondu da universitetə verilmiş və fondu
212 çap vahidi olan tibb şöbəsi təşkil edilmişdir. Kitabxananın Şərq şöbəsi Şərq fakültəsinin dekanı professor
Panteleymon Kristoviç Juzenin təşəbbüsü ilə yaradılmışdır. 1922-ci ildə professorlar F.N.İlyin və Pavel
Yuryeviç Rostovsev Petroqrada (Sankt-Peterburq) ezam olunmuş və onlar oradan pulsuz olaraq 200 puddan
artıq elmi ədəbiyyat, o cümlədən Rusiya Elmlər Akademiyasının bütün nəşrlərini alıb gətirmişlər. Kitabxananın
kitab fondu 1924-cü ildə 24713 nüsxəyə çatmışdır. 1928-29 illərdə Bakı Fransız Cəmiyyətinin 1000 nüsxədən
ibarət kitabı, Maarif İşçiləri Evi Kitabxanasının 2000 cilddən ibarət rus dilində jurnallar komplekti universitetin
kitabxanasına verilmişdir. Həmin illərdə kitabxananın fonduna professorlardan Bəkir Çobanzadə, P.K.Juze və
başqalarının şəxsi kitabları da daxil olmuşdur.
1940-cı ildə kitabxananın fondunda 204613, 1975-cı ildə 1531769, 2006-cı ildə 2500000 nüsxə çap
vahidi olmuşdur. Kitabxana 1971-ci ildən ölkənin bütün ali məktəb kitabxanalarının elmi-metodik mərkəzi
sayılır. Onun qızıl fondu nadir, qədim kitablardan, rus ədəbiyyatı fondunun əlyazmalarından, Avropa dillərində
olan fonddan, eləcə də Azərbaycanşünaslıq və Şərqşünaslıq şöbələrinin ədəbiyyatından ibarətdir. Burada XIV-
XVIII əsrlərə aid nadir əlyazmaları toplanmışdır. Ən qədim əlyazması 1308-ci ilə aiddir. Bu zəngin fonddan
universitetin 15 mindən artıq müəllim və tələbə heyətindən əlavə, Azərbaycanın digər alim və mütəxəssisləri də
istifadə edir. Onların xidmətinə elmi, tədris və bədii ədəbiyyatdan ibarət olan 5 abonement, 12 qiraət zalı və 30
kafedra kitabxanası verilmişdir.
XX əsrin 20-ci illərindən başlayaraq Azərbaycanda kütləvi kitabxanalar və eləcə də müxtəlif tipli sahə
kitabxana şəbəkələri inkişaf etməyə başladı. 1920 ildə Politexnik İnstitutunun (indiki Neft
Akademiyası) kitabxanasının, 1921-ci ildə Azərneft mərkəzi elmi kitabxanasının (indiki Respublika
Elmi-Texniki Kitabxanası), 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin kitabxanasının (indiki
AMEA Mərkəzi Elmi Kitabxanası), 1923-cü ildə Azərbaycan Respublika Dövlət Kitabxanasının (indiki
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası) və 1925-ci ildə Dövlət Kitab Palatasının yaradılması
Azərbaycanda kitabxana işinin inkişafına təkan verdi.
1921-ci ildə yaradılan Respublika Elmi-Texniki Kitabxanası normativ-texniki sənədlər, patent
ədəbiyyatı, elm və texnika sahəsində ədəbiyyat və digər sənədlərlə Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə kitabxana-biblioqrafiya və informasiya
xidmətini həyata keçirən ixtisaslaşdırılmış kitabxanadır. Yarandığı vaxtdan indiyədək onun fondu normativ-
texniki sənədlər, patent ədəbiyyatı, elm və texnika sahəsində ədəbiyyat və digər sənədlərlə komplektləşdirilir.
Kitabxana respublikadakı bütün elmi-texniki kitabxanalara metodik rəhbərliyi həyata keçirir. Fonda daxil olan
yeni kitablar barədə oxuculara məlumat vermək, oxucuların sorğularmı öyrənmək üçün kitabxana kütləvi
tədbirlərin müxtəlif növlərindən, daimi sərgilərdən, mövzu sərgilərindən, informasiya günlərindən və normativ-
texniki sənədlərin sərgilərindən geniş istifadə edir.
