Bakı haqqında onun hekayətlərini dinləyib, nəhayət getməyə hazırlaş dı. Gülşənəm arvad oğlunu nə qədər fikrindən daşındırmaq istət isə də, heç bir nəticə çıxmadı. Tahir Cəmillə bərabər Bakıya yola düşdü. 17 < 3 V _
Gənc fehləlorin ümumi yaşayış eviııdoki balaca otaqda səhər tezdən yuxudan qalxan cavanlar, Cəm illə Tahiri bir çarpayıda baş- ayaq yatmış gördülər, Onlar gecə ikən stansiyadan gəlib, axşamdan yerlərinə uzanmış uşaqları yuxudan oyatmadan, küçədəki dirəkdə yanan iri lampanın İçəri düşən işığında paltarlarını soyunmuş və səs sizcə uzanıb yuxuya getmişdilər. Cəmilin yanında Tahiri görənlər Öz aralarında pıçıltı ilə danışır, bu təzə oğlanın kim və haralı olduğu ilə maraqlanırdılar. Qara, sərt saçla rı geriyə daranmış, sifəti mis kimi qızaran, azca dolğun yanaqları pa rıldayan, dodaqları nazik, alm geniş, bığ yeri yenicə tərləmiş Tahir, uzun barmaqlı əllərini nazik yorğandan kənara çıxarmış, döşünün üstündə bir-bi rinə çaıpazlayıb gözləri yarımaçıq halda rahat nəfəs ala- ala yatırdı. Cavanlar həm Tahirə, həm də pəncərədəki heybəyə baxırdılar. Görünür heybədə, içindəkilərdo onları sahibindən az maraqlandırmır dı. Hər iki gözü möhkəm bağlanmış bu heybədə ya fesəii, ya da qoz halvası olmalı idi: çoxdan bəri bu otaqda mehriban yaşayan cavan fəh lələr Cəmilin anasının tez-tez yolladığı yağlı fəsəlini, dadlı qoz halva sını yeməmişdilər. Cəmildən aşağıdakı çarpayıda yatan qarayanız, gödək v ə şişman oğlan Tahirdən çox heybəyə baxırdı. Cavan fəhlələrin birinci mərtə bədəki balaca bufetino hamıdan əvvəl girib, hamıdan sonra çıxan bu oğlanın yaman qarınqulu olduğunu bütün yoldaşları bilirdi. O, bəzən