ki, sən doğrudan da bir şey qanırsan. Tahir bu sözləri mehz Cəmildən eşidəndə yaman pərt oldu, bilm ə diyi şeyləri bır daha ustadan soruşmamaq qərarına gəldi. Ramazanla 170
Vasilyev isə, çətin bir iş olan kimi uşaqların, xüsusilə Tahirin xəbər verəcəyinə ümid edərək, kənarda oturub atom bombasından, yaponla rın necə tez təslim olmasından vo Ruzveltdən sonra Trumenin bütün işləri korlamasından danışır, yalnız arabir rotərun səsini dinləməklə kifayətlənirdilər. Ramazan hər m əsələni deyib qurtaranda, yenə neftin üstünə gəlir: - Mən bilirəm, bu davalar hamısı qara qızıldan ötrüdür, - deyirdi. Hitler üstümüzə tıiyə dişini qıcamışdı? Trumenin ağzından da neft iyi gəlir... Tahir birdən gil məhlulu cərəyanının kəsildiyini görüb, udquna- udquna, geniş açılmış gözləd lə Cem ilə baxdı-. - Bu nədir, niyə belə oldu? - deyo qeyri-ixtiyari soruşdu. Cəmil do, əlinə girəvə düşdüyünə sevinmiş kimi, istehza ilə gülüb dedi: - Əldəqayırma ustaların axırını həm işə belə gördüm. Korladın getdi. Tez ustaya xəbər ver! Tahir yüyürüb ustanı çağırdı. Ramazanla Vasilyev quyuya yana şanda hər bir şey onlara aydın oldu. - Ramazan... - Korlanıb... - deyə yan-yöresinə göz gəzdirib nəyi isə axtardı, başım narazı halda bulaya-bulaya arxasına baxmadan mədəni budka ya doğru getdi. Lətifə, qabağındakı balaca stolun üstünə sərdiyi qalın cildli bir kitabı (Jorj Sandın “Konsuela” romanım) oxuyurdu. O mütaliəyə necə dalmışdısa, qocanın
gəlişini belə duymadı. - Qızım, - deyə usta səslənərkən, Lətifə diksinib başını kitabdan qaldırdı və onun həyəcanlı olduğunu görüb səbəbini soruşdu. Usta tez qazıma idarəsinə zəng etdirdi. Ancaq orada yenə heç kəs tapılmadı