1921-ci il yanvarın 21-də Azərbaycan SSR Xalq Torpaq Komissarlığının nəzdində respublika
əhəmiyyətli ilk sahə kitabxanalarından biri olan Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanası yaradıldı. 40-cı
illərin əvvəllərində kitabxananın 13 mindən çox kitabı olmuşdur.
1967-ci ildən Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi nəzdində Respublika Elmi Kənd Təsərrüfatı
Kitabxanası kimi öz fəaliyyətini davam etdirdi. 1967-ci ildən kənd təsərrüfatı ədəbiyyatına dair geniş oxucu
kütləsinə məlumat çatdırmaq məqsədilə məlumat-biblioqrafik nəşrlər çap etdirir. 1973-cü ildən başlayaraq,
Azərbaycanda çıxan kənd təsərrüfatına dair bütün ədəbiyyatın məcburi pullu nüsxələrini alır.
Kitabxananın 39 filialı, 51 şəbəkəsi fəaliyyət göstərir. 1982 ildən kənd təsərrüfatı üzrə depozitar
mühafizə mərkəzidir. Kitabxananın ümumi fondunun həcmi 1 milyon nüsxəyə yaxındır. Kitab fondu 39260
nüsxədir (2006).
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası respublikada ölkə və dünya
əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik olan ən iri, universal təmayüllü, aparıcı elmi kitabxanadır.
Mərkəzi Elmi Kitabxana 1923-cü ildə görkəmli ziyalılar Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev,
Tağı Şahbazi (Simurğ), Hənəfi Zeynallı və başqalarının təşəbbüsü və yaxından köməyi ilə Azərbaycanın təbii
sərvətlərini, iqtisadiyyatını, tarixini, fəlsəfəsini, ədəbiyyat və incəsənətini və s. öyrənmək məqsədi ilə
143
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti yanında yaradılmışdır. Azərbaycanın, eləcə də qonşu regionların
tarixi, arxeologiyası, etnoqrafiyası, təbii sərvətləri, elm və mədəniyyətinin öyrənilməsində mühüm xidmətləri
olmuş həmin Cəmiyyətin nəzdində görkəmli ədəbiyyatşünas-biblioqraf professor A.V.Baqrinin rəhbərliyi ilə
təsis edilmiş Biblioqrafiya bürosu kitabxananın təşəkkülü üçün ilkin baza olmuşdur.
1925-ci il avqustun 9-da Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti Mərkəzi Şurasının iclasında
Biblioqrafiya bürosu əvəzinə Kitabxana-biblioqrafiya bürosu təsis edilir. Bu dövrdə Azərbaycan ölkəşünaslıq
materiallarının toplanması sahəsində geniş iş aparılır. Elmi tədqiqat)
!
n31
2 !!
h mün ]
n at
ı"
s
d1
]=
E
ın E o"
d1
- dA
-]"
M
Az
144
Sürətlə inkişaf etməyə başlayan kitabxana yarandığı vaxtdan əsas diqqəti fondun
komplektləşdirilməsinə verdi. 1925-ci ildə onun fondunda 51000, 1928 il-də isə 300000 adda kitab, jurnal, qəzet
145
1958-ci ildə 149 elmi, elmi-texniki və xüsusi kitabxana fəaliyyət göstərirdi. Ali və orta ixtisas
məktəblərində 56 kitabxana, ümumtəhsil məktəblərində isə 2667 kitabxana var idi. 1965-ci ildə Azərbaycanda
daha bir iri kitabxana - Firidun bəy Köçərli adına Dövlət Uşaq Kitabxanası yaradıldı. Kitabxana respublikada
fəaliyyət göstərən bütün uşaq kitabxanaları üzrə elmi-metodik mərkəzdir. Kitabxananın Bakının müxtəlif
rayonlarında fəaliyyət göstərən 5 filialı, 206 min nüsxə kitab fondu, 7 min 200 dövri mətbuat fondu var.
Kitabxananın fondunda toplanmış tarix, ekologiya, kino, teatr və s. sahələri əhatə edən kitablar uşaqların elmi
idrak səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir. Kitabxananın 25 min oxucusu var
(2006). Bunlar 17 yaşa qədər olan məktəblilər və uşaq mütaliəsinə rəhbərlik edən məktəb müəllimləri,
metodistlər, kitabxanaçılar, dərnək rəhbərləridir.
