153
Qərbi Avropa incəsənətini Leonardo Bassano, Françesko Solimena, Adrian Brauver, Yustus
Sustermans, Piter Klass, Frist Avqust
Kaulbax, Jül Dyüpre və b. məşhur
rəssamların əsərləri təmsil edir.
Muzeydə rus incəsənəti Aleksey
Qavriloviç
Venesianov,
Vasili
Vasilyeviç
Vereşşagin,
Valentin
Aleksandroviç
Serov,
İqor
Emmanuiloviç
Qrabar,
Sergey
Vasilyeviç Gerasimov, Aleksandr
Aleksandroviç
Deyneka
və
başqalarının tabloları ilə təmsil olunur.
İncəsənət Muzeyində geniş
elmi-metodiki iş aparılır. Muzeyin
eksponatları dəfələrlə xarici ölkələrdə
(Fransa, Böyük Britaniya, Çexiya,
Slovakiya, Əlcəzair, Suriya, Kanada,
Kuba və s.) nümayiş etdirilmiş, müxtəlif sərgilər, xarici ölkə muzeylərinin eksponatlarının nümayişi, digər
mədəni-kütləvi tədbirlər təşkil olunmuşdur. Muzeyin bərpa emalatxanası, kitabxanası, laboratoriya və fondları
var. 1938-ci ildə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə muzeyin filialı açılmışdır. Muzey elmi əsərlər,
kataloqlar, bukletlər və albomlar nəşr etdirir.
Muzeyin ünvanı: Bakı şəhəri, Niyazi küçəsi, 9/11
Telefon :492-57-89, 492-51-17
***
Dostları ilə paylaş: