* Katibə yorğunluğunu gizlədə bilməyib əsnəyəndə, əlini ağzına tutdu. - Görürəm yorğunsan, get evə, dincəl, - deyə Qüdrət katibəsini iş dən buraxdı. Bu anda şəhor telefonu səsləndi. Qüdrət qarşısındakı divar saatına baxıb dəstəyi götürdü. Şirmayı zəng edirdi. - Hə, mənəm, qızım, - deyə o, bir anlığa bütün yorğunluğunu unut du. Uşaqlara məxsus səmimi və məsum bir təbəssümlə güldü. - Tuflin hazırdır, qızım. Bolkə bu gün gəldim. Ancaq sən yat, məni gözləmə. Sa bah bütün günü evdə olacağam. Yaxşı? Sədəf müəllimə gəlmişdimi? Tezə notalar lazımdır? Taparam. Təki sən oxumağında ol... Qüdrət dəstəyi yerindən asdı, aşağı əyilib yazı stolunun alt gözün dən bir cüt uşaq tüflisi çıxardı, qəzetə bükdü. 176
Şirmayının musiqi müəlliməsi Sədəf, onu istedadlı gənclərin kon sertinə hazırlayırdı. Qızının bu ilk çıxışı, Qüdrəti usta Ramazanın kəş fiyyat buruğundan az həyəcanlandırmırdı. Gözləri stolun şüşəsi altında qoyulmuş məlumat vərəqəsinə sataşdı. Götürüb baxdı. Bu gün plan dünənkinə nisbətən bircə faiz artmışdı. Bunun səbəbini düşünəndə, Bədirli içeri girdi, - Yoldaş ismayılzadə, — dedi, - bütün günahları məndə görürsü nüz. Uşaqlarım ölsün, usta Ramazan müqəssirdir. Özünə o qədər arxa- ymdırki, materialları vaxtında istəməyib... Qüdrət, Bədİrlinin uşaqlarına and içməsindən, sözlərində yalan olmadığını başa düşdü və onunla həddindən çox sort dolandığım ürə yində etiraf etməyə məcbur oldu. Lakin yenə də: - Qoca kişidir, onun yadına düşmür, sen yadına sal! - dedi. - Elə bilirsən ki, adamları danlamaqdan monİm xoşum gəlir? Qətiyyən yox! Sən menim qulum deyilsən, köməkçinisən. Əgər məndə bir qüsur görüb deməsən belə çıxır ki, nədənsə qorxursan. Canım, nədən qor