Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


nı elə bil yalnız indi başa düşüb tutuldu və dem əyə söz tapmayıb ba­



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə206/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   202   203   204   205   206   207   208   209   ...   382
Sechilmish eserleri II cild

nı elə bil yalnız indi başa düşüb tutuldu və dem əyə söz tapmayıb ba­
şım sinəsinə endirdi. Lalə isə Minayevə tərəf çevrildi.
-- Yaman başlayıblar, Dmitri Semyonoviç, - dedi. - köməkdən bo­
yun qaçırırlarsa, demək, nəyə isə ümid bağlayırlar. Deyəsən biz arxa­
yınlaşdığımız üçün özümüz de hiss etmədən geriləyirik? - O, qazma-
çılara nüfiızedici bir nəzər saldı. - Ayıq olun, yoldaşlar, - dedi. - Biz
onların çağırışını zarafat hesab edirdik. Amma belə görünür ki, onlar
zarafat etmək fikrində deyillər.
Lalə ilə Minayev maşına tərəf endilər.
- Lalə xanım - deyə Minayev dərin düşüncədən ayrılıb dayan­
dı, - məncə biz mühüm bir nöqtəni yadımızdan çıxarırıq...
Lalə maraq və sual dolu nəzərlərini ona dikdi.
- Hansı nöqtəni?
- Axı indi dəniz qazmaçılarına Qüdrət İsmayılzadə rəhbərlik edir.
- N ə olsun ki?
- Əgər o mən tanıyan Qüdrətdirsə, arvadından geridə qalmağa razı
olmayacaq.
- Çox təəssüf ki, Dmitri Semyonoviç, onu tanıdığın halda, meni
hələ tanımamısan.
- Necə məgər?
- Men də ərimdən geri qalmağa razı olmayacağam. Ancaq m əsə­
lə bunda deyil, axı biz rəqabətə girişməmişik. N ə üçün onlar birim kö­
məyimizi qəbul etmirlər?
- Yəqin səbəbi var. Görünür, o birisi briqadaları da qaytarıblar...
Öz aramızdır, hər halda m əsələ işçi qüvvəsinin azlığında deyil.
- yenə də nahaq qaytarıblar. M enə elə gəlir ki, Qüdrətin bu işdən
xəbəri yoxdur.
169


Onlar maşına minib yanaşı oturdular,
- Mən evə gedirəm. Bu gecə yəqin Qüdrət gələcək, - deyə Lalə,
bir ev xanımı kimi deyil, aralarındakı anlaşılmazlıqdan narazı qalmış
bir trest müdiri kimi, onunla m əsələni evdə ayırd edəcəyini düşünüb,

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin