yanında qaldı. Səhər tezdən Tahirgilin növbəsi qurtarmaq üzrə ikən, “Bahar” qa yığı ilə altı nəfərdən ibarət bir dəstə fəhlə usta Ramazanın buruğuna gəldi. Xoş-beşdən sonra briqadanın rəhbəri usta Ramazana gəlişləri nin səbəbini açıb söylədi: - Biz trest müdirimiz Lalə İsmayılzadənin əmrinə görə gəlmişik. Sizə kömək etməyi tapşırıblar. - N ə kömək? deyə usta təəccüblə soruşdu və briqada rəhbərini təpədən-dırnağa qədər bir neçə dəfə süzdü. Yoğun əzələləri köyno- 162
yinin üstündən aydın görünən bu ucaboy fəhlə, qıçlarım bir-birindən aralı qoyub, rəqibini güləşm əyə çağıran bir pəhləvan görkəmi ile da yanmışdı. Deyirlər ki, siz çox geri qalırsınız, sizi yedəyə alıb kəsirdən çı xarmaq istəyirik. Usta bu gəlişi əvvəlcə zarafat bildisə də, fəhlələrin üz-gözlərində heç bir istehza əlaməti görmədiyindən, briqada rəhbəri kimi, o da rəsmi cavab verdi: - Lalə xanımdan çox razıyam, amma mən hələ köm əyə möhtac deyiləm. Planı bu günəcən yüz iyirmidən aşağı salmamışam. Ümidva ram ki, belə getsə gələn aydan bir az da qaldıram. Buyurun, gedin, yəqin oranın özündə də fəhlə lazımdır. Briqada rəhbəri usta Ramazanın hirsləndiyim, ancaq onlara hörmət üçün pis söz deməkdən çəkindiyini duyub soruşdu. - Yaxşı, biz qayıdıb trest müdirinə ne deyək? - Deyin ki, sözümüz sözdür. İki trest yarışır, cücəni payızda sayarlar. Axı Qüdrət İsmayılzadə razı olub, siz niyə bizi geri qaytarırsınız? - Olsa da, olmasa da m ənə kömək lazım deyil! — Ramazan səsİnİ ucaltdı: - Lalə xanıma mən özüm zəng elərəm. Qaldı, sizə bircə sözüm var, qoy deyim, ürəyimdə qalıb məni narahat eləməsin. -B uyurun, buyurun! - D əvə nə qədər arıq olsa, dərisi sarvana yükdür.