Filmoqrafiya: Aygün (film, 1960), Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax),
Doğma xalqıma (film, 1954), Fətəli xan (film, 1947), GörüĢ (film, 1955), Ġstintaq
davam edir (film, 1966), Körpə (film, 1962), Qara daĢlar (film, 1956), O olmasın, bu
olsun (film, 1956), Onu bağıĢlamaq olarmı? (film, 1959), Onun böyük ürəyi (film,
1958), Səhər (film, 1960), Üzeyir ömrü (film, 1981) və s.
328
8. Xalq artisti, baletmeystr Tamilla Şirəliyevanın anadan olmasının 70 illiyi
(08.12.1946)
Tamilla Xudadat qızı Şirəliyeva — Azərbaycanın balet artisti, Azərbaycan SSR
xalq artisti (10.01.1978), SSRİ Dövlət mükafatı laureatı (1980), Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının quruluşçu baletmeysteri.
ġirəliyeva Tamilla Xudadat qızı 8 dekabr 1946-cı ildə Bakı Ģəhərində anadan olmuĢdur.
Bakı Xoreoqrafiya Məktəbini bitirmiĢdir (1964). Həmin ildən Azərbaycan Dövlət Opera
və Balet Teatrının solistidir. Qaraca qız ("Qaraca qız", ƏĢrəf Abbasov), Gülyanaq ("Qız
qalası", Əfrasiyab Bədəlbəyli), Məhmənəbanu ("Məhəbbət əfsanəsi", Arif Məlikov),
AyiĢə, Fiyetta ("Yeddi gözəl", "Ġldırımlı yollarla", Qara Qarayev), Odetta-Odilliya ("Qu
gölü", Pyotr Çaykoski), Kitri, Paxita ("Paxita", L.Minkus), ġəhrizad ("Min bir gecə",
Fikrət Əmirov) və s. əsas partiyalarıdır. 1977-ci ildən pedaqoji fəaliyyət göstəmiĢdir.
Quruluş verdiyi baletlər: Xeyir və ġər (1992), Xəzər balladası (balet) – (2001),
Qafqaza səyahət (2002), Rast (2004)
Filmoqrafiya: Muğam (film, 1976)
329
19.Xalq rəssamı Mikayıl Abdullayevin anadan olmasının 95 illiyi
(19.12.1921-21.08.2002)
Abdullayev Mikayıl Hüseyn oğlu — Azərbaycanlı boyakar,
qrafik və teatr rəssamı, professor, SSRİ Rəssamlıq
Akademiyasının akademiki, Cəvahirləl Nehru adına
beynəlxalq mükafatı və Azərbaycan SSR dövlət
mükafatı laureatı
Mikayıl Abdullayev 19 dekabr 1921-ci ildə Bakıda doğulmuĢdur. 1939-cu ildə Əzim
Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1949-cu ildə Surikov adına Moskva Dövlət
Rəssamlıq məktəbini bitirmiĢ, S. Gerasimovun emalatxanasında rəssamlıq sənətinin
incəliklərini öyrənmiĢdir. Əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır.
