Ramazanın köməyinə yolladığı briqadiri tanıyanda gah ona, gah da Minayevə baxa-baxa soruşdu: - Stepan Fyodoroviç, siz nə üçün buradasınız? Trest müdirlərino həmişə ehtiram göstərən fəhlələr Lalənin səsini eşidəndə söhbətə ara verib ayağa qalxdılar. Onlardan biri yoğun səslə Laləni salamladı: - Axşamınız xeyir, yoldaş İsmayılzadə! - dedi. Lalə ona cavab verdikdən sonra buruqdan bəriyə doğru süzülən işıqda aydın gördüyü yoğun əzələli, ucaboy v ə cüssəli briqadirdən təkrar xəbər aldı: - N ə üçün getməmisiniz? Bəlkə menim əmrim sizin üçün məcbu ri deyil, hə? Hamı ilə mülayim v ə mehriban rəftar edən Lalənin əmrindən çı xanlar çox tez də peşman olurdular. Briqadir de bunugözəl bilirdi. - Xeyr, yoldaş müdir, məcburidir, - deyə o, heç bir zaman bu fikir də olmadığım Laləyə hiss etdirmək üçün tez-tələsik cavab verdi. - Ancaq usta Ramazan bizimlə hesablaşmadı. - N ə üçün? - Səhər tezdən getmişdik. O bizi geri qaytardı. - N ə üçün? - Dedi ki: “D əvə nə qədər arıq olsa, dərisi sarvana yükdür”. Minayev bu zərb-məsolin mənasım başa düşmədiyi üçün, bir neçə defə gözlərini yumub-açdı, nəhayət Lalədən soruşdu: - Bu nə deməkdir? 168 ( 3 V
Lalə özü də m əətəl qalmışdı. Köməkdən boyun qaçıran 0
əcayib insanın gözlənilm əz cavabını fikirləşəndə, özünü saxlaya bilməyib güldü: - Yaxşı ki, elə deyib... O m əsəlin çox kobud bir variantı da var, - dedi. Briqadirin yanında duran qısaboy, üzünü tük basmış anq bir fəhlə Lalənin əvəzinə cavab verdi: - Var, var, - dedi. — “D əvə nə qədər ölü olsa, derisi bir eşşəyə yükdür”. Fəhlələr qəh-qəh çəkib gülüşdülər. Briqadir qoca ustanın cavabı