157
keçmişimizin izlərini özündə saxlayır. Tarix boyu xalqımız tərəfindən qəbul edilmiş dövlətçilik rəmzləri,
Azərbaycan Xalq Cümhuriyyətinin buraxdığı poçt markaları, pul əskinasları, dövlət idarələrinə məxsus olan
sənədlərin nümunələri, habelə o dövrdə təsis olunmuş orden və medalların eskizləri nümayiş etdirilir. Muzeyin
digər zallarında XX əsrin I yarısında Cənubi Azərbaycanda baş vermiş milli-azadlıq hərəkatları, 1920-1950-ci
illərdə törədilmiş repressiyalar, 1941-1945-ci illərdə azərbaycanlıların ikinci Dünya müharibəsində iştirakı və
Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ vilayətinə ərazi iddiası ilə apardığı müharibə, ümumilikdə erməni
terrorizmi barədə faktlar göstərilir. Muzeyin ekspozisiyasında XX əsrin sonunda Azərbaycan tarixinin
səhifələrinə yazılmış 20 Yanvar, Xocalı faciəsi kimi dəhşətli hadisələr də öz əksini tapıb. Muzeyin 6-cı zalında
isə Azərbaycanın son illərdəki ictimai həyatı, ölkənin xarici siyasəti, iqtisadiyyatı, təhsil, mədəniyyəti, habelə
ordu quruculuğu geniş şəkildə işıqlandrılır.
Muzeyin ünvanı: Bakı şəhəri, Neftçilər prospekti, 123a
Telefon :498-83-82
***
Dostları ilə paylaş: