layıb cavab verdi:
- Bax, bu olmadı, balam.
Cəmil onun sifətində elə bil bu sözləri oxudu: De ki, bunların ha
mısını çamadandan təkcə sənin üçün, mehz sənin üçün çıxarmışam.
Cəmil onun könlünə dəymədi:
- Hamısı sənindir. Ancaq inanmıram yeyib qurtara biləsən, - dedi.
Səməndər özünü unudub birdən-birə uşaq kimi sevindi və sağ
əlini a£tq halda irəli uzatdı:
- Nədən mərc gələk?
- Əgər bunların hamısını yeyə bilməsən, gərək “Qurbanəli bəyi”
oxuyub, məzmununu mənə danışasan. Razısan?
Cəmil də öz şərtindən razı qalaraq şestlə əlini irəli uzatdı. Səmən
dərin ətli v ə yumşaq ovcuna çırpdı.
Səməndərə dair Cəmildən çox söz eşitmiş Tahir isə qollarını boy
nunun andında çarpazlayaraq, dodaqları bir-birindon azacıq aralanmış
halda, kirpiklərini qırpmadan onlara baxır, öz-özünə deyirdi: “Y eyə
cək, o bu kitabı oxuyub özünə zəhmət verər?
İndi hamının gözü Səməndərdə idi. Cəm illə Biləndər hələ qəti bir
fikrə gəlməmişdilər, amma Tahir nədənsə onun mərci udacağına ina
nırdı: “Əlbəttə yeyəcək”.
22
O, bu fikirlə də çarpayıdan ayaqlarını salladı, paltarım geyindi,
dünən gecə vaqonda Cəmilin əlindən yerə düşüb qırılan darağın par
çası ilə uzun və sərt saç.ianm geriyə daradı,
İndi cavanlar maraq və intizarla Səməndərə baxıb dinmirdilər. Bir
azdan sonra Cəmil qayğıkeş v ə ciddi bir ifadə ilə əlini Səməndərin
çiyninə qoydu:
- Aşna, mərci udmağın cəhənnəm, qorxuram kəkliyin aza, axırda
da günah mənim boynumda qala.
Səməndər de, elə bu sözləri gözləyirmiş kimi, sevinə-sevinə:
- Bura bax, Cəmil, - dedi, - yalnız indicə fikirləşdiyi sülh maddə
sinin təsirini artırmaq və Cəmilin ürəyini yumşaltmaq üçün dişlərini
Dostları ilə paylaş: |