Onun Dehlidə, Londonda, Monrealda, Moskvada və
dünyanın
bir
sıra
baĢqa
Ģəhərlərində fərdi sərgiləri keçirilmiĢdir. Mikayıl Abdullayevin yaradıcılığı üçün daxili
həyəcan, obrazların psixologiyasının poetik ümumiləĢdirilməsi xarakterikdir. Onun
əsərləri koloritin zənginliyi ilə cəlbedicidir. Bu xüsusiyyətlər onun "Mingəçevir
iĢıqları", "Xaçmaz qızları", "Astarada çay yığımı", "Azərbaycan çöllərində" triptixində,
"Çəltik əkən qızlar" əsərində daha aydın görünür. Milli ənənələrin, kənd yerində
yaĢayan insanların əməyi, məiĢəti, tipik mənəvi çalarların üzvi Ģəkildə müasirliklə
vəhdətdə verilməsi Mikayıl Abdullayev yaradıcılığına xas xüsusiyyətdir. "Qırx birin
iyunu" triptixinin mərkəzi hissəsi xüsusilə diqqəti cəlb edir. 1941- 45-ci illərdə kənd
əməkçilərinin payına düĢən, ağır, narahat, keĢməkeĢli həyatını əks etdirən əsər canlı
povestdir. "Çəltikçi qızlar" monumental lövhəsi XX əsrin qadınının zəngin mənəvi
cizgilərini parlaq boyalarla əks etdirir. Bu, rəssamın ən sevimli mövzusudur. ĠĢlədiyi bir
sıra tablolarda müasir qadın obrazı əks olunmuĢdur. "Qarabağlı qızlar", "Lənkəranlı
kolxozçu qadın", "AbĢeronlu qadın", "Ananın gəncliyi" kimi əsərləri bu qəbildəndir.
Xalq Ģairi Səməd Vurğun, yüz yaĢlı naxıĢçı usta Babayev, Ģair, mütəfəkkir Nəsimi və
baĢqa portretlər qalereyası, AbĢeron peyzajları, natürmortlar, Əfqanıstan və baĢqa
ölkələrə həsr etdiyi əsərlər Mikayıl Abdullayev yaradıcılıq diapazonunun geniĢliyinə
Ģəhadət verir. 2002-ci il avqustun 21-də 80 yaĢında vəfat etmiĢdir.
Filmoqrafiya: Bizim Azərbaycan (film, 1959), Mikayıl Abdullayev (film, 1972),
GünəĢlə dolu dünya (film, 1973), Qələbənin yolları (film, 1976), Salam, Zeynəb! (film,
1982), ġeirin xəzrisi (film, 2000), Mətbuat fədaisi (film, 2007), Rənglə yazılmıĢ tarix
(film, 2012)
330
22.Xalq artisti Əlövsət Sadıqovun anadan olmasının 110 illiyi
(22.12.1906-17.10.1971)
Əlövsət Sadıqov şöhrətli ifaçılar arasında öz dəsti –xətti olan, ecazkar səsə malik
sənətkardır.
Yaradıcılıq nailiyyətlərinə görə Əlövsət Sadıqov 17 iyul
1943-cü ildə Azərbaycan Respublikasının əməkdar
artisti, 20 dekabr 1956-cı ildə xalq artisti fəxri adlarına
layiq görülüb.
Əliövsət ġirəli oğlu Sadıqov 22 dekabr 1906-cı ildə Nuxa (indiki ġəki) Ģəhərində
doğulub. Səs tembri lirik tenor idi. 1928-1930-cu illərdə konservatoriya təhsili alıb.
Təhsilini bitirən ili Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Üzeyir
bəy Hacıbəyovun klassik operalarının lirik məhəbbət qəhrəmanlarının partiyaları
Əlövsət Sadıqovun yaradıcılığında daha mühüm yer tutur. Əlövsət Sadıqovun Üzeyir
bəy Hacıbəyovun "Leyli və Məcnun" (Məcnun, Ġbn Səlam və Zeyd), "Əsli və Kərəm"
(Kərəm), "Koroğlu" (Eyvaz), Zülfüqar bəy Hacıbəyovun "AĢıq Qərib" (Qərib),
Reynqold Qlierin "ġahsənəm" (AĢıq Qərib və AĢıq Səməd), Müslüm bəy Maqomayevin
"ġah Ġsmayıl" (ġah Ġsmayıl), "Nərgiz" (Molla Mütəllim), tərcümə olunmuĢ "Səfa" (AĢıq
Musa) operalarında və Üzeyir bəy Hacıbəyovun "ArĢın mal alan" (Süleyman), "MəĢədi
Ġbad" (Hambal və Sərvər) operettalarında yaratdığı obrazlar daha diqqətçəkəndir.
