dikcə, kənddən buraya nahaq gəlmədiyinə sevinir və adamların irəli yə getmələri üçün yaranmış bu müsaid şəraiti özünə daha xoş gələn bir halda təsəvvürünə gətirirdi: “Yaxşı oldu gəldim. Kənddə qalıb mal darlıq eləməkdən nə çıxacaq? Bu saat ala-yarımçıq biliklə nə eləm ək olar? Məktəb burada, müəllim burada,,.” Ancaq birdən nədənsə, Tahirə elə gəldi ki, Cəmil bu sözü qəsdən onu həvəsləndirmək üçün deyir, əslində isə yəqin medəndəki işdən- gücdən adamın bir dəqiqə də başı açılmır. Cəmil də onun ürəyində bu iki zidd fikir arasında gedən mübahi sədən xəbər tutmuş kimi, sözünə davam edib dedi: H ələ bizim ustanı yaxşı tanımırsınız. Yazığın fikri-zikri hey şa girdlərindədir. Əlindən gələni əsirgəmir Özü nə bilirsə, bizə də öy rədir. Bəzi ustalar var ki, paxıllıqdan şagirdlərinə bir kəlmə de ağzım açıb deməz. Doğrusu usta Ramazan onların heç birisinə oxşamır. Tahirin qəlbində yenə birinci fikir üstün gəldi: “Yaxşı oldu. Peşman deyiləm ”, - deyə düşünüb ayağa qalxdı. - Gedək, Cəmil, - dedi, - görəsən bu gün trestdə adam tapa bilə- cəyiknıi? Cəmil başmın hərəkətilə təsdiqləyib cavab verdi: - Taparıq, tapa rıq. Başqası olmasa da trest müdirləri olar. Dava vaxtı istirahət günü nü ləğv dəyiblər, indi də elə həmişə trestdə olurlar. Bu anda qapı döyüldü: - Gəlmək olar? Bir oğlanla bir qız İçəri girdi, Hər ikisi otaqdakıları salamladı. - Oturmaq olar? Onlar qapını döyəndən sonra izin istoyib cavab almamış içəri gir dikləri kimi, ikinci suala cavab almamış da oturdular. Tahir yerində hərəkətsiz dayanıb onlara baxır, mədənin rəsmi işçi si olduqlarını güman edirdi. On altı-oıı yeddi yaşlarında, qamətli, xur- mayısaç, uzun hörükləri dalından topuğuna qədər sallanmış, əlində 27 ( 2 V