- Yaxşı, yaxşı, - dedi, - niyə bunuəvvəldən m ənə xəbər vermə misən? - Axı trest müdirinin taxta-şalbana nə dexli? Belə xırda şeylər... - Canım, bu xırda sözünü əzbərləmisən, nədir? - Qüdrət, bayaq dan bəri gah süni bir təbəssümlə gülüb ona xoş gəlm ək istəyən, gah da aşağı əyilib müti bir qul kimi hər sözə “bəli, b əli” cavabını verən bu adamın adi v ə təbii hərəkətlərindən də qəzəblənm əyə başladı. - Xırda iş yox, xırda adamlar var. Anladın, yoxsa bir də izah edim? - Bəli, bəli, anladım! - Bədirli yenə eyni təbəssümlə gülüb, boy nunu yana san əydi. Qüdrət artıq dözmədi. - M ənə adam kimi cavab ver, yoldaş Bədirli! Elə güman eləm ə ki, mən bu hərəkətlərini xoşlayıram. Menim əlimdən yaltaqlıqla can qur tarmaq istəyirsənsə, zəhmətin əbəsdir! — deyə o, taxta-şalbanları g ə miyə daşıyan fəhlələrə yanaşıb salam verdi. Fəhlələr arasında İsmayılzadəni köhnədən tanıyanlar belə, onun salamım sadəcə bir hörmətlə alıb yenə uzaqlaşdılar. Ürəyində Bədirli ilə bu adamlan müqayisə edən Qüdrət, onların məziyyətlərindən təsəlli tapmış kimi, yenə öz adi təbəssümü ilə gü lümsəyib, gəm iyə doğru addımladı. Dənizdən əsən sərin meh onun qıvrım saçlarını yavaşcadan tərpədir, üz-gözünə sərinlik gətirirdi. Gəminin baş tərəfində durub, bir nəfər yoldaşile yükü yerbəyer edən gödək, yoğun və çevik bir fəhlə Qüdrəti görüb doğruldu. (O, bu radakı briqadanın başçısı idi). - Salam, yoldaş ismayılzadə! - deyə o, yeni gətirilən taxtanın ucundan tutub dartdı və yerini rahatladı. Qüdrət elə bil onun iş h əvə sini soyutmamaq üçün bir qədər sükut etdi, gələnlərə-gedənlərə baxdı və o biri taxta gətirilənə qədər briqada başçısına müraciətlə dedi: - Xahiş edirəm sabahacan burada bir taxta da qalmasın, müştərisi