Sənətkar ömrünün son illərində opera teatrında məsləhətçi pedaqoq kimi çalıĢıb. 17
oktyabr 1970-ci ildə Bakıda vəfat edən Əlövsət Sadıqov ikinci Fəxri xiyabanda dəfn
olunub.
331
23.Xalq artisti, baletmeystr Çimnaz Babayevanın anadan olmasının 70 illiyi
(23.12.1946)
Babayeva Çimnaz Məmməd qızı - Azərbaycan balet
artisti (1978), Azərbaycan SSR xalq artisti (1978),
Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974).
Çimnaz Məmməd qızı 23 dekabr 1946-cı ildə Bakıda anadan olmuĢdur. Bakı
Xoreoqrafiya Məktəbini bitirmiĢdir (1964). 1964-1977-ci illərdə Azərbaycan Dövlət
Opera və Balet Teatrının solisti olmuĢdur. ġirin ("Məhəbbət əfsanəsi", A. Məlikov),
AyiĢə, Sari ("Yeddi gözəl", "Ġldırımlı yollarla", Q.Qarayev), Gülyanaq ("Qız qalası",
Ə.Bədəlbəyli), qız, Nəsiminin sevgilisi ("ġur", "Nəsimi haqqında dastan", F.Əmirov),
Kitri ("Don Kixot", L.Minkus), xanım ("Xanım və xuliqan", D.ġostakoviç) və s. 1977-ci
ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının məĢqçi baletmeysteridir. Teatrın
balet truppası ilə xarici ölkələrdə (Fransa, Ġtaliya, Norveç, Ġsveç, Birma, Hindistan,
Türkiyə və s.) çıxıĢ etmiĢdir.
Filmoqrafiya: Əfsanələr aləmində (film, 1975)
332
28. Xalq artisti Zeynəb Xanlarovanın anadan olmasının 80 illiyi (28.12.1936)
Xanlarova Zeynəb Yəhya qızı - müğənni,
xanəndə, Azərbaycan SSR xalq artisti
(1975), Ermənistan SSR xalq artisti
(1978), Özbəkistan SSR xalq artisti, SSRİ xalq
artisti (1980), Azərbaycan SSR Dövlət mükafatı
laureatı (1985). ―Şöhrət‖ ordeni ilə təltif edilib.
Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı Ģəhərində anadan olmuĢdur.
O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı
adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet
Teatrının solisti kimi fəaliyyətə baĢlayıb. Ü.Hacıbəyovun ―Leyli və Məcnun‖, ―Əsli və
Kərəm‖ operalarında Leyli və Əsli obrazlarını yaradıb. Haqqında ―Salam, Zeynəb!‖ adlı
sənədli televiziya filmi çəkilib. Zeynəb Xanlarova həm də uzun illərdir ki, Azərbaycan
Respublikası Milli Məclisinin deputatıdır. Repertuarında muğam (ġahnaz, Mahur,
Qatar, Bayatı-ġiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan
bəstəkarlarının
(Qara
Qarayev, Fikrət
Əmirov, Tofiq
Quliyev, Cahangir
Cahangirov, Arif Məlikov, Emin Sabitoğlu, Ələkbər Tağıyev və b.) və Ģərq xalqlarının
mahnıları geniĢ yer tutur. Azərbaycanın qadın xanəndələri arasında "Çahargah"
muğamının ilk ifaçılarındandır. O, həmçinin bir sıra mahnıların da müəllifidir.
Dünyanın əksər ölkələrində konsertlər vermiĢdir. Azərbaycan SSR Ali Sovetinin (XI-
XII çağırıĢ) və Azərbaycan Respublikası Milli Məclisinin (I-IV çağırıĢ) deputatı
olmuĢdur.
