Maşm uzaqlaşıb gözdən itəndə, sanki qocanın ürəyini qopanb apardılar. Lalə isə yalnız indi ağlayırdı. O hıçqırdıqca, çiyinləri qalxıb-düşür, gözünün yaşı əlindəki balaca ipək yaylığı isladırdı. Qüdrət kəsik-kəsik: - Ağlama! - dedi. - Onun döşündəki göy ləkələrə baxanda
bildim ki, o, güllə qabağına da mərdliklə gedərdi. 6 Tükəzban qarının da, Şirmayının da üzü gülmürdü. A ilə üzərinə qəm-qüssə kölgəsi enmişdi. Piano həmişəki kimi ucadan səslənmir, evdən bir dəfə də olsun qəhqəhə yüksəlmirdi. Dərsdən qayıdan kimi adəti üzrə her gün Laləyə zəng edən, ata-anasından plana dair söz so ruşan Şirmayı, son vaxtlar telefona yaxın gəlmir, tez-tez köksünü ötü rə-ötürə dərsini alayarımçıq hazırlayır, sonra gəlib nənəsinin dizləri üstünə başını qoyur, ondan təzə nağıl söyləm əyi belə xahiş etmədən, paltarl ı-paltarlı yuxuya gedirdi. N ənəsi, onu oyatmamaq üçün, yavaş cadan paltarım soyundurur, qollarının üstündə götürüb aparır, çarpayı sına uzadırdı. Evdə qanad gərən bu kədəri yalnız ailo üzvləri deyil, qonum-qonşular belə hiss etmişdilər. Çünki Lalə səhər işə gedəndə, axşam evə qayıdanda küçə qapısında ve pilləkəndə rast gəldiyi yaxın tanışlardan əvvəlki kimi hal-əhval bilmir, yalnız soyuq bir tərzdə sa lam verib, çox vaxt da başı sinəsinə enmiş halda keçib gedirdi. Onu bu qədər kədərləndirən yalnız dördüncü buruğun gözlənilən vaxtda hazır olmamağı deyildi (əlbəttə, bu da trest müdiri üçün, xüsusən adı daima yaxşılar sırasında çəkilən Lalə üçün az rüsvayçılıq sayılmırdı), ən çox, bəlkə də birinci növbədə Mehmanın ölümü idi. Lalə təbiətcə nərmə- nazik bir qadın olmasa da, o dəhşətli ölümü, ay işığında gördüyü o solğun simanı, Mehmanın döşündəki o göy ləkələri unutmur, unuda