ğından, Qüdrəti çağırmağı xahiş edib, balaca stolun qarşısındakı kür südə oturdu, iş köynəyinin biləyilə alnmm tərini sildi. Lətifə telefonun dəstəyini götürdü: - Tamara, Tamara, tez İsmayılzadəni ver! Eşitmirsən? İsmayılza dəni deyirəm! Kabinetdə yoxdur? Kabinetindən öyrən görüm hara gedib? Lazımdır də... Evinə gedib? N ə əcəb ondan? - Yoxdur? - deyə Ramazan əllərini dizinə çırpdı. - Axı nə olub ki? N ə üçün ovqatınız təlxdir, usta? - deye Lətifə də həyəcanlamağa başladı. > ^ > 171
- İşləri korlayıblar... - Kim? - Kim olacaq? Uşaqlar... Tahir, Cəmil... Gil zəhrimar axır gedir... Material lazımdır. Bədirliyə qalsa, bir həftə gözləm əli olacağıq. Lətifənin qaşqabağı bulud kimi qaraldı. Gözlərini yerə dikib ürə yində Tahiri danladı, “yenə fikri kənddədir” deyə xəyalından keçirdi. Birdən özünü yığışdırıb yenə dəstəyi götürdü. - Evinə zəng cdimmi usta? - deyə soruşdu. - Y o x , lazım deyil, qızım. Ayda-ildə bir namaz, onu da şeytan qoy maz. Qoy dincəlsin. Gör nə qədər yorulub ki, dayana bilməyib, gedib. .. Lakin bu zaman İsmayılzadə Bədirli itə bərabər cavan fəhlələrin ümumi yaşayış evini gəzirdi. Onlar duş otağına girəndə Qüdrət əlü z yuyana, duşa baxıb dayandı, gözünə sataşan paslı kefkiri göstərərək: - Bu nədir, - deyə Bədirliyə tərs-tərs baxanda, onun alt dodağı səyridi. - N eçə aydır buraya ayaq basmamısan? Kranlardan birini aç görüm. Trest müdirinin belə işlərə qarışması Bədirliyə qəribə və təəccüb lü göründü. O, çiyinlərini çəkdi: Yoldaş İsmayılzadə, - dedi, - sabahdan özüm hər şeyi yoxlaram, lazım olan tədbirləri görərəm, deyəsən buranın komendantı heç nəyə