Filmoqrafiya: AbĢeron ritmləri (film, 1970), Toyda görüĢ (film, 1970), Konsert
proqramı (film, 1971) (II), Qəribə adam (film, 1979), Nəğməkar torpaq (film, 1981),
Üzeyir ömrü (film, 1981), Salam, Zeynəb! (film, 1982), ġərt (film, 1984),Hacı Arif
(film, 1995), ġeirin xəzrisi (film, 2000), Əliyevin əli (film, 2000), Uğur formulu (film,
2007), YorulmamıĢam. RövĢən Behcət (film, 2007), Xilaskar. III Film (film) və s.
333
30.Xalq artisti Əbülfət Əliyevin anadan olmasının 90 illiyi (30.12.1926-27.12.1990)
Əbülfət Əsəd oğlu Əliyev — Azərbaycan Respublikasının
xalq artisti (29 iyun 1964).
Əbülfət Əliyev 30 dekabr 1926 - cı ildə ġuĢada doğulub. Azərbaycan Respublikasının
xalq artisti (29 iyun 1964) fəxri adını alıb. Azərbaycan Dövlət Filarmoniyasının (1945-
ci ildən) və Azərbaycan Dövlət Opera və Balet Teatrının (1956-1962) solisti olub.
Ağdamdan Bakıya gəliĢində Qarabağ məclislərində çox oxunan ―Ay bülbüllər‖, ―Kimə
yalvarım‖, ―Uca barıdan aĢaram mən‖, ―Stəkanın deĢilsin‖, ―Uca dağlar‖ və sair
mahnıları ifa etməklə yetərincə tamaĢaçı toplayan xanəndə dinclik nə olduğunu
bilmirdi. Xalq və bəstəkar mahnıları, muğam və təsniflər Əbülfət Əliyevin səsinin,
guĢəxanlığının sayəsində su kimi dumduru Ģəklə düĢürdü. Xanəndə nəyi necə
çatdırmağı yaxĢı bilirdi. Əbülfət Əliyev səs diapazonu imkan verməyən muğamlardan,
mahnılardan yapıĢmayıb. ―Gərək oxuyan adamın sir-sifəti gərgin vəziyyətə düĢməsin,
səsi haracan yetir, ordan o tərəfə keçməsin‖ qənaəti köhnə xanəndələr kimi Əbülfət
müəllimə də yad deyildi. Söz sərrafı olması və qavalla məharətlə davranması da onun
üstün cəhətlərindən idi. Əbülfət Əliyev təqribən on ilə yaxın Opera və Balet Teatrında
çalıĢan, Məcnun, Kərəm, ġah Ġsmayıl rollarını yaradan sənətkar musiqimizi dünyanın üç
qitəsində - Avropa, Asiya və Afrikada uğurla təmsil etməyi də bacaran sənətkarlardan
olmuĢdur. Bir çox mahnıların ərsəyə gəlməsi, yaĢaması, bayağı sözlərinin dəyiĢdirilərək
köhnə görkəmini dəyiĢməsi məhz xanəndənin iĢtirakıyla baĢ tutub. ―Dinə bilmədim‖,
―Bu qala, daĢlı qala‖, ―Ay Pəri‖, ―Endim bulaq baĢına‖, ―Bülbüllər gəzər bağı‖, ―Tel
nazik‖ və sair dillər əzbəri olan nəğmələr ilk ifaçısından qazandığı uğurlar hesabına hələ
çox yaĢayacaq. 1990-cı il 27 dekabrda dünyasını dəyiĢmiĢdir.
Əsas rolları: Məcnun ("Leyli və Məcnun"), Kərəm ("Əsli və Kərəm"), Qərib ("AĢıq
Qərib"), ġah Ġsmayıl ("ġah Ġsmayıl")
334
Milli qəhrəmanlıq zirvəsi
16.Salatın Əziz qızı Əsgərovanın 55 illiyi (16.12.1961-09.01.1991)
Salatın Əziz qızı Əsgərova – Azərbaycan jurnalisti,
"Azərbaycan gəncləri" qəzetinin
müxbiri, Azərbaycanın Milli Qəhrəmanı.
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı
fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra "Azərbaycan Milli
Qəhrəmanı" adı verilmişdir.
Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan
olmuĢdur. 1979-cu ildə Bakı Ģəhəri M.MüĢfiq adına 18 saylı orta məktəbi bitirmiĢ, elə
həmin il Azərbaycan Neft və Kimya Ġnstitutuna daxil olmuĢdur. Sonralar jurnalist kimi
fəaliyyət göstərmiĢdir. 1991-ci il yanvarın 9-u Laçından ġuĢaya yollanarkən yolun 6-cı
kilometrliyindəki Qaladərəsi
kəndi
yaxınlığında erməni silahlı qüvvələrinin
mühasirəsinə düĢmüĢ, olduğu maĢın yaxın məsafədən Ģiddətli atəĢə tutulmuĢdur.
Nəticədə Salatın Əsgərova amansızcasına qətlə yetirilmiĢdir. Ailəli idi, bir oğlu var.
Adı Ceyhundur. Bakı Ģəhərinin ġəhidlər Xiyabanında dəfn edilmiĢdir. Bakı Ģəhərində
adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını
daĢıyır. "Təfəkkür" Universitetində büstü qoyulub, yaĢadığı binaya xatirə lövhəsi
vurulub. Yaxınlığında həlak olduğu ġuĢa rayonunun kəndi Salatınkənd adlanır.
Zaman! Səs ver, bu günlərin harayına,
Xan Arazın, Ana Kürün harayına.
Biz çatmasaq, kim çatacaq
Qaçqınların, köçkünlərin harayına?!
Sən arxasan, sən dayaqsan, Azərbaycan!
“Qalx”! – deyəndə, qalxacaqsan, Azərbaycan!
Nəriman Həsənzadə
335
26.Orucov Vəzir Surxay oğlunun 60 illiyi (26.12.1956-22.03.1993)
Orucov Vəzir Surxay oğlu — Azərbaycanın Milli
Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
Azərbaycan Respublikasın Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı
Fərmanı ilə Orucov Vəzir Surxay oğluna ölümündən sonra "Azərbaycanın Milli
Qəhrəmanı" adı verilmişdir.
Vəzir Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan
olmuĢdur. 1949-cu ildə atası Surxay ailəsi ilə birgə Dərələyəz mahalından deportasiya
olunmuĢdu. Orta təhsilini Xoruzlu kənd orta məktəbində almıĢ, 1974-cü ildə Bakı
Yüngül Sənaye Texnikumuna daxil olmuĢdu. 1975-ci ildə hərbi xidmətə çağrılmıĢ,
1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmıĢ orta ixtisas təhsilini davam
etdirmiĢdir. 1984-cü ildə Rusiyanın Arxangelsk vilayətinə köçmüĢdü. 1992-ci ildə
Azərbaycana qayıdaraq may ayının 4-də Tərtər özünümüdafiə batalyonuna daxil
olmuĢdu. Sıravi döyüĢçü kimi mübarizəyə baĢlasa da komandirlik bacarığına görə qısa
zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlmiĢdi. MarquĢevan,
Levonarx, Madagiz, Akop Komari, Sərsəng su anbarı, Çıldıran, Vaqauz kəndləri
uğrunda gedən döyüĢlərdə Ģücaət göstərərək, düĢmənin bir çox planını puç etmiĢdi. 1
sentyabr 1992-ci ildə Çıldıran kəndi uğrunda gedən döyüĢdə ağır yaralanmıĢdır.
Müalicə olunaraq yenidən 2 noyabr 1992-ci ildə cəbhəyə qayıtmıĢdır. 22 mart 1993-cü
ildə Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüĢdə qəhrəmancasına həlak
olmuĢdur. Ailəli idi. Bir oğlu yadigar qalıb. Bakı Ģəhərinin ġəhidlər xiyabanında dəfn
edilmiĢdir.
Gəmilərin göy Xəzərdə üzər keçər,
Şahinlərin səmalarda süzər keçər.
Körpülərin, binaların
paytaxtımı yollar boyu bəzər keçər.
