Neftçilər vuruşurdular. Yerin ol çatmaz qatlarına gecə-gündüz yol axtarırdılar. Gözəl evləri uçurmaq fikri az qala o birilərə qalib gəlirdi. “UçuruIsun!” deyənlərin səsi daha da ucalırdı. “İnsan əməyini və mil yonları çölə atmaq olmaz!” deyənlər isə, neft şəlaləsinin qabağından geri qaçmağa hazırlaşırdılar. Bu zaman üçüncü “cəbhə” açıldı: - Binalar uçurulmasın amma buruqlar qoyulsun! - dedilər və bu zaman dördüncü buruq tikildi. Qocaman usta şəhərin yanm kilometr liyindən maili qazıma üsulu ilə binaların altına doğru istiqamət aldı. Gözəl binalara toxunmadılar. Dördüncü buruqdan çıxan süxurları tədqiq edərkən, geoloqlar haqq verdilər. Binaların altında doğrudan da zəngin neft təbəqələri vardı. Maili quyuların sayı yağışdan sonra qalxan göbələk kimi artmağa baş ladı. Lakin bütün mübahisələri yalnız dördüncü buruq həll edəcəkdi. Balta iki min metrlik bir məsafə qət etmişdi. Layihədə gösterilən nöq təyə yüz iyirmi metr qalırdı. Sabahda - biri gündə “hə, yox” cavabı alınacaqdı. Laləni həyəcanlandıran da bu idi. Orada baş verən ən kiçik hadisələrdən də Lalə dərhal xəbər tutmağa çalışırdı. Həssas vo diq qətli bir həkim xəstədən ayrılmayıb, hər an onun nəbzini yoxladığı ki mi, o da dördüncü buruğun nəbzini bir an əlindən buraxmaq istəmirdi. 150
O, buruğa yetişəndə olan-olub, keçən-keçmişdi. Cəmillə bərabər Tahirin ilk dəfə dəniz seyrinə çıxanda rast gəldikləri Mehman adlı ca van fəhlə buruqda yanğın törədiyini görüb, brezent plaşına bürünərək, qorxu bilmədən özünü İrəli atmış, bədənilə quyunun ağzını örtmüş və yanğını söndürmüşdü. Ancaq qaz fantam çox güclü olduğundan, onu vurub kənara tullamış, oğlan vışkanm dəmirinə çtrpılaraq, ölümcül ya