dı. Qara cızıqlı ağ köynəyinin ətəyini təzəcə ütülənmiş açıq balaqlı tünd mavi şalvarına salıb, üstündən ensiz, sarı kəmər bağlamışdı. Hələ keçən iləcən üzünə ülgüc dəyməmiş Cəmil, indi saqqalını tərtəmiz qırxdırıb, qara, nazik bığının üstünü azacıq aldırmışdı. Xırdaca qara gözləri yenə gülümsər kimi baxırdı. - Tahir haradadır, xala? - deyə o, Gülsenemin əlini sıxdı. Arvadın İrəli yönəldiyini görüb, üzündən öpmək istədiyini hiss edəndə, yana ğını onun dodaqlarına yaxınlaşdırdı. Gülsənom arvad onun boynunu qolları arasına alıb, sol yanağından öpdü v e qıvrım saçlarını sığalladı: U
- Boyuna xala qurban, oğul, - dedi. - Tahir alatorandan gedəndir. Bilmirəm bu vaxtacan harada qalıb? T əzə həvəsə düşüb, ovçuluq eləyir. - N ə ovu, xala? - N ə bilim, vallah, gah ördək vurur, gah da turacdan, qırqovuldan gətirir. Cəmil Gülşənəm in qolları arasından çıxandan sonra belə gözlərini ondan çəkmədi, yanağına dəyən istinin süd iyinə bənzəyən rayihəsini duya-duya, Bakıdan kəndə gelincəyedok könlündən keçən fikri açıb söylədi. - Gəlmişəm onu da özümlə bərabər aparam, xala. Müsbət cavab ala biləcəyinə o qədər də ümid etmoyon Cəmil, bu sözləri sual torzinde dediyi kimi, Tahirin anası da ona qeyri-müəyyən cavab verdi: - No olar ki? - deyib, kirpiklərini aşağı saldı. - Görünür zəmanə belədir. Cavanlar indi Bakıya yol eləyiblər. Dünən Tahir özü də baş lamışdı ki, yoldaşlarım gedib mədənlərdə işləyir, qəhrəman olurlar. Elə hey qəzeti oxuyub dumuxa gedirdi. - Özü gec gələr? - Cəmil dağın döşündən dərəyə enən əyrim- üyrüm araba yoluna baxdı. Uzaqlarda ağ tüstü buraxa-buraxa sürünən dəmiryolu qatan görü