Keçmək olmaz amma səndən, Azərbaycan!
Nəriman Həsənzadə
336
Bu il həmçinin aşağıdakı yubileylər və əlamətdar
günlər qeyd olunacaq:
- ġair, mütəfəkkir Xaqani ġirvaninin anadan olmasının 890 illiyi (1126-1199)
- Dahi Ģair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmaının 875 illiyi (1141-1209)
- ġair Saib Təbrizinin anadan olmasının 415 illiyi (1601-1676)
-
Türk dünyasının böyük sərkərdəsi Mustafa Kamal Atatürkün anadan
olmasının 135 illiyi (1881-1938)
-
Azərbaycan Kukla Teatrının yaranmasının 85 illiyi (1931)
-
AĢıq Ələsgərin anadan olmasının 195 illiyi (1821-1926)
-
AĢıq Mikayıl Azaflının adnadan olmasının 90 illiyi (1926-1990)
-
El Ģairi AĢıq Pərinin anadan olmasının 205 illiyi (1811- təx.IX əsrin 40-cı illər)
-
YUNESKO-nun 70 illiyi (1946)
-
YUNĠSEF (BMT-nin UĢaq Fondu)- 70 illiyi (1946)
-
Qurban bayramı. Ġslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban
bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan
müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr
tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən
Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.
-
Ramazan bayramı. Ġslamın müqəddəs bayramları arasında orucluq mühüm yer tutur.
Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il)
baĢlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona ―Ramazan orucu‖ da deyirlər.
337
Yubilyar kitablar
290 il Conatan Svift ―Qulliverin səyahəti‖ (1726)
200 il
E.T.A.Hofman ―Şelkunçik və siçanlar padşahı‖ (1816)
190 il
F.Kuper ―Sonuncu moqikan‖ (1826)
185 il
A.S.Qriboyedov ―Ağıldan bəla‖ (1831)
185 il
A.S.PuĢkin ―Çar Saltan haqqında nağıl‖ (1831)
180 il
N.V.Qoqol ―Müfəttiş‖ (1836)
180 il
A.S.PuĢkin ―Kapitan qızı‖ (1836)
170 il
A.Düma ―Qraf Monte-Kristo‖ (1846)
150 il M. Rid ―Başsız atlı‖ (1866)
145 il
L.Keroll ―Alisa möcüzələr ölkəsində‖ (1871)
140 il
Mark Tven ―Tom Soyerin macəraları‖ (1876)
135 il
K.Kolladi ―Pinokkionun macəraları‖ (1881-ci ildə ―Qazeta dlya
detey‖ qəzetində çap olunub)
130 il S. ġedrin ―Nağıllar‖ (1886)
115 il
A.Doyl Konan ―Baskervilərin iti‖ (1901-1902)
110 il
Cəlil Məmmədquluzadə ―Poçt qutusu‖(1906)
110 il
Cəlil Məmmədquluzadə ―Usta Zeynal‖(1906)
105 il
Abdulla ġaiq. ―Yaxşı arxa. Tülkü, qarğa, hacıleylək‖,―Tıq-tıq
xanım‖, ―Tülkü və xoruz‖ (1911)
105 il
Əlıiabbas Müznib ―Əməl çiçəyi‖, ―Çəkməsilən‖ (1911)
105 il
Y.V.Çəmənzəminli ―İki hekayə‖, ―Məlik Məhəmməd‖ (1911)
