- Bİr bax, bir bax, gor neyləyir? - deyə Gülşənəm arvad qorxudan qızdırmalı kimi uçundu. -- Ayağı sürüşüb yıxılsa, itlər gövdəsində sağ yer qoymaz.. Kəhər at dörd nala çaparaq, itləri geridə qoyub gözdən itdi. - Tahirdən əsil süvari çıxar, xala... - deyə Cəmil dostunun bu hə rəkətini iftixarla təriflədi. - Görünür vurduğu bala ceyrandır, yoxsa atın üstündə elə dayana bilməzdi. - Eh, sən bilmirsən o nə oyunlardan çıxır. Vallah, onu da özünnon aparsan, bir yolluq bilərəm ki, canı-başı salamatdır. Kəhər at səkərək, qonşu evin həyətində göründü və bir göz qırpı mında uçub Cəmilin qarşısında dayandı. — Yallah. Cəmil, yallah. Yenİkəndin igid oğlu Tahirdon Bakının neft qəhrəmanı Cəmilə salam lar! - deyə Tahir diri ceyran balası ilo bərabər atdan yerə sıçradı və cey ranın boynuna bağlanmış uzun ipin bir ucunu kəmərinə bənd eləyib Cəmillə qucaqlaşdı. - Xoş gəlmisən, buyur, ceyran kababına qonaq ol!.. 3
Cəmil ceyranın kəsilməyinə razı olmadı. Tahir onu gətirib balkonun küncünə bağladı. Ceyran adamların hər bir hərəkətindən v ə qulağına dəyən ən xəfif bir şıqqıltıdan belə səksənir, qumral v e iri gözlərini daha da geniş açıb tez-tez dartmırdı. - Kəsəcəyəm ! - deyə Tahir zorba bıçağım cibindon çıxaranda anası da narazılığını bildirdi: 15 < 2 V
- Lap körpədir ki, ay oğul, — dedi, — etinin heç dadı-duzu olmaz. Cemilin, Gülsenem xalanın sözləri Tahirə zərrə qədər də təsir etmədi. O, haradansa bülöv daşı tapıb gətirdi və bıçağın tiyəsini itilə- m əyə başladı. - Ana, - dedi, - Cəmil kimi dostum mənə qonaq gəlib, nə olur- olsun kəsəcəyəm . Cəmil; - Aşna, - dedi, - yaman tərssən ha! Əgər qonaq mənəmsə istəmi