Mədəniyyət və turizm Mündəricat


Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə91/136
tarix02.01.2022
ölçüsü7,85 Mb.
#2600
1   ...   87   88   89   90   91   92   93   94   ...   136
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 
 
Muzey  1939-cu  ildə  yaradılmış,  1945-ci  ilin  mayından  fəaliyyətə  başlamışdır.  Ölkənin  ədəbiyyat 
təmayüllü muzeyləri arasında baş muzeydir. 1959, 1967 və 2003-05-ci illərdə xeyli genişləndirilmiş və yenidən 
qurulmuşdur.  Burada  Azərbaycan  ədəbiyyatının  ən  qədim  zamanlardan  müasir  dövrə  qədər  keçdiyi  yol 
işıqlandırılır. Muzeydə Azərbaycan ədəbiyyatı tarixini əks etdirən müxtəlif sənədlər, əlyazmalar, kitablar və s. 
Ilə  yanaşı,  qədim  və  orta  əsrlərə  aid 
maddi  mədəniyyət  nümunələri,  daş 
kitabələr, rəsm və heykəltəraşlıq əsərləri, 
xalçalar  və  s.  Qiymətli  eksponatlar 
nümayiş  etdirilir.  Muzey  Azərbaycan 
ədəbiyyatı  tarixini  hərtərəfli  öyrənib 
təbliğ  etmək,  milli  ədəbiyyat  və 
mədəniyyət 
nümunələrini 
toplayıb 
mühafizə  etmək,  dünya  ədəbiyyatı 
tarixində  ədəbi-bədii  irsin  yeri,  rolu, 
əhəmiyyəti  ilə  ictimaiyyəti  tanış  etmək 
istiqamətində  iş  aparır.  30  zalı  var. 
Materialların  toplanması,  tədqiqi,  elmi 
fondlarda  qorunması,  ekspozisiya  və 
sərgilərdə 
nümayiş 
etdirilməsi 
istiqamətində  aparılan  fundamental, 
nəzəri  və  praktik  işlərlə  muzeyin 
“ Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi”, “ Yeni və müasir Azərbaycan ədəbiyyatının 
tədqiqi və təqdimi”, “ Mədəni irs və mənbəşünaslıq”, “ Beynəlxalq əlaqələr və komparativistika”, “ Elmi inkişaf 
və  tədris  layihələri”,  “ Ədəbi  mərasimlər,  ictimaiyyətlə  iş  və  nəşrlər”,  “ Ekspozisiyanın  qorunması,  izahı  və 
audiomüşayiətin  təmini”,  “ Bədii  tərtibat  və  bərpa”  adlanan  8  elmi  şöbəsi  məşğul  olur.  Şöbələrdə  həm 
Azərbaycan  ədəbiyyatının  tarixi  və  nəzəri  problemləri,  həm  də  muzeyşünaslıq  problemləri  üzrə  iş  aparılır.  3 
texniki şöbə inzibati-təsərrüfat işləri ilə məşğul olur. Muzeyin 3 filialı "Sergey Yeseninin Mərdəkandakı xatirə 
ev-muzeyi",  "Xurşud  banu  Natəvan  adına  Şuşa  muzeyi"  və  Kürdəmirdə  yerləşən  "Aran  ədəbiyyatı  muzeyi" 
fəaliyyət göstərir.  


154 
 
Muzeyin  ekspozisiya  zallarında  Nizami  Gəncəvi,  Xaqani  Şirvani,  Məhsəti  Gəncəvi,  Nəsirəddin  Tusi, 
İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Mirzə Şəfi 
Vazeh,  Qasım  bəy  Zakir,  Abbasqulu  ağa  Bakıxanov,  Mirzə  Fətəli  Axundzadə,  Mirzə  Ələkbər  Sabir,  Cəlil 
Məmmədquluzadə,  Əbdürrəhim  bəy  Haqverdiyev,  Hüseyn  Cavid,  Salman  Mümtaz,  Cəfər  Cabbarlı,  Səməd 
Vurğun, Mir Cəlal, Mirzə İbrahimov, Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər, Rəsul Rza, İlyas Əfəndiyev 
kimi  tanınmış  şair  və  yazıçılara,  ədəbiyyatşünaslara  həsr  olunmuş  stendlər,  orijinal  fotomateriallar,  rəsm 
əsərləri, sənədlər, kitablar, həmçinin şəxsi əşyalar vardır. Muzey müxtəlif elmi əsərlər, monoqrafiyalar, buklet 
və bələdçilər nəşr etdirir. Onların arasında əlyazma və səsyazmaları özündə birləşdirən "Qaynaq", mərasimlər, 
ildönümlər,  görüşlər  barədə  məlumatları  əks  etdirən  "Məclis  muzeyin  fondlarında  saxlanılan  unikal 
eksponatların öyrənilməsinə həsr olunmuş "Saxlanc", müxtəlif dillərdən tərcümələri özündə birləşdirən "Şərq" 
və  "Risalə"  adlanan  elmi  araşdırmalar  topluları,  fundamental  "Füzuli  ensiklopediyası  üçün tərtib  olunmuş 
"Sözlük"  vardır.  Dəyərli  nəşrlər  sırasında  "Bakının  ədəbiyyat  muzeyləri",  "Məhəmməd  Füzuli",  "Sergey 
Yesenin"  və  s.  bukletlərinin,  elm  və  mədəniyyət  xadimlərinin  muzeydə  olan  memorial  fondları  üzrə 
kataloqlarının  ("Cəlil  Məmmədquluzadə",  Bakı,  1996;  "Xurşud  banu  Natəvan",  Bakı,  1997;  "Mirzə  Fətəli 
Axundov, Bakı, 1997; "Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Ömər Faiq Nemanzadə", Bakı, 1999; "Tağı 
Şahbazi Simurğ, Əli Nəzmi, Firidun bəy Köçərli, Bakı, 2003) adlarını çəkmək olar. 
 
Muzeyin ünvanı: Bakı şəhəri, İstiqlaliyyət küç., 53  
Telefon.: (994 12) 4921864 
 

Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin