dan oyatmadı, çarpayısına uzanmamış qara papaqlı lampam yandırdı, yeni gəlmiş məcmuələri gətirib balışının böyrünə qoydu. Lakin onun fikri yenə trestdə, su verən buruqda idi. Hələ bu gün səhərki telefon zəngi, “A zem eff ’ birliyindən deyilən “siz nə vaxta qədər geridə qala caqsınız?” sözləri, indi də onun qulağında səslənirdi. Doğrudan da, Qüdrət trestə göndəriləndən bəri planın ödənilməsində elə gözə dəyən bir dəyişiklik olmamışdı. O, şəxsən öz ünvanına yağdırılan ittihamları rədd etməyə haqlı deyildi. O, bütün ümidlərini yalnız gələcəyə, hər gün sərf elədiyi əməyin səmərəsinə, gördüyü mühüm tədbirlərin nəti cəsinə bağlamışdı. Bu səbəbdən də, bütün tənbihlərin ağırlığına dözməli, “doğrudur, siz haqlısınız, düzələr” deməli idi. Ancaq bumı 155
deyəndən sonra da Qüdrətin ürəyindəki narahatlıq azalmırdı. Yenidən verdiyi vədlər onun üzərmə düşən ağır məsuliyyəti daha da çoxaltdığı üçün, mədənlərdə baş verən en kiçik qəza belə Qüdrətin daxili iztirab larım birə on artırırdı. Qüdrət ixtiyarsız olaraq Laləyo tərəf baxdı. Yalnız öz çarpayısının baş tərəfini işıqlandıran dairəvi lampa, arvadının üzünü aydın görməyə imkan vermirdi. Ancaq buna baxmayaraq, Lalənin gicgahına enmiş ağ tüklər gözünə dəydi: “Bu ne vaxt ağarıb?” deyə təəccüblə öz-özündən soruşdu. Lampanın başlığını üsulluca, bir az yuxan qaldırdı. Daha da diqqətlə Laləyo nəzər saldı. Yox, gözləri onu aldatmamışdı. Lalənin yalnız gicgahında deyil, alnının lap yuxarısından sürüşüb tökülən seyrək saçlan arasında da ağ tüklər görünürdü. Bəs Qüdrət bunları nə üçün dünən, ya da srağagün sezə bilməmişdi? “Fikirdəndir. Mehmanın ölümü onu həlo də düşündürür” deyə xəyalından keçirib dərindən kök