Şirmayını oyatmamaq üçün pıçıltı ilə dedi: - Bilirəm, ər-arvad bəhsə giribsiniz. Şirmayı bu gün qəzeti oxu yub məni başa salırdı. Nə olar ki, görünür zəmanənin adəti bundadır. Neyləyirsiniz eləyin, amma canınıza da yazığınız gəlsin. - Baş üstə, ana! - deyə Qüdrət gülə-gülə sağ əiini gözünün üstünə qoyub, Tükəzbandan azca aralandı. - Senin sözün mənim üçün qanun dur. Ancaq yat, narahat olma... Tükəzban İlk v ə sonbeşiyi olan Qüdrəti min əziyyətlə boya-başa çatdırdığından, onun üstündə, öz təbirince, nanə yarpağı kimi əsirdi. Qüdrət də bumıçox gözəl bilirdi. Əri Salman cavan yaşlarında Sibirə sürgün edildikdən sonra köməksiz qalmış Tükəzban, yalnız ərini çox istədiyinə görə yox, həm də bircə balasının dərdindən onun-bunun 179
qapısında paltar-palaz yumağa razı olmuşdu, amma başqa ere getm əyə rəy verməmişdi, “balam sağ olsun!” deyə təsəlli tapıb, Qüdrət mühən dis oluncaya qədər səbir etmişdi. - Mən demirəm pis işlə oğul... Mənim dediyim odur ki, sən höku mətə elə sabah da lazım olacaqsan, - deyə həmişə onu vaxtında çörə yini ycməməkden, günlərlə ailəsindən kənarda qalıb yuxusuz gecələr keçirməkdən saqındırmağa çalışırdı. Qüdrət, anasının könlü xoş olsun deyə çox vaxt yorğunluğunu büruzə verməzdi. Xüsusən müharibo il lərində evə telefon eləm əyə belə imkan tapmadığı günlər əlanda: “sən qorxma, ana can, mənim evə gəlm əm əyim ə baxma, işim elədir ki, mədənlərdə tez-tez lazım oluram, orada işim-gücüm yatmaqdır, ye m əyim də öz qaydasındadır” deyə Tükəzbanı arxayın edərdi. Qüdrət indi də anasım dilə basdı: - Əşi, indi nə var ki? - dedi, - hər gün dənizdə gəzib kef çekirəm. Gündə yüz kərə çimirəm, üzə-üzə hey gedirəm uzaqlara...