çoxdur. - Gözüm üstə! — deyə briqadir, hərbi adam kimi əlini gicgahına yaxınlaşdırdı. Bu cavab Qüdrət üçün kafi idi: “Söz verdi, eləyəcək!” O, qanı qa ralmış halda dal tərəfində dayanan Bədirliyə döndü: 175 C 2 V
- Bunlardan öyrən! - dedi, işləməyi də, adamlığı da! Bədirli, Qüdrətlə özü arasında əmələ gələn uçurumun dərinliyini yalnız indi hiss etməyə başlayır, hər sözünün nifrətə səbəb olduğunu duyur, İsmayılzadənin ondan nə istədiyini bir növ anlaya bilmirdi: “Nə üçün məni görən gözü yoxdur? deyə öz-özünə sual verir, amma cavab tapa bilmədiyindən qanı daha da qaralırdı. Qüdrət birdən yorğunluq hiss edib, fəhlələrdən aralanaraq maşına doğru gələndə, Bədirli yenə gülümsəyib, sarımtıl və mırıq dişlərini göstərdisə də, Qüdrət ona baxmadan maşının gerisində yox, şoferlə yanaşı oturdu. Bunu gördükdə Bədİrlinin ürəyinə daha pis bir şübhə damdı: “Məni işdən qovmağa bəhanə axtarır” deyə düşünərok, otura caq yerindəki zorba portfelini götürüb dizinin üstünə qoydu. Amma elə bil iynə üstündə oturdu. Onlar idarəyə yetişən kimi, Qüdrətin katibəsi buruqdan zəng et diklərini, hansı bir mühüm iş üçünsə onu soruşduqlarını Qüdrətə xəbər verdi. O, yerində oturmamış tez-tələsik usta Ramazanı telefona çağırt dırdı. - N ə var, nə yox, usta? Deyirlər məni istəyirsənmiş... Necə? Gil məhlulu axıb gedir? yenə Bədirli? Əşi bu zalım oğlu mənim də canı mı boğazıma yığıb. - Dəstəyi yerindən asıb katibəsini səslədi: - Baş mühəndis buradadırmı? - Xeyr, material aparıb, usta Ramazanın buruğuna getdi. - Çoxdan? - Xeyr, on beş-iyirmi dəqiqə bundan e w ə l.