şoferinə əmr verdi: - Kolya, evə! Lakin o, Minayevdən ayrılıb, evlərinin qapısından içəri girəndə, qayınanasım və qızım yatmış görüb, trest rəhbəri olduğunu unutdu və ayaqlarının ucunda yemək otağına keçdi, kələğayısmı başından açıb bir tərəfə atdı. Yemək stolunun süfrəsini dəyişdirdi, bufetdən qab- qaşıq çıxardı, güzgü kimi parıldayan çəngəl-bıçaqların yanma təmiz, salfet qoydu vo yalnız bundan sonra divar saatına baxdı. On ikiyə bir cə dəqiqə qalırdı. 3
Ayağı yenicə yer alıb gəzm əyə başlayan körpə bir uşağın anası kimi Ramazan da Tahirin yavaş-yavaş daha mürəkkəb işləri görməsi nə qəribə bir ürək döyüntüsü ilə tamaşa edirdi. Axşam növbəsinin fəhlələri işə gələndə bütün qazıma borularını quyuya sallayıb qurtarmışdılar. İstirahətdən sonra özünü qıvraq hiss edən Vasilyev də Ramazanla yanaşı durub fəhlələrə göz qoyur, onla- nn ən cüzi səhvlərini belə o dəqiqə düzəldirdi. Dünəndən bəri Tahirin üzündəki uşaqlıq ifadələri yox olub get mişdi. O, usta Ramazanın neft təbəqəsi haqqındakı sözlərini xatırla ndıqca, işin bütün məsuliyyətini duymağa başlamışdı. Arabir: ‘"çox gözəl, doğrudur, aha, bax, helə!” - deyə onu tərifləyən usta Ramaza nın səsini eşitdikcə, Tahir sevinərək ora-bura vurnuxur, yaşca özün dən böyük olan, amma bilik və savadının azlığından hələ də ustanın etibarını qazana bilməmiş fəhlələrdən yaxşı işləyir, xüsusən Cəmilin yanında qürrələnir, yaxşı bilmədiyi şeyləri xəlvətcə ustadan soruşub öyrənirdi. Deyirlər ki, rəqibin gözləri iti olur. Cəmil, gec gəlib tez öy rənən yoldaşının hər addımını oğrun bir diqqotlə izlədiyi üçün, usta İlə onun nə barədə xosunlaşdığını biləndə, Tahirin üstünə ayaq aldı: - Soruşa-soruşa nənəm də bacarar, - dedi, - naşı adamlar elə bilir