Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


- Əziz dostum, bu gündən sən azad gənclik həyatına son qoyursan



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə201/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   197   198   199   200   201   202   203   204   ...   382
Sechilmish eserleri II cild

- Əziz dostum, bu gündən sən azad gənclik həyatına son qoyursan.
İndi hər addımın kontrol altına alınacaq.
Bütün m əclis qəhqəhə çəkdi. Qüdrət sözünə ara verməyə məcbur
oldu.
- Siz elə fikir edirsiniz ki, mən bunuzarafatla deyirəm? Xeyr. T ə­
əssüf ki, xeyr!
Qonaqlar bu dəfə daha da ucadan gülüşdülər.
- Ancaq Vera Alekseyevna ilə Dmitri Semyonoviç bu kontroldan
daha böyük ləzzət alacaqlar.
Artıq məclisin qəhqəhələri Qüdrəti danışmağa qoymurdu. Lakin
o özü gülmür, əsil mətləbini dem əyə tələsirdi.
- Ailə həyatı böyük bir imtahandır. Bu imtahandan müvəffəqiy­
yətlə çıxanlar, ictimai həyatda da az büdrəyirlər. M əsələn, bizim kimi.
Amma bunun bir şərti var. Həyatın ağır dəqiqələrində ər-arvad yox,
həqiqi dost v ə həmdəm olmaq lazımdır!
- Bax, bu keçməz! - deyə Lalə yerindən söz atdı:
Bütün moclis yenidən qəhqəhə çəkdi. Lakin hamı, Lalənin zarafat
tərzində dediyi bu sözlərdə ne isə bir İnciklik nidası duydu.
- Yox, əzizim , — deyə Qüdrət gülümsəyərək, nitqini tamamla­
dı, - mən bizim dostları tanıyıram. Vera Alekseyevna biz neftçilərin
arasına düşməkdə yanılmamışdır. Mən inanıram ki, o, bu böyük ailə­
nin sərt qanunlarım bəyənəcək və bu evə həqiqi sevinc gətirəcəkdir.
Bu isə ailə üçün birinci şərtdir. Bəyiə gəlinin sağlığına!
Qüdrət al şərabla dolu qədəhi dibinə qədər boşaltdı. Onun gözü
Dmitriyo zillənmişdi.
- Aranızda ixtilaf olsa, onu yatırmağın bircə yolu var: həmişə geri
çəkilməyə çalış, dostum. Unutma ki, qanuna görə ərlə-arvad bir hüquqa
lfi5


malik olsalar da, ailədə bu qanun həmişə pozulur. N ə edəsən ki, arvad
kişinin ağasıdır?
- Biz çalışırıq ki, qanun pozulmasın, 

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin