Onlar vidalaşmadan ayrıldılar. Tahirə deyən bu zərbədən sonra, axşam, dərs vaxtı ona ikinci bir zorbə do dəydi. Cüməzadə yerin sirlərindən, gil məhlulunun axının dan danışırdı. Bu anda sinif otağının qapısı açıldı və Qüdrət İsmayıl zadə içəri girdi. M üəllimlə şagirdlər sükut içində əna baxdılar, yenə sual-cavab başlayacağını güman edirdilər. Ancaq o salam verib, Cü- məzadəyo yanaşdı. - Bağışlayın, yoldaş müəllim, üzr istəyirəm, - dedi. Arxa sırada oturmuş Tahirin gözləri do İsmayılzadəyə zillənmişdi. Ürəyinə bir şey dammış kimi, gözlərini yerə dikdi, yanaqlarını qızartı bürüdü. Qüdrətlə Cüməzadə arasında belə bir mükalimə oldu. Qüdrət - Tahir Bayramlı necə oxuyur? Cüməzadə - Dərslərdən yaxşıdır. Qüdrət - Doğrudanmı? Ortalığa sükut çökdü. Qüdrət narazı halda başını buladı: - İnanmıram, - dedi, - o həm işə hekayə və şeirlə maraqlanır. Ki tablarının arasında bircə dənə de texniki əsər yoxdur. Bəs o necə oxuyur? Cüməzadə Tahiri müdafiə eləm ək istədi: - Bütün dərslərdən beş alır, yoldaş İsmayılzadə. Tahirin qaşqabağı açıldı. O gülümsündü. “Sağ ol, müəllim!” deyə ürəyində Cüməzadəni tə ’riflədi. Amma Qüdrət yenə başını buladı. M əncə siz onu həddindən artıq tərifləyirsiniz, - dedi. - Tahir nə qədər iste’dadlıdırsa, b irə qədər də iradəsiz v ə diqqətsizdir. Düz dür, yox? 195
- Orası elədir, yoldaş İsmayılzadə, - deyə Cüməzadə istər-istə məz razılaşdı. Tahirin üzü yenə tutuldu. O, gözlərini yerə dikdi. “Elə bil araların da şərt bağlayıblar” deyə düşündü. Bu sözləri ona ayrılıqda desəydilər, əlbəttə, Tahirə bu qədər ağır gəlməzdi. Sabah bu əhvalatdan Lətifə də