1960-80-ci illərdə respublikada kütləvi kitabxanalar şəbəkəsinin mərkəzləşdirilməsi və
təkmilləşdirilməsi, kitabxanaların informasiya fəaliyyətinin inkişafı ilə əlaqədar onların funksiyalarının
əhəmiyyətli dərəcədə genişləndirilməsi, kitabxana fondlarının əsaslı şəkildə yaxşılaşdırılması, depozitar kitab
fondlarının yaradılması, kitabxanaşünaslıq və biblioqrafiya sahəsində elmi-tədqiqat işlərinin genişləndirilməsi
və s. diqqəti cəlb edir.
60-cı illərdə köhnə kitabxanaları bərpa etmək, yeni
kitabxanalar açmaqla yanaşı, yüksəkixtisaslı kitabxanaçı
kadrlar yetişdirmək kimi mühüm işlər həyata keçirildi.
Azərbaycanın kənd rayonlarını yüksəkixtisaslı kadrlarla təmin
etmək üçün Azərbaycan Dövlət Universitetinin filologiya
fakültəsinin tərkibində fəaliyyət göstərən kitabxanaçılıq şöbəsi
müstəqil fakültə kimi formalaşdırıldı və genişləndirildi. Onun
maddi-texniki bazası möhkəmləndirildi və tələbə qəbulu
artırıldı. 7 -ci ]7llərdə
akı
övl
ət Univers7tetinin
Kitabxanaçılıq fakültəsi Azərbay7
nın k
ənd rayonları üçün
xey7i kadr hazırladı.
197 -8 -ci
ll
ərdə
əktəbdənkənar
uşaq
müəssisələrindəki kitabxanaların şəbəkəsi genişləndirilərək
onların sayı218e- ə, m
üstəqilu şaq kitabxanalarınınsayı is ə 118-ə çatmışdı.
Bu dövrdə təhsi s7s7emində aparılan 7slahatlarla
əlaqədar olaraq ümumt
əhsilv ə
im
əktəb kitabxana
şəbəkələrinin maddi-exniki bazasının möhk əmləndirilməsi ön plana çəkilmiş, təhsil kitabxanaları t əhsil
sisteminin əsas tərkib his
146
çox istifadə etdiyi yeni tipli elmi-informasiya müəssisəsinə çevrilmişdir. AMEA-nın kitabxanası keçmiş SSRİ
miqyasında ilk dəfə olaraq akademiya kitabxana şəbəkəsinin mərkəzləşdirilməsi ideyasını irəli sürmüş və onu
həyata keçirmişdir.
1970-80-ci illər Azərbaycanda kitabxana işinin inkişafı, yenidən qurulması və kitabxana işi sahəsində
böyük islahatlar dövrü olmuşdur. Məhz bu illərdə kitabxana işi sahəsində ilk dəfə olaraq ölkədə əhaliyə
kitabxana xidmətinin forma və məzmununda, təşkilati prinsiplərində, kitabxana işinə rəhbərliyin təşkilati
forması sahəsində islahatlar aparılmış, kitabxana işinin mərkəzləşdirilməsi həyata keçirilmişdir. Bir neçə böyük
kitabxananın və rayon kitabxanalarının bütövlükdə mərkəzləşmə işi 1976-cı ildə başa çatdırıldı. Respublikada
təhsil müəssisələrinin kitabxana şəbəkəsi, Elmlər Akademiyasının elmi tədqiqat institutlarının kitabxana
şəbəkəsi və s. yaradıldı. Həmin illərdə respublikada kitabxanaların avtomatlaşdırılması prosesinə başlanıldı.
1976-cı ildə Mərkəzi Elmi Kitabxana respublikada ilk dəfə olaraq kitabxana sistemini qismən də olsa
avtomatlaşdırdı.
Düzgün olmayan siyasət nəticəsində XX əsrin 60-cı illərinin sonunadək Azərbaycanda 500 kənd
kitabxanası ləğv edilmişdir. 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bunun ciddi səhv
olduğunu bildirmiş və həmin səhvi düzəltmək üçün göstəriş vermişdi. Bu göstərişdən sonra Azərbaycan
Respublikası Dövlət Plan Komitəsi hər il orta hesabla 100 kənd kitabxanasının bərpa edilməsi haqqında plan
hazırladı. Ləğv edilmiş kitabxanaları təxminən 4-5 ilə bərpa etmək mümkün oldu.
Həmin illərdə respublikanın 8 şəhərində 111 filialı olan mərkəzləşdirilmiş kitabxana sistemi yaradıldı.
Rayon kitabxanalarının mərkəzləşməsinin müvəffəqiyyətlə başa çatmasına baxmayaraq, şəhər kitabxanalarının,
xüsusilə Bakı şəhər kütləvi kitabxanalarının mərkəzləşməsi prosesini müəyyən obyektiv və subyektiv çətinliklər
üzündən tam başa çatdırmaq mümkün olmadı. Şəhər kitabxanalarında mərkəzləşmənin aparılması 80-ci illərin
əvvəllərinə qədər davam etdi.
Hazırlıq işi aparıldıqdan sonra, 1975-80 illər ərzində mərkəzləşmə, əsa-sən, həyata keçirildi. Əgər 1970
ildə Azərbaycanda 25 mln. 400 min nüsxə kitab fonduna malik 2923 kütləvi kitab-xana var idisə, 1985 ildə 38
mln. 800 min kitab fondu olan 4245 kütləvi kitabxana fəaliyyət göstərirdi. Son 15 ildə daha 1322 kitabxana
yaradılmış, kitab fondu isə 13 mln. 400 min nüsxə artmışdır. 1970-ci ildə kütləvi kitabxanalarda orta hesabla hər
100 oxucuya 90 kita düşürdüsə, son 15 ildə hər 100 nəfərə düşən kitabların miqdarı 488 nüsxə artmışdı. Bu
dövrün ən böyük nailiyyəti yeni kitabxanaların əksəriyyətinin yaşayış məntəqələrində açılması idi. Bu da əhalini
kitabxana xidməti ilə təmin etməyə imkan verir, kitab mədəniyyətinin, informasiyanın geniş yayılmasını təmin
edirdi.
1970-80 illərdə Respublika Dövlət Kitabxanası, 6 sahə kitabxanası, 17 ali məktəb və Azərbaycan SSR
Elmlər Akademiyasının 27 kitabxanadan ibarət kitabxana şəbəkəsi daha sürətlə inkişaf etməyə başladı. Xüsusi
statusa və kadr potensialına malik olan bu kitabxanaların respublikada xalq təsərrüfatının, el-min, mədəniyyətin
inkişafında böyük xidmətləri olmuşdur. Göstərilən kitabxanalar respublikada kitabxanaların metodik
təminatında mühüm işlər görməklə yanaşı, kitabxana işinin inkişaf istiqamətinin müəyyənləşdirilməsində,
kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq sahəsində elmi-tədqiqat işinin təşkilində də geniş fəaliyyət
göstərirdilər.
80-ci illərin sonunda Azərbaycanda əhalinin bütün təbəqələrinə xidmət edən təkmilləşmiş kitabxana
sistemi fəaliyyət göstərirdi. Bu sistemə dövlət kitabxanaları, ayrı-ayrı nazirliklərin, idarə və müəssisələrin,
ictimai-siyasi təşkilatların kitabxanalar şəbəkəsi daxil idi. Respublikada geniş, universal, universal-elmi,
universal-kütləvi, xüsusi, elmi-texniki və təhsil kitabxanası şəbəkələri meydana gəlib inkişaf etmişdi. 1980-ci
illərin əvvəllərin-də Azərbaycanda 120 mln.-dan artıq kitab fondu olan 10000-ə yaxın kitabxana fəaliyyət
göstərirdi. Bu kitabxanalar 4 mln.-a yaxın oxucuya xidmət edirdi.
1980-ci illərin ikinci yarısından başlayaraq Sovetlər İttifaqında aparılan yenidənqurma işlərinin iflasa
uğraması, ölkədə baş verən iqtisadi böhran öz təsirini Azərbaycana da göstərdi. Respublikada, bütün sahələrdə
olduğu kimi, kitabxana işi sahəsində də ciddi problemlər yarandı. Kitabxana işinə ayrılan maliyyə vəsaiti xeyli
azaldı və ayrılan vəsait öz təyinatı üzrə xərclənmədi. 1988-ci ildən respublikada iqtisadi və siyasi böhran daha
da kəskinləşdi. İdarəetmədə ciddi hərc-mərclik, xaos yarandı. 1988-ci ilin axırlarından başlayan qondarma
Dağlıq Qarabağ problemi bu böhranı daha da dərinləşdirdi. Ölkədə mədəniyyət müəssisələrinin, o cümlədən
kitabxana işinin vəziyyəti olduqca pisləşdi. 1993-cü ilə qədər davam edən bu proses kitabxana işinə olduqca
böyük zərbə vurdu, bir çox mədəniyyət müəssisələrinin, o cümlədən kitabxanaların binası əlindən alındı, 100-ə
yaxın texniki kitabxana bağlandı. Torpaqların erməni vandalları tərəfindən işğalı zamanı fondunda 4 mln. nüsxə
kitab olan 982 kitabxana məhv edildi.
Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi və onun bilavasitə rəhbərliyi və qayğısı
sayəsində kitabxanalar dağılmaqdan xilas oldu. Kitabxanaların özəlləşdirilməsi, onların binalarının başqa
məqsədlər üçün istifadə olunması ölkə rəhbəri tərəfindən qadağan edildi. Mövcud kitabxana şəbəkələrinin
qorunub saxlanılması uğrunda mübarizə başlandı (1993-99). Məhz bu illərdə Azərbaycan dövləti keçid
dövrünün çətinliklərinə baxmayaraq, kitabxana şəbəkələrini qorumağa müvəffəq oldu. 1996 ildə Azərbaycan
147
Respublikası Nazirlər Kabineti "Kitabxana işi haqqında" qərar qəbul etdi. Bu qərarda kitabxana şəbəkələrini
qoruyub saxlamaq və əhaliyə xidmət işini yaxşılaşdırmaq üçün Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyinin qarşısında ciddi vəzifələr qoyuldu. Qərar keçid dövründə kitabxanaların qorunub saxlanılmasına
xeyli kömək göstərdi. Bu dövrdə dövlətin kitabxana sahəsində apardığı siyasətin mühüm aspektlərindən biri
kitabxanaların maliyyələşdirilməsi oldu. Bütün çətinliklərə baxmayaraq dövlət kitabxanaların saxlanılmasına və
kitabxana işçilərinin əməkhaqqının verilməsinə lazımı vəsaiti ayıra bildi. Bu, kitabxana şəbəkələrinin qorunub
saxlanılmasını təmin etdi.
1998-ci ildən başlayaraq dövlət büdcə-sində kitabxanalara yeni kitablar almaq üçün vəsaitin nəzərdə
tutulması və onun ilbəil artırılması əhaliyə kitabxana xidmətinin təşkili işini xeyli yaxşılaşdırdı. Ölkədə özəl
müəssisələrin yaradılması ilə əlaqədar olaraq yeni özəl kitabxanalar təşkil edilməyə başladı. Xüsusilə özəl təhsil
müəssisələrinin, ali və orta ixtisas məktəblərinin kitabxana şəbəkələri formalaşmağa başladı.
Ayrı-ayrı nazirliklərin, idarə və müəssisələrin kitabxanalarında informasiya texnologiyası artmağa,
kitabxanalar tədricən kompyuterləşdirilməyə, bir çox elmi kitabxanalar şəbəkəsinə internet qoşulmağa başlandı.
1994-cü ildə ölkədəm S
148
hədiyyə olaraq paylanılmasının nəzərdə tutulması və bundan irəli gələn vəzifələrin artıq yüksək səviyyədə
yerinə yetirilməsi dövlət başçısının uzaqgörən siyasətinin və Azərbaycan dövlətinin ölkədə informasiya
cəmiyyətinin qurulmasına verdiyi önəmin bariz nümunəsidir.
2006-cı ilə olan məlumata görə Azərbaycanda ümumi kitab fondu 38,8 mln. nüsxə olan 4374 kütləvi
kitabxana fəaliyyət göstərir. Bu kitabxanalar 298,4 min oxucuya xidmət edir. Naxçıvan Muxtar Respublikasında
2 respublika kitabxanası (M.S.Ordubadi adına Respublika Kitabxanası – 1922-ci ildə yaradılmışdır; A.Babayev
adına Respublika Uşaq Kitabxanası - 1960 ildə yaradılmışdır) və 7 mərkəzləşdirilmiş kitabxana sistemi fəaliyyət
göstərir. Onlardan ən qədimi olan Ordubad rayon kitabxanası 1922-ci ildə yaradılmışdır.
Hazırda respublikanın iri kitabxanalarında kompyuterləşdirmə işləri həyata keçirilir.
Respublikada kitabxanaların fəaliyyətini koordinasiya etmək məqsədilə Azərbaycan Kitabxana
İnformasiya Konsorsiumu, Azərbaycan Kitabxana İşinin İnkişafı Assosiasiyası və Azərbaycan Kitabxanaçılar
Cəmiyyəti yaradılmışdır.
Dostları ilə paylaş: |