- M əsələ burasındadır ki, Qüdrət İsmayılzadə yoldaş... - M ən Qüdrəti soruşmuram. Minayevin proektini soruşuram. - Xeyr, tanış deyilik. - N ə üçün, görünür belə xırda işlərlə məşğul olmağa vaxt tapmır sınız, hö? - Katib “xırda” sözünü deyəndə, səsinin ahəngində istehza nidası vardı. - Mən hələ İstehsalat nöqteyi-nəzərindən demirəm, sırf elmi cəhətdən götürsəniz də olduqca mühüm ixtiradır. G ələn il üçün mükafata namizəd axtarırsınız, bundan yaxşı namizəd? Mİrzəyevin üstünə elə bil qaynar su calandı. 246
- Aparın, tanış olun. Mümkün qədər tez təcrübədən keçirin! - Katib heç bir etiraza yol verməyən qəti bir tərzdə əlavə etdi: Özü də lap bu il kütləvi surətdə istehsal olunsun! Qüdrət işin sonunu belə gözləmirdi. Aslanov ne qədər səbirli adammış, bu xüsusda o ne üçün əvvəldən kiçik bir işarə belə vur murdu? - M əncə, - deyə katib rəisin başı üzərində dayandı, - Mirzeyevi Minayevlə əv əz etsəniz pis olmazdı. Mərkəzdən xahiş elərik, razı olarlar. Bu zərbə Qüdrətin özünü də səksəndirdi. - Nahaq təəccüb eləyirsiniz. B izə beyinlə işləyən adamlar lazım dır. Amma siz... - Mİrzəyevin boğazı qurumuşdu.-Onu sıravi mühən dis kimi qəbul eləm əyə razısanmı? - deyə katib Qüdrətdən soruşdu. Ortalığa ağır bir sükut çökdü. Katib stolunun dalına keçdi: - Aşağıda çalışan adamlar rəhbəri vurub keçəndə, həm işə belə tə- bəddülata ehtiyac duyulur. Amma sən, yoldaş Qüdrət, bu liberallığı burax! N e üçün indiyə qədər Mİrzəyevin hərəkətini bizə xəbər ver məmisən? - Hansı hərəkətini? - N ecə hansı hərəkətini? Müşavirə aparırsınız, ixtiranın layihəsini müzakirə edirsiniz, bu isə gəlib ağzına gələni deyir. Sizcə bundan bi