100 il
Məmməd Səid Ordubadi ―Qəflət‖ (1906)
100 il
Süleyman Sani Axundov ―Qorxulu nağıllar‖ (1916)
100 il
Əliağa Vahid ―Tamahın nəticəsi‖ (1916)
90 il
C. Məmmədquluzadə ―Konsulun arvadı, yaxud iki müəllim‖
(1926)
90 il
Əbdürrəhimbəy Haqverdiyev ―Şeyx Şəban‖, ―Ağa Məhəmməd şah
Qacar‖, ―Ağac kölgəsində‖, ―Bəxtsiz cavan‖, ―Vaveyla‖,
―Dağılan tifaq‖, ―Ədalət qapıları‖ (1926)
90 il
Hüseyn Cavid ―Topal Teymur‖, ―Peyğəmbər‖, ―Şeyx Sənan‖,
―Uçurum‖ (1926)
90 il
MarĢak S.Y. ―Yük‖ (1926)
90 il
Miln A.A. ―Vinni Pux‖ (1926)
90 il
K.Ġ.Çukovskiy ―Telefon‖, ―Fedorinanın bəlası‖ (1926)
80 il
A.L.Barto ―Oyuncaqlar‖ (1936)
80 il
Əli Vəliyev ―Madarın dastanı‖ (1936)
80 il
Ənvər Məmmədxanlı ―Bakı gecələri‖ (1936)
338
80 il
Zeynal Xəlil ―İstək‖ (1936)
80 il
S.V.Mixalkov ―Styopa dayı‖, ―Foma‖ (1936)
80 il
A.N.Tolstoy ―Qızıl açar və Buratinonun macəraları‖ (1936)
75 il
Əli Vəliyev ―Sübut‖, ―Sovqat‖ (1941)
75 il
A.P.Qaydar ―Timur və onun komandası‖ (1941)
70 il
Zeynal Cabbarzadə ―Xanıman‖ (1946)
65 il
Bəxtiyar Vahabzadə ―Əbədi heykəl‖ (1951)
65 il
Əhməd Cəmil ―Təməl daşları‖(1951)
65 il
Ələviyyə Babayeva ―Hekayələr‖ (1951)
65 il
Əyyub Abbasov ―Nailə‖ (1951)
65 il
Fəthi XoĢginabi ―İki dost‖ (1951)
65 il
Hüseyn Abbaszadə ―Yaşıl küçə‖ (1951)
65 il
Hüseyn Arif ―Mən sülhə səs verirəm‖ (1951)
65 il
Xalidə Hasilova ―İlk məktub‖ (1951)
65 il
Ġmran Qasımov ―Xəzərin şəfəqləri‖ (1951)
65 il
Ġsmayıl ġıxlı ―Dağlar səslənir‖ (1951)
65 il
Qasım Qasımzadə ―Bizim kənd‖ (1951)
65 il
Nəbi Xəzri ―Sülh əsgəri‖ (1951)
65 il
Salam Qədirzadə ―İlk hekayələr‖ (1951)
65 il
C.Podari ―Çippolinonın macəraları‖ (1951)
60 il
Adil Babayev ―Döyüş yollarında‖ (1956)
60 il
Əliağa Kürçaylı ―Səfərə çıxıram‖ (1956)
60 il
Nəriman Həsənzadə ―Dostlar gözləyir məni‖ (1956)
60 il
A.Rıbakov ―Tunc quş‖ (1956)
55 il
Eynulla Ağayev ―Tək qayıq‖ (1961)
55 il
Əlibala Hacızadə ―Heykəl gülür‖(1961)
55 il
Əmrah Əmrahov ―Əbədi şöhrət‖ (1961)
55 il
X.Əlibəyli ―İşləməyən dişləməz‖, ―Uşaq mahnıları‖ (1961)
55 il
Xəlil Rza Ulutürk ―Məhəbbət dastanı‖ (1961)
55 il
Ġmran Qasımov ― Uzaq sahillərdə‖ (1961)
55 il
Tofiq Bayram ―Ana təbəssümü‖ (1961)
50 il S. Vangeli ―Ququçe‖ (1966)
Redaktor: Zahirə DadaĢova – F.Köçərli adına Respublika UĢaq Kitabxanasının
direktor müavini
Tərtib edən: Ruhiyyə Məmmədli – F.Köçərli adına Respublika UĢaq Kitabxanası
Elmi-metodika Ģöbəsinin müdiri
Dostları ilə paylaş: |