yə ele gəlirdi ki, o, şüurunu itirib, dinə bilmir. 151
Lalə dayandı. Bir neçə an onların dalınca baxdı. Fəhlələr holo ma şına yetişmomiş birdən ayaq saxladılar. Lalənin ürəyinə uğursuz bir şübhə damdı. O yerindən qopub, özünü fəhlələrə yelirdi: - N ə olmuşdur? - deyə xəbər alıb udqundu. - N ə üçün dayandınız? Heç kim cavab vermədi. Adamlar ölüm sükutu içində donub qal mışdılar. Görünür Lalənin sualını belə eşitmirdilər. - Apann, nıye aparmırsınız? - deyə Lalə ürəyini əzən şübhəni özündən rədd etmək istədi, Yalnız indi ona sarı dönən san saçlı, üzünü tük basmış buruq us tası, hər zaman çətin qazımalan boynuna götürdüyü üçün “köhnə ca navar” adilə tanınmış Volkov, qəddi bükülmüş halda, sərt bir kədərlə cavab verdi: - Yoldaş İsmayılzadə, o artıq yoxdur, - dedi və cibindən qan lə kələri ilə örtülmüş yaylığını çıxardı. Mehman mənim oğlum Vanyanı əvəz edirdi. Bu də məni qoyub getdi. Deməli, oğlumun birini cəbhədə verdim, birini də burada... - o, ay işığım əks edib üzündə parıldayan iri yaş damlalarmı sildi. O ağlamadı. Vanyamn ölüm xəbəri gələrkən də, onun iradəsindən asılı olmayaraq axıb gələn bu göz yaşlan onu dost larının yanında xəcil etmişdi. Yaxşı ki, gecə idi. Yoxsa indi də köhnə dostları onu danlayar, “uşaq deyilsən ki?” deyərdilər. Lalə lap yaxma gəldiyi zaman, fəhlələr nəfəslərini gizlədib, elə bil Mehmanın son sözlərini eşitmək istəyirdilər. Lalə isə aşağı əyilib dizi üstə çökdü və oğlanın palçığa bulanmış əlini əlinə aldı. Onun nəbzini yoxladı, nəfəsini çəkmədən bir neçə an hərəkətsiz qaldı. Yox, Mehman artıq yox idi. * Lalə oğlanın alnına tökülmüş uzun saçlarını nəvazişkar bir şəfqət