da qəsdən yavaş danışdığına baxmayaraq, onu yenə do yuxudan oyat mışdı. - Heç, ana... - deyə Qüdrət əlini onun çiyninə qoyub, azacıq Özünə tərəf çokdi, - get yat, ana can, vallah beç bir şey olmamışdır. Qüdrət anasının yanında həm işə bu cür and içər ancaq heç bir yalan deməzdi. Bəs indi onu nə üçün aldadırdı? - Bos maşını neyləyirsən? Divar saatı üçün yarısını vurdu. Tükəzban oğlunun yataq otağına baxdı: - Lalə banı? tndi Qüdrət ondan heç bir şey gizlədə bilməzdi: ananın gözlərini aldatmaq, onun qəlbini aldatmaq qədər çətin idi. Bu anda telefonun zəngi yenə cingildədi. Qüdrət dəstəyi götürdü. Öz trestindən maşın göndərildiyini xəbər verirdilər. 149
- Kimdir, oğul? - deyə Tükozbatı, qam qaçmış dodaqlarını elə bil güclə tərpədərək, səbirsizliklə xəbər aldı. Qüdrət düzünü dedi: - Lalənin mədənində nə isə olmuşdur. Gərək m ən də ora gedəm. Ancaq sən darıxma, ana. Bu saat qayıdarıq... 5
Dördüncü buruq şəhərin ucqar tərəfindəki böyük binalar altında qazılırdı. Bu evlər tikilən zaman geoloqlar burada neft olduğunu bil mirdilər. İndi isə, elmin qüdrətilə burada zəngin neft yataqlan tapıl mışdı. Evləri uçurub, onların yerində buruqlar qoymağı təklif edənlər də vardı. “Bizə neft lazımdır. Binaları başqa yerdə də tikmək olar” deyirdilər. Onlar neft haqqındakı amerikan aforizmini təkrar etməyi sevirdilər: “Əsrimiz neft əsridir. Onun istehsalını dayandırmağa çalış maq, Niaqara şəlaləsinin qabağını saxlamaq kimidir”. Doğrudan da neft şəlaləsinin qabağını kəsmək mümkün deyildi. Bir də, neft, ölkə nin qəlbinə axan təzə qan demək idi. Onun qabağım kəsmək olmazdı.